İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

 

Lətifələrin reytinqi

5-ci yer

Fransız Paskal Bejenin böyrəklərində əcaib formada, çox iri daşlar tapılır. Hətta Almaniyanın, İsrailin ən nüfuzlu klinikalarının ən güclü həkimləri belə onun dərdinə əlac edə bilmirlər.

Artıq öləcəyi ilə razılaşan Paskal Beje ömrünün sonunda dünya səyahətinə qatılır, gəlib Bakını da görür.  Bakıda Fransa səfirliyinin bir əməkdaşı dərdini bilib ona İrana getməyi məsləhət edir. Deyir, hazırda o ölkədə tibb o qədər inkişaf edib ki, hər bir dərdə çarə tapırlar.

Beje İrana yollanmaq qərarına gəlir, bir insaflı sürücünün köhnə "Jiquli"si ilə yola düzəlir. Salyan, Biləsuvar yolundan keçərkən yolun hədsiz bərbad olması nəticəsində o qədər silkələnir ki, buna tab gətirməyən kristal daşlar öz-özünə düşür.

Paskal Beje İrana gedəsi olmur, şad-xürrəm geriyə, Bakıya qayıdır.

Parisə yola düşərkən hava limanında söyləyir:

- Qurban olum Azərbaycana!


4-cü yer

Məşhur "Maştağa dəlixanası" seriyasından: 

Bir gün bir dəli dəlixananın qarşısında skameykada oturur.  Yeniyetmə bir oğlan  o tərəfə gedib bunu burnundan basıb "bipp" eləyir, bu tərəfə qayıdıb bunun burnundan basıb "bipp" eləyir.

Uşaq gözə dəyməyəndə dəli əlini qaldırıb burnundan basır, görür ki, yox, səs çıxmadı.

Öz-özünə deyir:

- Köpək oğluna bax. Xarab elədi e!


3-cü yer

Bir dəfə deputat Siyavuş Nov

ruzovun  600 SEL  "Mersedes" avtomobilini oğurlayırlar. O, qəmgin halda Milli Məclisin qarşısında var-gəl edəndə bir bomj ona yaxınlaşıb deyir:

- Siyavuş müəllim, xəbərlərdə dedilər ki, maşınını oğurlayıblar. Bir araq, bir az da zakuska alıb versən, deyərəm maşını kim oğurlayıb. 

Siyavuş müəllim çox sevinir, cəld marketdən araq, çörək və kolbasa alıb bomju qonaq edir. Bomj dişsiz ağzı ilə yeməyi asta-asta çeynəyib xımır-xımır araqdan gillətməyə başlayır. Siyavuş müəllim səbirsiz halda soruşur:

- Di de görək də. Kim oğurlayıb axı maşınımı?

- Siyavuş müəllim, birmənalı şəkildə deyim ki, çox əclaf bir adam oğurlayıb!


2-ci yer

Anekdotı.ru portalında həftənin ən yaxşı lətifəsi.

Uşaq baxçasında çp baş verib. Uşaqlar çox pis söyüşlər söyürlər. Komissiya çağırırlar. Məsələni araşdıranda məlum olur ki, bir həftə öncə baxçada iki santexnik işləyib. Dərhal onları çağırıb sorğu-suala tuturlar ki, siz burada öz aranızda nə söhbət etmisiniz ki, uşaqların dilindən söyüş düşmür.

Santexniklərin biri deyir:

- Mən aşağıda dayanmışdım. Kolya yuxarıda borunu qaynaq edirdi. Bu vaxt metal  mənim boynuma damcıladı. Yanıb yaxıldım. Qayıdıb dedim ki, Kolya, diqqətini mənə yönəlt,  qaynar metal mənim boynuma tökülür, zəhmət olmasa bir qədər ehtiyatlı ol. 


1-ci yer

Bir qadın həyat yoldaşının telefonunu xəlvəti götürüb qurdalayır və nömrə kitabçasında üç şübhəli adla rastlaşır:

Duyğularımın sultanı

Qəlbimin şahzadəsi

Ilk və son məhəbbətim

Əli əsə-əsə bir-bir nömrələrə zəng etməyə başlayır. Birincisi öz anası çıxır, ikincisi bacısı. Üçüncüsü isə öz nömrəsi çıxır.

Çox məmnun qalır, sevindiyindən ərindən gizli yığdığı 1000 manatı ərinə hədiyyə edir. Əhvalatı anasına danışır, anası da xoşhal olub kürəkəninə 500 manat hədiyyə edir.

Sonra qadın əhvalatı bacısına danışır, o da xeyli sevinib bacısının ərinə 500 manat hədiyyə edir.

Kişi 2000 manatı da götürüb nömrə kitabçasında adını"Məmmədəli elektrik" yazdığı məşuqəsi ilə kurorta gedir.


Təzadlar

Dərdayıl atalar məsəllərindən bir cütünü götürüb araşdırıb və qəribə təzadlar ortaya çıxarıb.

1. Kişinin sözü bir olar.

2. Atalar üçdən deyib.

İndi bunun hansına inanaq?

3. Asta qaçan nəmərddir.

4. Tələsən təndirə düşər.

Bəs bunun?


Feysbuk lətifəsi

Kürdəmirdə çayxanada əyləşib iki şəhərli çay sifariş  verir. Ofisiant çayı gətirib masaya  qoyanda söyləyir:

- Tez için ki, isinməsin.


Kəlam

"Pulqabım eynən soğan kimidir, ağzını açan kimi ağlamaq tutur məni"

Dərdayıl.


Acı etiraf

Bir rayonlu kişi şəhərdə tələbəçilik edən oğlunun siqaret çəkdiyini eşidəndə ona söyləyir:

- Mən sənə daha çox cibxərcliyi göndərmək üçün illərlə vərdiş etdiyim siqareti tərgidəsi oldum. Sən də həmin pulla siqaret alırmışsan.


Çin məsəli

Çində qadınlar ərlərini tabutda qəbirstanlığa apararkən gülə-gülə gedirlər. Onlardan soruşanda ki, niyə gülürsünüz, cavabları belə olur:
- Ilk dəfədir ərimin hara getdiyini bilirəm.


Hazırcavablıq 

Amerikada bir supermarketdə müştəri yarım kivi almaq istəyir. Satıcı bunun mümkün olmadığını deyir. Dava düşür. Satıcı qaça-qaça müdirin yanına gəlir:
- Burda bir axmaq var, yarım kivi almaq istəyir.
O sözünü bitirib arxasına dönəndə həmin müştərinin arxasında olduğunu görür. Özünü itirmədən deyir:
- O biri yarısını da bu cənab almaq istəyir.
Müdir vəziyyəti başa düşüb məcbur qalır, kivini yarı böldürür və müştəriyə satır.
Bir neçə saatdan sonra müdir satıcını çağırıb deyir:
- Təbrik edirəm, bir az əvvəl vəziyyətdənçox yaxşıçıxdın, haralısan sən?
- Braziliyalıyam.
- Amerikaya niyə gəlmisən bəs?
- Bilirsiniz, Braziliya yaxşı yer deyil, orda insanlar ya əxlaqsız olur,  ya futbolçu.
Müdir qaşlarını çatır.
- Bilirsən, mənim arvadım da braziliyalıdır.
- Aaaa,  doğrudan? Nə gözəl.... Yoldaşınız hansı komandada oynayır bəs?


Deyim

"Fəlsəfə imtahanından əla qiymət almaq üçün mütləq içmək lazımdır".


Etiraf

Gələcək nəslin bəxti gətirməyib. Bütün yaxşı loginlər artıq götürülüb.


Feysbuk xatirəsi

"Bir dəfəəvvəllər sevgili olub ayrıldığımızı unutduğum bir qıza yenidən padxod elədim, o da mənə söylədi ki, sənə demişdim axı, məni unuda  bilməyəcəksən!"


Kəlam

"Piterin hər küncündə stomatoloq, bərbərxana və bank var. Amma xalq yenə də mırıq, tüklü və kasıbdır".

(Anekdotı.ru)


Gülməcə

Ailə evdə Əl-cəzirə kanalından futbola baxır. Ərəb şərhçi hər  bir cümləsini bitirincə qonşu otaqdakı qoca nənə "Amin" deyir.

Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO