İSTİ XƏBƏRLƏR
» » 5 manatlıq və 7,2 min dollarlıq qarpızlar

5 manatlıq və 7,2 min dollarlıq qarpızlar



Qarpız mövsümünüz mübarək!

Bu arada, əziz oxucularımız, qarpız mövsümünüz mübarək. Artıq dükan-bazarda piştaxtalardan bu yaşıl üzlü, qırmızı içli gözəl üzümüzə gülümsəyərək öz bal şirinliyindən dadmağımızı istəyir. 
Küçələr boyu düzülən xırda yük maşınları   da üst-üstə qalanmış qarpızı münasib qiymətə təklif edirlər. Yerindən və sortundan aslı olaraq qarpızın kiloqramı 40, 50 qəpiyə satılır. Bir orta ölçülü qarpız haradasa 5 manat tutur.
Ölkəmizin baş qarpız plantasiyası olan Sabirabadın adı bir də  mövsüm bitənə-yəni sentyabrın axırlarınadək gündəmdə olacaq. Orta hesabla bir sabirabadlı fermer mövsüm ərzində min ədəd qarpız satıb maneəsiz pulunu əldə edə bilir. Bu da, təqribən bir mövsümə 1,5 min dollar gəlir deməkdir.
Biz söhbətimizi Sabirabaddan birbaşa   Yaponiyaya şütüməklə davam etdiririk. Belə ki, ötən şənbə gündoğan ölkənin Sapporo adlı şəhərinin əsas bazarında "Densuke" adlı qarpız sortunun auksion satışı keçirilib.  Satış rekord göstərici ilə yadda qalıb. Belə ki, 11 kq-lıq bir qarpız 750 min iyenə - 7,2 min dollara satılıb. Qarpızın alıcısı supermarket sahibi Keyiti Sudzuki olub. Xoşbəxt alıcı söyləyib:
- Auiksionda qalib gəlmək mənimçün   böyük şərəf oldu. Bu, biznesim üçün çox uğurlu əlamətdir. Ümid edirəm ki, bu il yaxşı alış-verişimiz olacaq.
Əziz oxucular, yəqin təəccübləndiniz. 7 min dollara da qarpız olar? Əcaba, bəlkə bu qarpız qızıldandır, ya da içində cavanlıq eliksiri var?
Yox, yox, bu qarpızın elə bir qeyri-adiliyi yoxdur.  Dadı-tamı da, deyilənə görə, eynən bizimkilər kimidir. Onun yeganə fərqi qara rəngdə olması, ideal girdəliyidir. Bir də, içində tumu olduqca azdır.
"Densuke" sortu ancaq Yaponiyada,  özü də Xokkaydo əyalətində bitir. Ölkə mağazalarında qarpızın kütləvi  satışı iyul ayında başlayacaq. Fermerlər 55 min qarpız yetişdirəcəklər ki, hər biri də 80-100 dollar qiymətinə satılacaq.
Sizə Kyodo agentliyinə istinadən 7,2 min dollara satılmış bəxtəvər qarpızın fotosunu təqdim edirik. Gəlin kimi bəzədilib, görürsünüzmü?
Təbii ki, bu yazını oxuduqdan sonra  mütləq sabirabadlıların ağlına "Densuke" sortuna keçmək düşəcək. Amma hər sort öz əzəli məkanında gözəl olur, bu, bir botanika təmrinidir.
Vallah, öz vətənimizin hər bir neməti, o cümlədən qarpızı da yaxşıların yaxşısıdır. Hövsan soğanı, Qubanın ağ alması, Göyçayın Bığır narı, Ordubadın cevizi, Abşeron zəfəranı.... Bunların hər biri o qara  yapon qarpızı qədər gözəldir. Sadəcə, biz özümüzə dəyər verə bilmirik, özümüzü dünyaya təqdim edə bilmirik.
Nəticədə də yerimizdə sayırıq. Nə isə qarpız mövsümünə start verək, görək nə olur!

Kamran
Şəkillərdə: 7,2 min dollarlıq 
yapon qarpızı:
Sumqayıt küçələrində 
qarpız satışı:
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO