İSTİ XƏBƏRLƏR
» » Zibil yığmaqdan 3 günə 9 min avro qazanc!

Zibil yığmaqdan 3 günə 9 min avro qazanc!



Paytaxt Bakının küçələrində zibilxanalardan pula gedən nəsnələri seçib götürən şəxslərin kustar arabalarına çox rast gəlinir. Elə bizim Sumqayıtda da belələri az deyil. Dolanışığı olmayan şəxslər bu yolla şüşə butulkaları, plastık qabları, dəmir qırıntılarını, karton və kağızı toplayıb təhvil verir, çörəkpulu  qazanırlar.

Bir statistik azərbaycanlı zibilaxtaranın gündəlik gəliri 8-10 manat civarında olur.

Indi isə sizə RİA-Novosti portalının dünən yaydığı   bir xəbəri  çatdıraq.  Almaniyanın Duysburq şəhərinin 37 yaşlı sakini Cem Yılmaz (türk əsillidir, məşhur Cem Yılmazın adaşıdır) öz anası ilə musiqi festivalları və digər kütləvi tədbirlər keçirilən  meydançalardan plastik və şüşə butulkaları yığıb təhvil verməklə dolanır. Almaniyada şüşə butulka 25, plastik butulka isə 8 sentə təhvil alınır. 

Ana-bala keçən həftə Duysburqda keçirilən Rock am Rinq festivalında yığıb təhvil verdikləri butulkalardan 3 gün ərzində nə az, nə çox, düz 9 min avro qazana biliblər.

Ağ insanların zibili qara insanlara necə də faydalı ola bilirmiş.


"168 saat" İNFO

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0628 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Daxili İşlər Nazirliyi narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir və bu həftə İsmayıllı rayon Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhər sakini S.Həsənova saxlanıldı. Onun yaşadığı evin

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

Vergidə islahatlar hansı nəticələr verir?
10:3022 may

Vergidə islahatlar hansı nəticələr verir?

Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfdən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdu. Bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud, 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO