İSTİ XƏBƏRLƏR
» » AZƏRBAYCAN TARİXİ: Şamaxı, ey mənim şəfalı yurdum...

AZƏRBAYCAN TARİXİ: Şamaxı, ey mənim şəfalı yurdum...


ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Şamaxının adı ilk dəfə antik mənbələrdə - yunan coğrafiyaşünası Klavdi Ptolemeyin "Coğrafiya" əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında "Mamaxiya" "Camaxeya" və ya "Kemaxeya" formasında çəkilir. 
Sonralar mənbələrdə şəhər "Kemaxiya", "Əşşamaxiyyə", ərəblər adını dəyişdirdiyi zaman qısa müddət "Yezidiyyə" və sonra yenidən bu günə kimi "Şemaxi" və "Şamaxı" adlandırılmışdır. Çox maraqlıdır ki, bir çox səyyahlar,  şairlər və filosoflor Şamaxı sözünün əvvəlinə həm də Müqəddəs kəlməsini əlavə ediblər. Müqəddəsliyi isə ondadır ki, burada  çox vaxt ədalətli və adil şahlar yaşayıb. Çox möcüzəli səsi olan musiqiçilər və söz sahibləri doğulublar.
Şirvanşahlar dövlətinin  ən qədm dövrləri haqqında günümüzə çox az və qısa məlumatlar gəlib çatıb. Rəşid əd Din yazırdı ki,  "... iki min ilə yaxındır ki,  sultanlıq dərbəndilər sülaləsinə məxsusdur". Onun yazdıqlarına inansaq, demək Şirvanşahlar   hələ Əhmənidilər dövründən hakimiyyətdə olublar.
Şirvanın intibah və yüksəliş dövrü isə əsasən VIII əsrin ortalarından başlanır.  
X əsr  əlyazmaçı və tarixçisi  Əl Məsudi yazırdı: " Ənuşirvanın  islam torpaqlarına təyin etdiyi şahlar arasında  Bərdədən olan Şirvan adında bir şah var idi.  Onun ədalətinə hörmət əlaməti olaraq, sonralar bu yerlər Şirvanşah adlandırıldı. "Şirvanşahların şəcərəsinin Xosrov I Ənuşirvandan başlanıldığı məlumdur.
Tarixdə yazılanlar öz qüvvəsini heç vaxt itirmir.  Ancaq tarixi bir həqiqət də var ki, Şirvan bölgəsi  Uzaq və Orta Şərqdə, Avropadakı   hakim sərkərdələrin və fatehlərin maraq dairəsində olub.  Bu yerlərdən gəlib gedən, şəhərdə öz şahlığını quran və ya  yağmalayan ordular çox zaman bu şəhərə ziyan vurub, yandırıb, qala divarlarını dağıdıb gediblər. Şirvanda hakimiyyətini uzun müddətli bərqərar edən isə ərəb xilafətləri olub. XI əsrdə yazılan "Tarixi əl Bab"  adlı bir əlyazmanın özü  itirilib, günümüzə gəlib çıxmasa da, bu kitabın sonradan köçürülən çox az sayda olan surətlərində  Şirvanın və Dərbəndin tarixinə işıq salan səhifələr mövcuddur. Əl Məsudiyə məxsus əlyazmalardan görünür ki,  Şirvanşahların ən mötəbər şahlarından biri də  Əli İbn Haysam olub.  "Onun Çox böyük ordusu var idi. Lakin dəniz donanması yox idi. Dəniz donanması olmadığından tez-tez Xəzər dənizi üzərindən rusların hücumuna məruz qalırdı". Rusların hücumlarının gücləndiyi bir vaxtda, 917-ci ildə  Əli ibn Haysamın şahlığının süquta uğrayır.  Onun hakimiyyətinin zəiflədiyi bir vaxtda, öz qohumları - babasının  əmisi oğlu Əbu Tahir Yəzid İbn Muhəmməd ibn Xalid ibn Yəzid Məyzəd əş Şeybani  hakimiyyəti ələ keçirir. 
Mənbələrdə göstərilir ki, 1386-cı ildə Əmir Teymur  Qarabağa getmək üçün Dərbənddən Dəşti Qıpcağa keçməliydi.   Şeyx İbrahim öz yanında Yəzidilər sülaləsindən olan Əbu Yəzidi vəzir kimi  saxlayırdı.  Əbu Yəzid Şeyxə qaçıb dağlarda gizlənməyi məsləhət görsə də, Dərbəndin və Şirvanın şahı  Şeyx İbrahim  Teymurun adına sikkələr döydürdü. Moğol xanlarından qalmış adət-ənənəyə uyğun olaraq,  bahalı hədiyyələrlə  9 dəvə yükü və 8 qulla onun hüzuruna gəlib, qarşısında baş əydi. İşarədən hər məqamı bəlli edən,   böyük Teymur ondan "Bəs doqquzuncu qul hanı?"- soruşduqda, "Doqquzuncu mənəm"-dedi, -Şeyx İbrahim. Bu bir diplomatik gediş idi.  Yoxsa ki, "Şeyx" adı ona  havadan verilməmişdi. Tanrı onu bütün zəkası ilə ziyalandırmışdı. Şeyxin belə səlist və məntiqli cavabı  7 dünya hökmdarı Teymura ləzzət eləmişdi. Onun ağlı və düşüncəsinə görə, Teymur Şeyx İbrahimə özünün qiymətli daş-qaşla bəzədilmiş əbasını  verib, bir daha Şamaxının və Şirvanın  sahibi təyin etdi. Çünki üzüyünün üstündə "Güc ədalətdədir" yazılan Əmir Teymur Şeyx İbrahimin ədalətli hökmdar olduğundan xəbərdar idi. Bundan sonra Şirvanşahın övladlarının , şəcərəsinin qorunması, təhlükəsizliyinin təminatı  üçün xüsusi fərman imzaladı. Şeyx İbrahimin müdrik siyasəti nəticəsində Şirvan dağılmaqdan və günahsız insan qanının axıdılmasından qurtuldu. Bu idi, Şeyxin mərhəmətinin və ədalətinin təntənəsi!!!
Öz səxavəti, ədaləti və ağlı ilə seçilən Şirvanın yeni şahlığının ömrü isə XVI əsrə qədər  qədər davam edir. Şirvanşahlar sülaləsinin sonuncu hakimiyyəti  şahı Şirvanşah Xəlilullah I İbrahimə keçir. 
1544-cü ildə  Burxan Əli Sultana keçir. Yadelli Əlks onun üzərinə yürüş edərək, Burxanı məğlubiyyətə uğradır.  
Şirvanın şahı Sultan Xəlilullahın nəvəsi   Burxan   Osmanlı sultanı Süleyman xanla ittifaq qurur.  Daha sonra Dərbənddə oturur.  Yeni güc toplayıb, Sultan Süleyman xan ilə yenidən Azərbaycana hücum edib, Şirvanı ələ keçirib, Qızılbaşlardan azad edir. 1551-ci ildə vəfat etdikdən sonra, Qızılbaşlar yenə Şirvana hücum edir, qanlı talanlar və qırğınlar törədərək, Şirvan şahlığını süquta uğradırlar. Burxan Əli Sultanın oğlu  azyaşlı   Əbu Bəkr Mirzəni  Dərbənddə gizlədirlər. Əbu Bəkr Mirzə 20 yaşına çatanda , çərkəzlərin ölkəsinə keçir. 
1570-ci ildə isə Krıma köçür. Krımın şahı o dövrdə ruslara baş əyməyən Dövlət Gerey xan idi. Xan şah oğlunun gəlişindən xəbər tutub, sarayına gətirir. Öz qızı ilə evləndirib, Osmanlı İmperiyasının dövlət xadimi titulunu verdirir. 1579-cu ildə Vəzir  Lələ Mustafa Paşa öz qoşunları ilə yenidən Şirvanşahları fəth etməyə çıxanda, bu yürüşdə Əbu Bəkr Mirzə də ona qoşulur.Və Şirvanda Əbu Bəkrə yenidən valilik verilir. Bundan sonra isə tarixi mənbələrdə Əbu Bəkr son taleyi haqqında məlumatlara  rast gəlinmir. 
XVII əsrin əvvəllərində  Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. Şəhərin şimal hissəsi cənub hissədən bir qədər kiçik idi. Burada daşdan hörülmüş 5 qapı vardı". Həmin dövrdə şəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44 karvansara, 200-ə yaxın dükan olmuşdur.
XVII əsr məşhur Osmanlı səyyahı Evliya Çələbi Şamaxı şəhərini belə təsvir etmişdir: "Qırx xanlıq, qırx səkkiz qəza olub, qırx nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi var. Qədim və abad bir şəhərdir... Şəhər içində təxminən yeddi minə qədər torpaqla örtülü abad evləri var. Hər yerindən çay keçir. Bağ və bağçalarının hesabı yoxdur. 26 məhəlləsi var, Meydan və Şabran məhəllələri şəhərin çox gözəl yerində yerləşir. Evləri olduqca yaraşıqlıdır, 70-ə qədər mehrabı var". Evliya Çələbi şəhərdə 5 böyük məscid, 7 mədrəsə, 40 məktəb, 7 hamam, 44 daş karvansara, iki yüzə qədər dükanın olduğunu qeyd edirdi.
Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. XVIII yüzilliyin 70-ci illərində Şamaxıda 1000-ə yaxın evdə 5-6 min adam yaşayırdı. Şəhərlər inzibati cəhətdən məhəllələrə bölünürdü. S.Qmelinin verdiyi məlumata görə, Köhnə Şamaxı doqquz məhəlləyə bölünürdü: Yuxarı qala, Sarıtorpaq, Qala bazar, Yəhudi, İmam, Meydan, Şahpəri, Gilandibli, Nar ağacı məhəllələri.

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?
12:3914 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?

Qədim Azərbaycan tarixini vərəqləyəndə, daş kitabələrdə qarşımıza "Trukkular" adlı bir xalq çıxır. Kim idi trukkular? Eramızdan 23 min əvvəl mövcud olmuş Şamtamhari mətnlərində trukkular barədə məlumat verilir. Şamtamhari mətnlərində türklərdən danışılarkən, onlardan şəhəri və hökmdarı olan etnos

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu