İSTİ XƏBƏRLƏR
» » Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

Sumqayıtdakı ticarət mərkəzində yanğın baş verib. Hadisə şəhərin Sülh prospektində yerləşən “Maxx” ticarət mərkəzinin anbarında qeydə alınıb.

Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən AZƏRTAC-a bildirilib ki, yanğın haqqında məlumat saat 23:21-də daxil olub. Dərhal İdarənin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Ümumi sahəsi 2400 kvadratmetr olan üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın anbarın 100 kvadratmetrlik hissəsini əhatə edib. Nəticədə 60 kvadratmetr sahədə geyim əşyaları yanıb. Bununla yanaşı, ticarət mərkəzinin elektrik naqilləri və şəbəkəsi də yanaraq sıradan çıxıb.

Yanğın saat 23:48–də lokallaşdırılıb, alovun digər əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı müvafiq orqanlar araşdırma aparır.
Rəy bildir +
Oxşar xəbərlər
Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Sumqayıtda sərnişin avtobusunda baş verən yanğın dərhal söndürülüb
22:3002 iyun

Sumqayıtda sərnişin avtobusunda baş verən yanğın dərhal söndürülüb

Sumqayıtda 7 nömrəli marşrut üzrə sərnişin avtobusunda yanğın baş verib. Hadisə avtobusun şəhərin Heydər Əliyev prospekti ilə hərəkəti zamanı qəfildən olub.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli