İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR




Lətifələrin reytinqi

5-ci yer

Anekdotı.ru portalında həftənin lətifəsi.
Moskvada tikintidə işləyən bir tacik qastrobayter dam vurarkən aşağıdan kiminsə qışqırdığını eşidir:
- Feyzulla, Düşənbədən xəbər gəlib, oğlun olub!
Sevindiyindən özünü itirən tacik fəhlə binanın başından yerə gəlir. Yerə gələ-gələ fikirləşir və məyusedici etiraf edir:
- Mən evli deyiləm axı. Evli deyiləmsə oğlum necə ola bilər?
Bir qədər gəldikdən sonra yenə fikirləşir və növbəti məyusedici bir etiraf edir:
- Mən Düşənbədə də yaşamıram axı.
Yerə çathaçatda üçüncü, sonuncu məyusedici bir etirafı edir:
- Iş ondadır ki, mənim adım da heç Feyzulla deyil.
Ardınca çırpılır yerə.

4-cü yer

Gədəbəyli Mürvət bir il-falan Rusiya bazarlarında işlədikdən sonra bir həftəlik kəndlərinə qayıdır. Kənd camaatı onun başına yığılır. Kənd ağsaqqalı Bəhmən kişi ondan soruşur:
- A Mürvət, a qadan alım, sən ruscax öyrənmisənmi?
Mürvət gülümsəyir:
- Bə nədi, ay Bəhmən kişi.
Bəhmən kişi saqqalını sığallayaraq deyir:
- Elə isə, de görüm "bura gəl" rusca necə deyilir?
Mürvət cəld cavab verir:
- Idi suda.
Belədə Bəhmən kişi həyətin o başındakı damı göstərib deyir:
- Bəs "ora get" necə deyilir?
Mürvət damın yanına gedib oradan söyləyir:
- Idi suda.

3-cü yer

Avtobusda bir pəltək kişi qolu saatlı digər kişidən soruşur:
- Ba-ba-bağışlayın, sa-sa-saat ne-ne-neçədir?
Qolu saatlı kişi cavab vermir.
Pəltək sualını yenidən verir. Yenə də cavab ala bilmir. Az keşmiş pəltək üçüncü dəfə sualı təkrarlayır. Yenə cavab almayanda donquldana-donquldana üzünü kənara çevirir, dayanacağı çatır, düşüb gedir.
Qolu saatlı kişinin yanındakı qadın təəccüblü halda kişidən soruşur:
- Deyə bilərsinizmi, qolunuzda saat ola-ola niyə o yazığa cavab vermədiniz? Adam belə etməz axı, Allaha ağır gedər.
Kişi cəld söyləyir:
- Ca-ca-cavab versəm, o-o-nu doladığımı zə-zə-zənn edib ə-ə-əngimi əzər axı.

2-ci yer

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir.
O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir:
- Bəli, əzizim.

1-ci yer

Bir gün 7 çukça gəlirlər fotostudiyaya, şəkil çəkdirməyə. Öncə 4-i əyləşir, 3-ü çıxır onların çiyinlərinə. Deyirlər çək. Fotoqraf da təəccüblü-təəccüblü çəkir.
Sonra 3-ü əyləşir, 4-ü çıxır onların çiyinlərinə. Deyirlər çək. Fotoqraf lap təəccüblü halda bunu da çəkir.
Çukçalar şəkillərin nə zaman hazır olacağını soruşanda fotoqraf gözləri dörd halda birtəhər sual edir:
- Bu nə cür şəkil çəkdirmək idi?
Çukçalar gülüşüb eyni zamanda söyləyirlər:
- Yəqin niyə 2 dəfə çəkdirməyimizdən təəccüblənmisiniz? Yox, bir şey yoxdur. Sadəcə, bu, sklerozluq əlamətidir. Bizə şəkil iş üçün lazımdır. Amma unutmuşuq, 4x3 deyiblər, ya 3x4.

Sosial şəbəkədə

Oğlan:
- Səndən xoşum gəlir. Xahiş edirəm, mənimlə görüşə çıx. Evim var, novostroyka da, həyət evi də. Maşınım "Qalik"dir. Pulum, var-dövlətim. Papa yaxşı vəzifədə. Daha sənə nə lazımdır axı.
Qız:
- ...
Oğlan:
- Cavab yaz, xahiş edirəm. Naz eləmə. Özüm də yurfakda oxuyuram. 23 yaşım var. Çox yaraşıqlıyam. Idmançı görkəmindəyəm. Çəkim cəmi 66 kiloqramdır.
Qız:
- Bəs boyun neçədir?
Oğlan:
- 1 metr, 80
Qız:
- Boyunu yerə soxum.

Elan

ABCD şirkətinə işə referent qız tələb olunur. Əməkhaqqı yüksəkdir. Şərtlər: ali təhsilli olsun, rus və ingilis dillərində sərbəst danışa bilsin, xoş simalı, qəşəng fiquralı olsun. Dodaqları silikon olmasın.
Feysbuk gülməcəsi
Leyla pəncərəni açır, Məcnun girir. Əsli pəncərəni açır Kərəm girir. Şirin pəncərəni açır Fərhad girir. Romeo pəncərəni açır, Julyetta girir.  A, qadan alım, bəs mən pəncərəni açanda niyə ağcaqanad girir?

Feysbuk sitatı

"Almanın kilosuna 1 manat verib vitamin yeməyən, amma APPLE-a 1500 manat verib şüa yeyən millətik".

Olmuş hadisə

125 il yaşamış Cəbrayıl kişinin xatirələrindən:
- Bir dəfə nəticə-kötücələr Bakıdan qonaq gəlmişdi, qarımı səslədim ki, canım, mənə çay gətir. Ardınca dedim, mələyim, çox tünd olmasın. Sonra da səslədim ki, ürəyim, limon da at. Qarım çayı gətirəndə, təşəkkür etdim ki, birdənəm,  çox sağol. Nəticə-kötücə başımın üstünü aldı ki, ay baba, nu nə hikmətdir, sehiri-xudadır belə, nənəylə niyə belə romantik abu-havadasan. Mən də barmağımı dodağıma gətirdim ki, ay bala, susun, palit eləməyin, altı aydı arvadın adını unutmuşam.

Dialoq

- Ay gəlin, axşamın xeyir. Oğlum necədir?
- Belə də içir. Evdə hey dava salır, gəzir.
- Şükür Allaha. Əsas odur xəstələnməsin.

Qara gülüş

Cəllad barmağını baltanın iti tiyəsində gəzdirib edam hökmü kəsilmişə baxıb soruşur:
- Ağrıkəsici versinlər sənə?

Əlamət

Əgər ayfon əlindən arxası üstə yerə düşərsə, demək şanslısan, bəxtigətirənlərdən olacaqsan.

Sitat

"Əgər qaraciyərin əlləri olsaydı o, hökmən boğazı tutub boğardı".
Dərdayıl


Dodaqqaçdı

- Deyə bilərsinizmi, sizin uzunömürlülüyün sirri nədədir?
- Dəfnə, yasa-filana pulumun olmamasında.

***

- Sol ayağı sağ ayaqdan necə ayırmalı?
- Sol ayaqda böyük barmaq sağ tərəfdədir.

Səmərələşdirici təklif

Əziz kasıblar. Bazarda pomidorun qiyməti, 80 qəpiyə düşsə belə, çoxunuzun büdcəniz hələ gen-bol pomidor yeməyə imkan vermir. Sizə bir məsləhət verək. Pomidorları zənbilə yığanda saplaqlarını qırıb yığın. 1 saplaq 3 qram olduğundan, hər 33 saplaqsız pomidor almaqla, 1 pomidor qabağa düşəcəksiniz.
Allah bazar eləsin!

Antisitat

"Mən dünyanın ən mərhəmətli insanıyam. Əgər məndən mərhəmətli biri tapılsa, mən onu öldürüb yenidən ən mərhəmətli olaram".
Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
16:0107 iyun

OXUMASANIZ DA OLAR

Bakı avtovağzalında bir qadın əlində də kisə yaxınlaşır Şəki avtobusuna ki, gedirəm Şəkiyə.  Buna sürücü yer ver, kisəsini də qoyur baqaja. Qadın deyir ki, ehtiyatlı ol ha, kisədə pişik var. Yola çıxırlar, yol boyu qadın danışır, hər şeyə irad bildirir. Gəlib çatırlar Kürdəmirə. Hamı düşür

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor