İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular



Deputatlar

Milli Məclisin son iclasında öncə 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi səsə qoyuldu, səsvermə 102 nəfər deputatın "hə"si ilə təsdiqləndi. Təbii ki, parlamentin sədri Oqtay müəllim bundan razı qaldı. Sonra "Əhalinin sağlamlığının qorunması haqqında" dəyişiklik  layihəsi uzun müzakirədən sonra səsə qoyuldu. Amma bu zaman cəmi 78 deputat səsverməyə qoşuldu və "hə" dedi.
Rəqəmi görəndə Oqtay müəllim bərk əsəbiləşdi, "İçəridə 100 nəfər oturub, ancaq cəmi 78 nəfər səs verib, bu nə deməkdir?" - deyə irad bildirdi. Səs-küy qalxdı, təkrar səsvermə keçirildi və qanun layihəsinə 100 nəfər səs verdi.
Əlbəttə, Oqtay müəllim əndişələnərək 22 nəfərinin qəfildən səs verməməsini  ola bilsin ki, onların müxalifətə meyyillənməsinə yozub. Təkrar səsvermədən sonra isə onun rəngi-rufu yerinə gəlib.
Amma  "6 xətt"  olaraq bildiririk ki, heç bir asilikdən, üsyankarlıqdan söhbət belə gedə bilməz. Elə olsaydı, spiker təpinən kimi həmin 22 nəfər dərhal "hə" deməzdi.
Səs verməyən deputatlar, çox güman həmin vaxtda mürgüləyənlər imiş.



Nazirlik əməkdaşı

Paytaxtın Binəqədi  rayonu, Görədil qəsəbəsində yerləşən "Abşeron Marina" restoranının adı bu həftə həddən artıq çox hallandı. Buna səbəb Ü.Həsənov adlı 41 yaşlı şəxsin həmin o restoranda məclis zamanı öz həyat yoldaşı ilə mübahisə etməsi, mübahisə edəndən sonrasa sirkə turşusu içməklə intihara cəhd eləməsi oldu.
Iş ondadır ki, Ü.Həsənov elə-belə şəxs deyil, nazirliklərdən birinin əməkdaşıdır.  Iki il əvvəl o "Tərəqqi" medalı ilə də təltif olunub.
"Abşeron Marina"da intihara cəhd edənin medallı nazirlik işçisi olmasına ölkə mediası o qədər diqqət yönəldir ki, restoran rəhbərliyi restoranın qarşısına "Bu, 2019-cu ilin iyun ayında filankəsin intihara cəhd göstərdiyi  həmin restorandır"  sözləri yazılmış lövhəni vursa,  adam heç təəccüblənməz.


Şeydayev

Futbol üzrə Azərbaycan millisinin hücumçusu, Rusiyada - Samaranın "Krılya Sovetov" klubunda legioner həyatı yaşayan Ramil Şeydayev bu həftə onunla gündəmə gəldi ki, onun transfer qiyməti 200 min avro artaraq 1,2 milyon avroya çatdı.
Xatırladaq kı, futbolçumuz Avropa çempionatı seçmə mərhələsində yığmamızın keçirdiyi hələ ki, ən sonuncu matçda qol vurmaqla öz məzənnəsini qaldırmağa müvəffəq olub:  Bakıda slovaklarla matçda.  Həmin matçı 1:5 hesabı ilə biabırçı məğlubiyyətlə başa vurmağımız da yəqin xatirinizdədir.
Yeri gəlmişkən, qol vurmağın sirrini bilən Şeydayevin məzənnəsinin qalxması gözəl haldır. Bizcə, AFFA katibi Elxan Məmmədovun da məzənnəsi qalxmalıdır. Ponomoryovun, Torresin dönəmlərində normal bir ortababa çevrilən, Prosineçkinin dönəmində qrup liderliyinə yüksələn, bir vaxtlar Portuqaliya, İsveçrə kimi qrandlara qan udduran bir millini aşkar autsayderə çevirən bu şəxs də öz növbəsində tənəzzülün sirrini bilir.


Razborşik

Bakı Apelyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirli bilinən Səməd Pənahova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. Səməd Pənahov dostu Cabbar Babayevi də götürüb tanışı İlqar Abdullayevlə Röyal Xankişiyevin problemini çözmək üçün "razborşik" qismində çıxış edibmiş. Belə ki, Röyal İlqara pul borclu imiş, ancaq verə bilmirmiş. Səməd də gedib Röyalın  xirtdəyindən yapışıb ki, bəs İlqarın pulunu ver. O da yenidən möhlət istəyəndə Səməd  əsəbiləşib onu idman fəndi ilə yerə yıxıb, onun da başı asfalta çırpılıb və yazıq dünyasını dəyişib.
Əlbəttə ki, "6 xətt"in səbirsiz oxucuları sual edəcəklər ki, belə hadisə onlarca, yüzlərcə olur. Bunu niyə tarixə salırsınız?
Iş ondadır ki, rəhmətlik Röyalın İlqara borcu 15(???) manat idi. Səməd dostu Cabbarı da götürüb bu pulun "razborkasına" gedibmiş. Adətən, razborşiklər qaytarılan məbləğin 50 %-nə sahib olurlar. Demək, Səmədlə dostuna 7 manat 50 qəpik qalacaqmış, hərəsinə 3 manat 75 qəpik. 3 manat 75 qəpiyə görə adam öldürən niyə də tarixə düşməsin?

Pomidor

Rusiyaya göndərilən 36 ton pomidor içində güvə aşkarlandığı üçün geri qaytarıldı. Ölkəmizin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hadisəyə belə şərh verdi:
- Bu, adi idxal-ixrac prosedurudur. Çatışmazlıq aşkarlandığı üçün məhsulu Rusiya tərəfi geri qaytarıb. Biz bu tomat güvəsi aşkar edilən 36 ton pomidoru tezliklə sağlamlaşdıracağıq və yenidən Rusiyaya ixrac edəcəyik.
Qoşqar müəllimgil güvəli pomidorları necə sağlamlaşdıracaqlar, bu barədə tam məlumatsızıq. Ancaq hər halda, həmin pomidorları yenidən Rusiyaya ixrac etmək, fikrimizcə, çox riskli bir addımdır.  Birdən ruslar pomidorları tanıdılar, onda necə olacaq?



Maştağalı

Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları bu həftə əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini Vüqar Əliyevin bağ evinin həyətində ümumi sahəsi 1800(!) kvadratmetr olan 3 ədəd istixanada kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 1 ton 104 kiloqram olan 7190 ədəd çətənə kolu aşkar etdilər.
Bu, olduqca nəhəng bir ərazidə y
erləşən əsl plantasiyadır. Baş verən hadisə, doğrudan da analoqu olmayan bir hadisədir.  Kimin ağlına gələr ki, Bakının qəsəbəsində belə bir iş qurmaq olar?
Çox güman ki, Vüqar Əliyev onu sorğu-suala tutan paqonlunun "Bu 7190 ədəd çətənə kolunu həyətinizdə hansı məqsədlər üçün əkmişdiniz" sualına belə cavb verib:
-Özümün istifadəm üçün. Çəkəniyəm.

Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:5314 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

  Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular