İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib

Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib


Sumqayıtdakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəisi Elgün Hümbətov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və gənclərin dostu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı respublikamızda və Sumqayıtda uğurla icra edilir. Dövlətimizin başçısı tərəfindən gənclərə xüsusi qayğı göstərilir, onların problemlərinin həllinə diqqətlə yanaşılır, bu istiqamətdə mühüm işlər görülür. Natiq son illərdə Sumqayıtda həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, inşa edilən obyektlərdən, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.

Digər çıxışlarda son illər ölkəmizdə görülən işlərin nəticəsi olaraq Sumqayıtın xüsusi zövq oxşayan görkəm qazanmasından, şəhər sakinlərinin, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən, uğurla həyata keçirilən dövlət gənclər siyasətindən söz açılıb.

Konfransda fikir mübadiləsi aparılıb, gənclərin təklifləri dinlənilib, suallar cavablandırılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür