İSTİ XƏBƏRLƏR
» » Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi

Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi


Azərbaycan mediasının baş xəbərləri kriminal, sosial rifah, şou-bizneslə bağlı olur. Mediamız öz statistik oxucularının zövqü arxasınca gedirlər, bununla bərabər, bir zövqsüzlük də formalaşdırırlar.
Biz "168 saat" olaraq həmişə bu yanaşmanın əleyhinə çıxmışıq, çıxırıq da. Budur, bu həftənin xəbəri heç də hansısa rayonda kişinin öz həyat yoldaşını baltalaması deyil. Məşhur pop ulduzun qarderobunu dəyişməsidə deyil. 
Bu həftə bütün dünyanın informasiya məkanında olduğu kimi, Azərbaycanda da baş xəbər bu olmalıdır: cismin yeni halı kəşf edilib.
Fizika elmi inanılmaz bir kəşf sayəsində təbiət və cəmiyyətdə əhəmiyyətli dəyişikliklər astanasına qədəm qoyur.
"168 saat" National Geographic telekanalına istinadən məlumat verir ki, fizika elmində inanılmaz bir kəşf edilmişdir. Belə ki, materiyanın - maddənin üç əsas forması (bərk, maye, qaz) məlum olduğu halda alimlər isbat etmişlər ki, bəzi maddələrin qarışıq forması da mövcuddur. Yəni ki, onlar eyni zamanda bu üç formanın ikisinin xassələrinə malik ola bilirlər.
Məlum olmuşdur ki, metal kaliumun eyni zamanda bərk olduğu kimi maye halı da mövcuddur. Kalium ekstremal yüksək temperatur və yüksək təzyiq altında maye formada mövcudluğunu davam edir.
Edinburq Universitetinin məhşur fiziki Andreas Hermann kəşfin mahiyyətini National Geographic telekanalına bu cür şərh edir:
- Sanki siz əlinizdə qubka tutmusunuz. Azacıq sıxanda ondan su damcılayır. Bərk cismin həm də maye forması aldığı təəssüratı yaranır. Amma bizim vəziyyətdə bərk cisim olan qubkadan damlayan su deyil, bizim vəziyyətdə bərk cisim olan qubka özü mahiyyətcə mayedən ibarətdir.
Beləliklə, alimlər eksperimentlə müəyyənləşdiriblər ki, yüksək gərginlik altında kaliumun atomları mürəkkəb şəkildəyişməsi edirlər. Beş atom borusu kvadrat formasiya əmələ gətirir - dördü kənarlarda, biri ortada. Eyni zamanda dörd atom zənciri də bir-birinə pərçimlənərək əlaqədə olur. Kalium yüksək temperatura (2-4 qiqapaskal) düşdükdə zəncirlər yox olurlar, kalium bir haldan digər hala keçir.
Alimlər kaliumun yeni vəziyyətini "zəncirin əriməsi fazası" adlandırmışlar və müəyyənləşdiriblər ki, bu halın ən müxtəlif elementlərdə - natriumda, vismutda və qeyrilərində  də müşahidə edilməsi qaçılmazdır.
Demək, elm və texnika yeni fazaya daxil olur. Böyük dəyişikliklər qaçılmazdır.

"168 saat" İNFO
Rəy bildir +