İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Avtomobil və traktor                                                                                      


Dövlət Statistika Komitəsi bu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edildiyini, bunun da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 % az olduğunu açıqladı. Bununla belə, ölkədə minik avtomobili və traktor istehsalının artdığı da elan olundu. Belə ki, bu ilin 5 ayı ərzində 926 ədəd minik avtomobili istehsal edilib, ötən ilkindən 7,1 dəfə çox. Eləcə də 631 ədəd traktor istehsal edilib, ötən ilkindən 0,2 % çox.

P.S. Gün o gün olsun ki, almanlar gəlib bizim maşın qəbirstanlığından NAZ-Lifanları daşıyıb Almaniyaya aparsınlar.



Nüsrət


Azərbaycanda da həddən artıq məşhur olan, dünyanın bir çox ölkələrində özünə restoranlar şəbəkəsi açan, orijinal duzsəpmə tərzi ilə adı dillər əzbəri olan türk qəssab Nüsrət Gökgenin adı bu həftə mənfi cəhətdən gündəmə düşdü. Belə ki, onun Yunanıstanın turistik adası Mikonasda açdığı, məşhur simaların tez-tez təşrif buyurduğu restoranını Yunanıstanın vergi orqanları müştəridən pul alıb qəbz yazmadıqlarına görə cərimələdilər. Restorana 48 saat bağlanma cəzası verildi.

P.S. Yunan məmurları bu qərarları ilə son vaxtlar işi elə də xod getməyən Nüsrət Gökgenin yarasına duz səpdilər. Özü də başlarının üstündən, eynən Nüsrət xörəyi duzlayan kimi.


Nəzarətçilər


Dövlət İmtahan Mərkəzi ötən ilin qəbul imtahanlarında qayda pozuntularına yol verən nəzarətçilər barədə açıqlama verdi.

Məlum oldu ki, qəbul imtahanlarında nəzarətçi kimi iştirak edən ana dili və ədəbiyyat, idman, əmək, ibtidai təhsil və ingilis dili ixtisaslı müəllimlər riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya ixtisaslı müəllimlərə nisbətən qayda pozuntusuna daha çox yol verirlər. Sıralamada ilk üç yeri isə ibtidai təhsil, ingilis dili və tarix müəllimləri tuturlar.

Digər açıqlamaya görə də nəzarətçilər arasında qayda pozuntularına yolvermə halları ən çox Sumqayıt şəhərinin, Qubadlı və Zəngilan rayonlarının məktəblərində qeydə alınıb.

P.S. Qəbul imtahanında nəzarətçinin qayda pozuntusuna yol verməsi onun abituriyentə kömək etməsi anlamında başa düşüldüyündən, "6 xətt" olaraq elan edirik ki, Azərbaycanda ən humanist müəllim Sumqayıt məktəbinin ibtidai təhsil müəllimidir.


Kənan müəllim


Ötən həftə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı  və düzgün idarə olunmadığı aşkar edildi, buna görə də əraziyə cavabdeh şəxs kimi Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edildi, ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olundu. Üstəlik, tullantıların qısa vaxt ərzində  təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan göstəriş verildi.

P.S. Düzü, çox qeyri-adi, bizim Azərbaycan üçün ənənəvi olmayan bir presidentdir. Hər hansı qurumun vəzifəsinə laqeyd yanaşan yüksək rütbəli məmura cəza kəsə bilməsi ondan xəbər verir ki, hər şey doğrudan da yaxşılığa doğru dəyişir.


Boşananlar


Statistikaya əsasən, bu ilin dörd ayında Azərbaycanda 18213 nigah və 5562 boşanma halları qeydə alınıb. Bu o deməkdir ki, təqribən hər 3 evlənən cütlükdən biri ayrılır. Bu, o deməkdir ki, hər gün ölkədə təxminən 45 nəfər boşanır.

Məlumata əsasən ən çox boşanma halları ailələrdə ilk 5 il ərzində qeydə alınır.

Dövlət Statistika Komitəsinin boşanmalarla bağlı bu həftə açıqladığı rəqəmlər ölkədə elə də ciddi reaksiya doğurmadı, halbuki bu rəqəmlər həyacan təbili çalmaq, ictimaiyyətin qızğın debat mövzüsuna çevrilmək üçün əsas verirlər.

Tarixən ev, ailə, övlad dəyərlərinin çox böyük önəm daşıdığı, qurulan ailələrin uzun ömürlülüyü ilə xarakterizə olunduğu bir məmləkətdə ailə dəyərləri institutu ciddi təhlükə altındadır. Hər gün  45 ailənin dağılması nikah sayına nisbətdə dünya üzrə ən böyük göstəricilər sırasındadır.

Hara gedirik belə, xanımlar və cənablar?




Transfer


Azərbaycan futbolu bu həftə millinin futbolçusunun əcnəbi klublardan birinə transferi ilə gündəmə gəldi. Belə ki, millimizin hücumçusu,  Rusiyanın "Zenit"  futbol məktəbinin yetirməsi olan 23 yaşlı Rizvan Ömərov transfer edildi. Son iki ildə Rusiyanın aşağı divizionunda - Nijnekamsk şəhərinin "Nefteximik" klubunda top qovan futbolçumuz bundan sonra Rusiyanın Leninqrad vilayətini təmsil edən "Leninqradets " klubunda - daha aşağı divizionda top qovacaq.

P.S. Bu möhtəşəm transferə görə AFFA rəhbərliyinə təbrik düşür. Əlbəttə ki, milli komandanın oyunçusunun hansısa bir əcnəbi ölkənin vilayət çempionatına transferi böyük şərəf verir.

Növbəti dəfə növbəti futbolçumuzun hansısa bir əcnəbi ölkənin məhəllə komandasına transferini də bayram edərik, inşallah!   

Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
12:2330 aprel

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO