İSTİ XƏBƏRLƏR
» » Pirallahı adasında əsrin cinayəti

Pirallahı adasında əsrin cinayəti


5 yaşlı qız uşağı itəndə onun başına nələr gətiriləcəyini heç kəs təxmin edə bilməzdi


Sizə retro-kriminallar silsiləsindən bu gün tükürpədən, dəhşətlidən də dəhşətli bir cinayət hadisəsi barədə söhbət açacağam.
Xəbərdar olun ki, Şər daim bizlərin arasında, Xeyirlə mübarizədədir. Daim ehtiyatlı, tədbirli olmaq lazımdır, Şərə meydan verməmək lazımdır.

Günün günorta çağı 5 yaşlı Ayşə həyətdən yoxa çıxmışdı. Elə bil iynə olub yerə batmış, quş olub havaya uçmuşdu. Balaca qızcığazı "gördüm"- deyən yox idi. Pirallahı qəsəbəsində yaşayan  Qələndərovlar ailəsinin bütün qonşuları uşağın axtarışına çıxmışdılar.  Günortadan iki saat sonra- axşamüstü saat 17- də uşağın tapılmadığını görən qonşular və uşağın atası Füzuli Qələndərov Pirallahı Rayon Polis Şöbəsinə xəbər vermiş, balaca Ayşənin şəklini çoxaldaraq qəsəbədə paylamağa başlamışdılar. Arada Füzulinin yaxın qonşusu İlqar  eyni küçədə   yaşadıqları 32 yaşlı Çernov Yakovun   ikimərtəbəli evinə baxıb: "Birdən uşağı bu vələduzna aparar" fikrini də ürəyindən keçirmişdi. Hətta qapıya yaxınlaşıb açmaq istəyəndə, onu bağlı görüb  geri qayıtmışdı. Yakovgilin Füzuligillə eyni məhəllədə yaşayıb yaxın qonşuluq əlaqələri olmadığından, nədirsə, İlqarın  bir ayağı onu elə Yakovun evinə dartırdı...

***

Buradan o yana həmin o inanılmaz, sümükdə iliyi donduran əhvalat başlayır. Hərdən düşünürəm ki, kaş ibtidai zamanlar olaydı, ən alçaq cinayətkarlar hamının gözləri qarşısında edam ediləydi. Şəxsən mən qadın olsam da "uf"da demədən haqqında söhbət açacağım bu murdar şəxsi tikə-tikə doğrayardım. Ona “şəxs” sözü yaraşmır. O, insan deyil. Ən qaniçən, ən vəhşi heyvandır. 

Qonşular 5 yaşlı Ayşəni axtararkən Çernov Yakov bu balaca qızcığazın   balaca bədəninin üzərinə uzanıb  ona olmazın işgəncə verməkdəydi... Uşaq dəfələrlə çırpınıb onun əlindən çıxmaq istəsə də, o,  qızcığazın üzünə, başına şillələr endirərək, səsini çıxarmağa, bərkdən qışqırmağa qoymurdu... Balaca Ayşə ağrılar, əzablar içərisində qovrulub, qışqırıb ağlayarkən, başına nə gəldiyini də anlamırdı. Nə qədər çırpınca da balaca canını caninin əlindən qurtara bilmirdi. Yakov uşağa 2 saat ərzində olmazın seksual əzablar verdi. Balaca qızcığazın partlaq-partlaq olmuş bədəninin hər yerindən qanı döşəməyə tökülmüşdü. Elə bu vaxt Ayşə anasının səsini eşitdi, anası onu axtarır, çağırırdı. Uşaq  bir daha səsini qaldırmaq istəyəndə, Yakov onun burnundan və boğazından tutaraq, nəfəsi kəsilənə qədər boğdu. Uşağın nəfəs almadığına əmin olandan sonra, oturub bir siqaret çəkdi, sonra yenə də ölmüş bədənin üzərində öz əxlaqsız sesksual hərəkətlərini təkrarladı...

***

...Füzuli Qələndərov başını itirmişdi. Bilmirdi neyləsin, qonşular uşağın necə yoxa çıxdığını soruşanda dedi:

-  28 may   bayram günü olduğundan mən də işə getməmişdim. Naharımızı elədik. Divanda uzandım ki, bir az istirahət edim,  saat 15 radələrində qızım Şövkət  yanımdan durub o biri otağa keçdi, Ayşə də bunun dalınca çıxdı. 10 dəqiqə sonra Şövkət evə qayıtdı, Ayşə yanında yox  idi. Soruşdum ki, qızım bacın hanı?  Dedi görməmişəm. Elə bil, yerimin içərisində məni ilan çaldı. Tez hövlanak qalxıb , darvazanı açıb məhləyə çıxdım...

Günahsız bir körpənin  canı əzablardan xilas oldu. Ruhu göylərə pərvazlandı... O, yerdə ata-anasının, qonşuların onu necə axtardığına baxırdı... Amma yenə də nə baş verdiyini anlamırdı. Axı niyə belə olmuşdu?   Qonşuluqlarında olan bu kişi onu niyə incitmişdi... Bunu Ayşə heç vaxt biməyəcəkdi.

...Axşamüstü İlqar Yakovu  məhəllədə bir maşının yanında görüb, ona yaxınlaşdı. İlqar öncə qızını soruşdu, sonra naməlum sürücü ilə  maşının nəyə görə məhəllədə dayandığını soruşdu.  Çernov çaşıb qaldı, sadəcə avtomobilin baraj hissəsini açıb göstərərək boş olduğunu dedi, uşağı görmədiyini bildirdi. 

Əslində bu taksini məhəlləyə Yakov çağırtdırmışdı. Fikirləşirdi ki, ara sakitləşəndə qızın meyidini büküb, maşına qoyub aparacaq... Hiyləsi baş tutmadığından, o sürücünü bəhanə gətirib yola saldı.

Gecə saat 02:30 radələrində İlqar digər qonşusu polisdə işləyən Rahilə   və Füzuliyə   yaxınlaşıb Yakovdan şübhələndiyini dedi. Onlarla bir məhəllədə yaşayan Xəyal Hüseynov  da onlarla birləşdi, Çernov Yakovun  evini axtarmaq qərarına gəldilər. Gecə 4 radələrində Xəyal hasardan Çernovun həyətinə  keçərək həyət qapısını açdı.  Həyətinə çox sayda adamların girdiyini görən  Çernov Yakov qorxsa da, üzdə özünü heç nə olmamış kimi göstərərək, rus dilində "Siz kimsiniz, sizə nə lazımdır? Burada nə gəzirsiniz? Nəyə gəlmisiniz? Çıxın, bura mənim həyətimdir"- deyərək səs-küy saldı. Bu vaxt  qonşulardan kimsə yalandan "Kameralarda uşağın əlindən tutub öz həyətinə gətirdiyini görüblər"- dedi. Yenə də özünü itirməyən Çernov "Gəlin axtarın, burda uşaq nə gəzir?"- deyərək  izi itirməyə çalışsa da, artıq onun həyəcanı üzünə vurmuşdu. Evin içərisini axtaran kişilər heç nə tapmadılar. Birdən Xəyal  su çəni tərəfdə əncir ağacının altında bir bükülmüş xalça gördü, xalçanı açanda isə : "Tutun oğraşı, tutun Çernovu"- deyə qışqırdı. Bu səsi eşidən Çernov qaçmaq istəyərkən, qonşular dərhal onun qolundan tutub zərərsizləşdirdilər. Xalçanı açanda uşağın zərbələrdən   göm-göy olmuş bumbuz bədəni görənləri dəhşətə gətirdi... 

Füzuli "Ay balam, ay balam..." - deyə haray çəkirdi..

Qonşular belə düşündülər ki, bəlkə uşaq hələ  sağdır, onu qucaqlarına alıb  təcili xəstəxanaya çatdırdılar... Gördükləri mənzərədən dəhşətə gələn həkimlər, uşağın öldüyünü dedilər...  

***

Bir manyak, bir əxlaqsız  Çernov Yakov Viktoroviç  istintaqa ilkin ifadəsində hadisəni necə törətdiyini izah edərkən bunları dedi: " Anam və bacım evdə deyildilər.  Mən də soyuducudan bir pivə götürüb içdim. Pəncərədən həyətə baxanda, orada balaca qız uşağını oynayan gördüm... Onu görəndə seksual hisslərim oyandı. Dərhal adını bilmədiyim uşağın yanına gəlib, ona dondurma verəcəyimi dedim, uşaq məndən qaçmaq istəyəndə, dedim gəl qaçdı-tutdu oynayaq. Yenə razı olmadı, əlindən tutub   aldadaraq evimə gətirdim. Fikrim onunla  təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaq idi. Uşaq əlimdən çıxıb evlərinə doğru getmək istəsə də, mən onu məcburən evin ikinci mərtəbəsinə qaldırıb yataq otağına apardım. Dondurma verdim, götürmədi. Əvvəlcə məcburən spirtli içki verdim. Uşaq əlimdən çıxıb qaçmaq istəyəndə isə onu soyundurdum, sonra isə müxtəlif üsullarla öz ehtirasımı soyutdum. Uşaq ağlayıb, qışqırsa da, mən buna məhəl qoymurdum... Sonra onu boğub öldürdüm, çünki  valideynlərinin səsi aşağıdan gəlirdi, onlar uşağı axtaranda, mən uşağın üzərində cinsi ehtirasımı söndürürdüm... Fikrimdə bu idi ki, izi itirmək üçün gecə bir maşın gətirib, onu aparıb  bataqlıqlardan birinə atım..."...

1983-cü il təvəllüdlü, Bakıda doğulmuş atası rus, anası azərbaycanlı olan, heç yerdə işləməyən, əsgərlik çəkməyən Yakov Çernov Viktoroviçin mühakiməsi Bakı Ağır Cinayətlər  məhkəməsində sona çatdı.  Məhkəmənin   hökmü çox adil bir hökm  oldu:

18 noyabr 2015-ci ildə Çernov Yakov Viktoroviç Azərbaycan Respublikası Çinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 144.3, 29,149.3.3 və 150.3.3-cü   maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün  ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM ETMƏ cəzasına layiq görüldü.

***

Bir 28 may günü həyətdə balaca rəfiqələri ilə oynamaq üçün çıxan   5 yaşlı balaca bir qızcığazı xüsusi amansızlıqla və qəddarlıqa qətlə yetirən çernovu vəhşi heyvan adlandırmaq heç düzgün düyil. Heç vəhşi heyvan da bu amansızlığı eləməz. Əxlaqsız qatil bir ailənin, bir məhəllənin sevincini əlindən alaraq, onlara ömürlük  sağalmayan yara vurdu.  Bəşərin ən qanlı bir cinayətini törədən belə  şərəfsizləri isə, təkrar edirəm, cəzalandırmaq yox, ən ağır formada öldürmək lazımdır ki, artıb çoxalmasınlar. Belə əxlaqsız və şərəfsizlərin saxlanması üçün hər ay dövlət büdcəsindən 600 manatdan çox pul ayrılır. Bu torpağın, suyu, havası, pulu  belə cinayətkarlar üçün haramdır. Çernov kimi  məxluqlar  ÖLÜM CƏZASINA MƏHKUM OLUNMALIDIR! 

Aida Eyvazlı

Rəy bildir +
Oxşar xəbərlər
Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da