İSTİ XƏBƏRLƏR
» » Yaşı 55-i keçənlər üçün müjdə!

Yaşı 55-i keçənlər üçün müjdə!

Albert Universitetinin alimləri bu həftə 55 yaşdan yuxarı olan insanların beyinlərinin qocalmasının qarşısını alan, onlarda yaddaşla bağlı Alzheymer kimi xəstəliyin inkişafına mane olan faktorları aşkarlamışlar. Bu barədə "168 saat" Eurek Alert portalına istinadən məlumat verir.
Belə ki, kanadalı alimlərin tədqiqatları sübut etmişdir ki, insan beyninin-mərkəzi əsəb sisteminin 55 yaşdan sonrakı sürətlə qocalmasını əngəlləyən faktorlar bunlardır:
- Sosial aktivlik;
- Dostlar mühitində daha çox olmaq;
- Yeni vərdişlərə meyillilik: - məsələn, kompüteri öyrənmək, xarici dillər öyrənmək və s.
- əks cinsdən olan sevimli şəxsin mövcudluğu;
- aktiv həyat tərzinə canatma: - məsələn, piyada gəzintiyə, yürüşlərə üstünlük vermək;
- bədən çəkisinin normal olması.
Demək, alimlərin apardığı tədqiqatlar sübut etmişdir ki, 55 yaşdan sonra, xüsusən 75 yaş həddində yaddaş pozğunluğundan, depressiya simptomlarından əziyyət çəkənlərin mütləq əksəriyyəti sağlamlığının qeydinə qalmayan, qidalanma və gigiyenasına fikir verməyən, sosial fəaliyyətlə məşğul olmayan, tək yaşayan, insanlardan təcrid olan şəxslərdir.

"168 saat" İNFO
Rəy bildir +
Oxşar xəbərlər
Üç çılpaq “gözəl” və Molla Nəsrəddin
17:2204 aprel

Üç çılpaq “gözəl” və Molla Nəsrəddin

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.