İSTİ XƏBƏRLƏR
» » Cahana sığmayan şair

Cahana sığmayan şair


Sumqayıtda Nəsiminin 650 illik yubileyi qeyd olundu

Sumqayıt şəhər Dövlət Dram Teatrında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  millət vəkilləri, Nəsimi irsini araşdıran alimlər, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində açılan sərgi ilə tanış oldular. Daha sonra Sumqayıt Dövlət Dram Teatrının akt zalında davam edən tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsini və 650 illik yubileyinin təntənəli şəkildə keçirilməsini ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğuladı.

Şəhər rəhbəri vurğuladı ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Vurğuladı ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha ətraflı araşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Teymur Kərimli çıxış edərək  İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş söhbət açıb şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu bildirdi. Akademik Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın  geniş yer tutduğunu bildirdi.

Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Alim Qasımovun, görkəmli aktyor, xalq artisti Rasim Balayevin, Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu, Nəsiminin qəzəllərindən nümunələr səsləndirildi.
Ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Rəy bildir +
Oxşar xəbərlər
Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür