İSTİ XƏBƏRLƏR
» » Elita klubları yeni mövsümə necə hazırlaşır?

Elita klubları yeni mövsümə necə hazırlaşır?



Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq doğurmur. Məhz bu səbəbdən Premyer Liqa təmsilçilərinin hazırlıq planlarına nəzər salmağa qərar verdik. 
"Qarabağ": Hazırlıq mərhələsinə iyunun 7-də start verən Ağdam klubu bu gün isə təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Komandanın bu ölkədə dörd hazırlıq matçı keçirməsi planlaşdırılır.  Son ölkə çempionunun rəqiblərinə gəlincə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk olaraq, iyunun 22-si Bolqarıstanın "Ludoqorets" komandası ilə, daha sonra sırası ilə iyunun 25-i Rumıniyanın "Krayova", iyunun 28-i Rusiyanın "Ufa" və iyulun 2-si Çexiyanın "Viktoriya" klubları ilə qarşılaşacaq. "Köhlən atlar"ın ölkəmizə nə zaman dönəcəyi isə UEFA Çempionlar Liqasının bu gün keçiriləcək püşkatma mərasimindən sonra dəqiqləşəcək. Belə ki, "Qarabağ" ilk oyunu səfərdə keçirməli olsa, Avstriyadan birbaşa həmin ölkəyə yollanacaq. Yox, əgər ən nüfuzlu klub turnirindəki ilk qarşılaşma Bakıda oalcaqsa, komanda iyulun üçündə vətənə qayıdacaq.
"Neftçi":  Yeni mövsümün hazırlıqlarına ötən həftənin bazar ertəsi paytaxtda başlayan "ağ-qaralar" şənbə günü isə Türkiyəyə yollandı. Hazırda Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelində məskunlaşan "flaqman" iyul ayının 1-nə kimi qardaş ölkədə hazırlıq keçəcək. Onu da qeyd edək ki, Roberto Bordinin komandasının Türkiyədə üç hazırlıq matçı keçirməsi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Vitse-çempionun hansı komandalarla qarşılaşacağına gəlincə, qəzetimiz çapa hazırlanarkən "Neftçi"nin yalnız " iyunun 30-da Ukraynanın "Vorskla" (Poltava) komandası ilə qarşılaşacağı dəqiqləşmiş, iyunun 20-si və 25-də keçirilməli olan qarşılaşmalarda rəqibin kim olacağı isə müəyyənləşməmişdi.
"Səbail": Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" də artıq hazırlıqlara başlayıb. Belə ki, iyunun 6-da paytaxtda təlim-məşq toplanışına başlayan "dənizçilər" bu gün isə Bolqarıstana yollanır. İyulun 2-nə qədər bu ölkədə hazırlıq keçəcək Aftandil Hacıyevin komandası ölkə xaricində üç hazırlıq qarşılaşmasına çıxmağı planlaşdırır. Topaz Premyer Liqasının bürünc mükafatçısının iyunun 21-də Plovdiv "Lokomotiv"i ilə qarşılaşacağı bəlli olsa da, digər rəqiblərin kimliyinə və ümumiyyətlə neçə yoldaşlıq matçının keçiriləcəyinə aydınlıq gəlməyib.
"Qəbələ": Ötən mövsümün gedişində maliyyə problemləri ilə üzləşən bölgə klubunun nəinki yaydakı hazırlıq planı, hətta ümumilikdə bir klub olaraq da aqibəti sual altında idi. Amma artıq komanda dünəndən hazırlıqlara başlayıb. İyunun 29-na qədər Qəbələdə hazırlıq keçəcək "qırmızı-qaralar" təlim-məşq toplanışının ilkin mərhələsini "Zirə" ilə hazırlıq qarşılaşması ilə başa vuracaq. Ölkə kubokunun qalibi iyulun 4-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. "Qəbələ" iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub.Baş məşqçi Sənan Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq. Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda komanda Ukrayna təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da "Qəbələ" kimi  Avropa Liqasında çıxış edəcək.
"Zirə": Mövsümü beşinci pillədə tamamlayan qəsəbə təmsilçisinin yaydakı hazırlıq planı hələ ki, açıqlanmayıb. Klubdakı gələcək taleyi bir müddət öncə müəyyənləşən və postunda saxlanılan sumqayıtlı baş məşqçi Samir Abasov hələ ki, ancaq islahatlarla məşğuldur. Ötən "futbol ili"ndəki komandanın heyətini böyük ölçüdə yeniləyən "qartallar"ın yeni mövsüm üçün planlarının yaxın günlərdə açıqlanması gözlənilir.
"Sumqayıt": Ölkə kubokunun final matçından yenilgi ilə ayrılmaqla Avrokubok xəyallarını gerçəkləşdirə bilməyən şəhərimizin komandasında baş məşqçi məsələsinə yenicə aydınlıq gəldiyindən "kimyaçılar"ın yeni mövsüm üçün hazırlıq planının açıqlanmaması başadüşüləndir. Qəzetimiz çapa hazırlanarkən bu yöndə heç bir yenilik yox idi. Klub rəhbərliyinin sponsorlarla görüşündən sonra "Gənclik şəhəri"nin komandasının mövsümlərarası hazırlığı ölkəmizdə, yoxsa onun hüdudlarından kənarda keçəcəyi bəlli olacaq.
"Sabah": Yeni mövsümün hazırlığına dünəndən başlayan Elşad Əhmədovun "drujinası" iyunun 22-nə qədər Bakıda hazırlıq keçməyi və bu müddət ərzində 5 hazırlıq matçında qüvvəsini sınamağı planlaşdırır. İyunun 23-də isə Boluya yola düşəcək paytaxt klubu avqustun 6-na kimi qardaş ölkədə məskunlaşacaq və Türkiyədə 4 hazırlıq matçı keçirəcək.
"Keşlə": Ötən mövsüm Topaz Premyer Liqasını sonuncu pillədə tamamlayan keçmiş "bankirlər"in hazırlıq planı hələ ki, müəyyənləşməyib. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin hazırlıq planının bu ayın sonunda açıqlanması gözlənilir.
Rəy bildir +
Oxşar xəbərlər
Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU