İSTİ XƏBƏRLƏR
» » Hansı taksi neçəyə aparır?

Hansı taksi neçəyə aparır?



Taksi xidmətlərinin sayının artması sevindiricidir. Rəqabət mühiti alıcının maraqlarına xidmət edir. Qiymət və keyfiyyət onun tələbinə uyğunlaşır. 

Şəhərimizdə də artıq bir çox taksi şirkətləri öz xidmətlərini təklif edir. Şirkətlər bazar payında daha çoxuna sahib olmaq üçün əllərindən gələni etməyə çalışırlar: mobil taksi proqramlarının, tətbiqlərinin dövriyyə buraxılması,  internet və küçə reklamları, bonuslar və s. 

Onlar arasında kəskin qiymət fərqi olmasa da, araşdırmağa çalışdıq ki, görək eyni xidməti müxtəlif şirkətlər hansı qiymətə təklif edir.

Beləliklə, görək, taksilər bizi şərti olaraq müəyyən etdiyimiz - Şəhər Avtovağzalından (və ya ASAN Xidmət Mərkəzinin qarşısından)  - 17-ci mikrorayon ərazisində yerləşən "Gold Palace" şadlıq evinin ("Xarı bülbül" restoranı və ya Reduco Tədris Mərkəzinin) qarşısına neçəyə aparacaq.


*6555 - 2.10 AZN

*1050 -2.80 AZN

*6688 -1.90AZN

*8555 - 4.00AZN

*9111 -3.00 AZN 

*2424 - 4.00 AZN

189 - 3.00 AZN

*9933-2.70 AZN

* 5550 - 2.00 AZN


Taksi xidmətləri hər gözlənilən dəqiqəyə görə 0.5 qəpik ödəniş hesablayır. 

Taksi şirkətlərinin ideal xidmət göstərdiyini də demək olmaz. Məsələn, bu sorğunu apararkən qiymətləri hər nə qədər münasib olsa belə Maxim Taksi (* 6688) Şirkətindən (Siyahıdan görünür ki, ən aşağı qiymət təklifini bu şirkət verib) telefona cavab verməli olan operatorlar buna yalnız üçüncü zəngimizdən sonra "nail ola bildilər". 

Hər halda, görünən odur ki, yeni taksi xidmətləri ənənəvi başı şahmatlıların bazarını böyük miqyasda öldürüb. 

Taksi sürücülərindən biri bu barədə deyir:

- Onlar ona görə ucuz aparır ki, qayıdanbaşı da müştəri götürə bilirlər. Hardadılarsa, şirkət orda müştəri tapıb yönləndirir. Bizə isə sərf etmir.

Başqa bir sürücü isə razılaşmır: 

- Onlar bizim bazarımızı öldürə bilməz. Çünki taksi onun üçündür ki. Getdiyin yerə tez çatasan, gözləmədən əyləşib gedəsən. Bu taksiləri 20 dəqiqə gözləmək lazımdır. Onlarda işləyən sürücülər də bir şey qazanmır heç. Arada maşın dağılır, benzin gedir, nə var, nə var, qəpik-quruş qazanacaqsan...

ASAN Xidmət Mrkəzinin yaxınlığında qiymətləşdiyimiz taksi bizi ordan "Gold Palace" şadlıq evinin yanına 4 manata gətirə biləcəyini dedi.

Yuxarıdakı siyahıdan göründüyü kimi, əksər taksi şirkətlərinin qiymət təklifləri bundan iki dəfə ucuzdur. Amma bir məsələ var: Taksi şirkətiinin taksisi telefonun düyməsini basan kimi yanında peyda olmur. Bəzən gözləməli olursan... 5 dəqiqə...10 dəqiqə... Və hətta bu yazının müəllifi ötən həftənin çərşənbə axşamı Mərkəzi bazar yaxınlığında * 6688 və *6555 nömrəli taksi şirkətlərinin taksisini nə az, nə çox düz 30 dəqiqə gözləməli olub... Amma bu, sizi yeni oturuşan, innovativ yenilik kimi qiymətləndirilə biləcək taksi şirkətlərinin xidmətlərindən istifadədən çəkindirməsin. Belə şeylər hər gün olmur... Yolunuz açıq olsun - nə ilə getməyinizdən asılı olmayaraq!


VÜSAL

Rəy bildir +
Oxşar xəbərlər
Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO