İSTİ XƏBƏRLƏR
» » “Sumqayıt” klubu ənənəvi “Yay futbol düşərgəsi” layihəsinə start verib

“Sumqayıt” klubu ənənəvi “Yay futbol düşərgəsi” layihəsinə start verib



Sumqayıtda məktəblilər üçün “Yay futbol düşərgəsi” layihəsinə start verilib. Layihə “Kapital Bank” ASC-nin, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, “Azərikimya” İstehsalat Birliyinin və klubun təşkilatçılığı ilə reallaşdırılır.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihədə Sumqayıtdakı 48 məktəb və liseyin tədris ilində fərqlənən yüzdən çox oğlan və qız şagirdi iştirak edir.

Məqsəd yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, məktəblilərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və futbolun kütləviliyinin artırılmasıdır.

Xatırladaq ki, “Sumqayıt” futbol klubu “Yay futbol düşərgəsi”ni 2014-cü ildən həyata keçirir.
Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?
12:4130 aprel

Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?

Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətlərinin sığortalamaqda maraqlı olmadığı bir neçə sığorta sahəsi var. Bunlardan biri də ictimai nəqliyyatda istifadə edilən avtobuslardır.

Ödənişlərə görə ən aşağı  göstəriciləri olan sığorta şirkətləri
15:3316 aprel

Ödənişlərə görə ən aşağı göstəriciləri olan sığorta şirkətləri

Bu ilin ən zəif göstəriciləri olan sığorta şirkətlərinin adları məlum olub. ONA Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-fevral ayları üzrə açıqladığı hesabata əsasən xəbər verir ki, bir sıra sığorta şirkəti həm sığorta ödənişləri, həm də sığorta haqlarına görə ən zəif nəticəni

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il