İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda hansı təşkilatlar ictimaiyyətlə əlaqələrə önəm verir?

Sumqayıtda hansı təşkilatlar ictimaiyyətlə əlaqələrə önəm verir?



Bu gün ictimaiyyətlə əlaqələr sahəsi müstəqil bir fəaliyyət istiqaməti kimi inkişaf edir. Sahəni ingilis dilindəki "PR", yəni "Public relation" termini ilə adlandırırlar.

Qərbdə bir əsrə qədər yaşı olan  PR ölkəmizdə son 10-15 ildə tanınmağa, son 5 ildə isə xüsusilə populyarlaşaraq, əhəmiyyətli sahə kimi qiymətləndirilməyə başlanılıb. İndi ölkədə demək olar ki, bütün dövlət qurumlarında və şirkətlərdə PR şöbəsi və PR mütəxəssislər fəaliyyət göstərir. Ictimaiyyətin görülmüş işlərlə bağlı məlumatlandırılması, ictimaiyyətlə dialoqun inkişaf etdirilməsi, ardıcıllığının təmin olunması getdikcə strateji xarakter daşıyır. Səbəbsiz deyil: çünki bu, şirkətin reputasiyasını, ictimai fikirdəki nüfuzunu müəyyən edir.

Bəs maraqlıdır, Sumqayıtda hansı qurumlar öz fəaliyyəti barədə ictimaiyyəti  məlumatdırmaqda maraqlıdır və bu istiqamətdə aktiv fəaliyyət göstərir?

Başlayaq, şəhər icra hakimiyyətindən. İnsafən, qurum bu mənada nümunəvi fəaliyyəti ilə seçilir. Keçirilən bütün tədbirlər, layihələr, nəzərdə tutulan işlər barədə mütəmadi olaraq məlumatlar yayımlanır. İcra hakimiyyəti bu mənada xüsusilə KİV-dən istifadə edir, ayrı-ayrı saytlar və qəzetlər vasitəsilə məlumatları ictimailəşdirir. Təqdirəlayiq haldır ki, Şəhər İcra Hakimiyyəti bu zaman medianın informasiya sorğularını gözləmir, özü ünsiyyətə can atır, ictimaiyyətə xitab etməyə, məlumatlandırmağa çalışır. Qurum öz saytını da daimi olaraq yeniləyir.

Sumqayıt Bələdiyyəsi də media və ictimaiyyətlə əlaqələrə önəm verir. Qurumun saytı  operativ olaraq yenilənir, keçirilən tədbirlər barədə məlumatlar KİV-də yerləşdirilir.

İctimaiyyətlə əlaqələrə xüsusi önəm verən qurumlar arasında Sumqayıt  Regional Mədəniyyət İdarəsini də fərqləndirmək olar. İdarənin saytı var və yenilənir. Qurumun bu sahəyə verdiyi əhəmiyyətin ifadəsidir ki, burada mətbuat katibi ştatı ayırıb. 

Sumqayıt şəhər Polis İdarəsi də Daxili İşlər Nazirliyinin mətbuat xidməti vasitəsilə media ilə çox sıx işləyir. Eyni zamanda, yerli quruma verilən informasiya sorğularına da operativ reaksiya verir. Eyni sözləri Səhiyyə Şöbəsi barədə də demək olar.

Sumqayıt Gənclər və İdman Baş İdarəsi də press-relizlərinin mediada yayımlanmasına maraq göstərir.

Eyni iş üslubunun Sumqayıt Qaz, İşıq, Su idarələri tərəfindən də sərgilənməsi, təbii ki, məqsədə uyğun olardı. Söz yox ki, bu qurumlar da sorğuları cavabsız qoymurlar, ancaq onların da ictimaiyyəti məlumatlandırmaq üçün öz elanlarını, məlumatlarını mediaya təqdim etməyə maraq göstərməsi arzuolunandır. Sumqayıt İstilik İdarəsinin də KİV-lə soyuq münasibətlərinə bir az istilik qatması yaxşı olardı. 

Yeni yaranan Qida Təhlükəsizliyi Agentliyinin öz fəaliyyət istiqamətindəki fəallığına rəğmən, qurumun yerli təşkilatının yerli media ilə əlaqələrə maraq göstərdiyi hiss olunmur.

Və nəhayət, mühüm bir qeyd - PR yalnız informasiyaların saytlara, qəzetlərə göndərilməsi demək deyil. Onun texnologiyaları, alətləri var. Hər bir qurum ictimai fikirdəki reputasiyasını yüksəltmək üçün müxtəlif məzmunlu tədbirlər təşkil etməli, şəhər sakinləri ilə təmaslarını sıxlaşdırmalı və bütün bunların aparıcı informasiya kanalları ilə ictimailəşdirilməsi olduqca vacibdir. Dövrün aparıcı informasiya kanalları sırasında isə birinin dominantlığı artmaqdadır: sosial şəbəkələr!

Deməli, Facebook və İnstagrama gəlmək vaxtıdır. Bu platformaların digər media vasitələri ilə müqayisədə fərqi odur ki, burada vətəndaş qurumla, məmurla birbaşa virtual təmasa girib istədiyi cavabı ala bilir. 

Sonda xatırladaq ki, dövlət başçısının şəxsi və Prezident Administrasiyasının rəsmi Facebook səhifələri fəaliyyət göstərir.

VÜSAL


Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO