İSTİ XƏBƏRLƏR
» » İkinci sosial paket: necə, nə qədər və niyə?

İkinci sosial paket: necə, nə qədər və niyə?



“Bakıda, Sumqayıtda və müxtəlif bölgələrdə yaradılan sənaye parkları Azərbaycanın valtuya gəlirlərini artırmalı, eyni zamanda ölkənin enerji satışından asılılığını azatmalıdır. Məsələn tək elə Sumqayıtda iyunun 13-də istifadəyə verilən "SOCAR Carbamid" zavodu Azərbaycana ildə 160 milyon dollar gəlir gətirməlidir”.


Prezident İlham Əliyevin ikinci sosial paketlə bağlı sərəncamını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "168 saat" qəzeti üçün şərh edib: “Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də önəmli qərar verdi. Azərbaycanda minimum əmək haqqı 250 manata çatdırıldı. Beləliklə, cəmi 6 ay ərzində Azərbaycanda minimum əmək haqqı təxminən iki dəfə artırıldı. Bu ilin mart ayında minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılmışdı. Dövlət qulluqçularının maaşları 40 faiz artırıldı.

Prezidentin başqa fərmanına görə müəllimlərin, polislərin, hərbçilərin və digər peşə sahiblərinin də maaşları artırıldı. Maaşların artımına büdcədən təxminən 800 milyon manata qədər vəsait ayrılacaq. Bu kiçik məbləğ deyil. Azərbaycan müstəqilliyini qazandığı 26 ildə ilk dəfədir ki, maaşlar və pensiyalar bu qədər yüksək səviyyədə qaldırılır.


Prezident niyə bu qərarı verdi?


Birincisi, 2015-ci il devalvasiyasından sonra manatın dəyəri azalmışdı və bu azalma maaşlara da mənfi təsir etmişdi. Dollarin qiyməti iki dəfə qalxmışdı. Bu da yaşayış şərtlərini ağırlaşdırmışdı.

İkincisi, Azərbaycandakı maaşlar qonşu ölkələrdən, hətta Ermənistandan geri qalırdı. Buna görə də bu fərqi azaltmağa və ya tamamən ortadan qaldırmağa ehtiyac var idi.

Maaş və pensiyaların artımı müsbət hadisə olsa da, bunun inflyasiyanı və məhsulların qiymətlərinin artıracağı ehtimalı da səslənir. Azərbaycanda istehsal hələ zəifdir. Ona görə də Azərbaycanın əldə etdiyi valyutanın təxminən 90 faizi enerji resurslarının satışı ilə bağlıdır. Bu isə gələcəkdə müəyyən risklər yaradır. Məsələn, neftin 1 barrelinə görə qiyməti 60 dollardan aşağı enərsə bu büdcə proqnozlarına mənfi təsir edəcək, Azərbaycanın valtuya gəliri azalacaq. Hətta 1 dolların 2 manata yaxınlaşacağı proqnozları da verilir. Ona görə də sosial islahatlarla paralel rəqabətqabiliyyətli və ən başlıcası ölkəyə valyuta gətirən sahə və müəssisələrin istifadəyə verilməsi vacibdir. Bakıda, Sumqayıtda və müxtəlif bölgələrdə yaradılan sənaye parkları Azərbaycanın valtuya gəlirlərini artırmalı, eyni zamanda ölkənin enerji satışından asılılığını azatmalıdır. Məsələn, tək elə Sumqayıtda iyunun 13-də istifadəyə verilən "SOCAR Carbamid" zavodu Azərbaycana ildə 160 milyon dollar gəlir gətirməlidir. 8-10 belə zavodun istismara verilməsi maaş və pensiyaların daha böyük həcmdə artırılmasına imkan verəcək.

Bütün hallarda maaş və pensiyaların artımı vacib idi. Maaş və pensiyaların artımı kasıblıq həddində yaşayanların vəziyyətinə nisbətən müsbət təsir etməlidir. Prezident sosial islahatları dərinləşdirməyə qərar verib. Prezident də anlayır ki, sosial problemləri həll etmək üçün birinci növbədə insanların yaşayış şərtləri yaxşılaşdırılmalıdır. Maaş və pensiyaların artımının parlament seçkisiylə əlaqələndirənlər də var. Yəni sosial islahatların sürətləndirilməsi növbədənkənar parlament seçkisi ilə əlaqəli ola bilər. Belə bir əlaqənin olub-olmadığını söyləmək çətindir, ancaq o da faktdır ki, parlamentin indiki tərkibi aparılan islahatların mahiyyətinə cavab vermir”.


Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin