İSTİ XƏBƏRLƏR
» » Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr

Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr


Yay fəsli ilə əlaqədar insanlar istirahət üçün müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az deyil. Bəs istirahət üçün hansı ölkələrə daha çox üstünlük verilir?   Bu barədə  Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov danışıb.

" İstirahət üçün üz tutulan ölkələrin içərisində birinci yeri Türkiyə tutur. Bu ölkəyə yayda səfər edənlər əsasən Antalya, Quşadası, Ege adası, Aralıq dənizi sahillərinə üz tuturlar. Lakin Türkiyə ilə bərabər Avropanın bir sıra ölkələrinə - Almaniya, İtaliya, Fransaya da səyahət edənlər az deyil. Rusiya, Gürcüstan, Ukrayna (Ukraynanın müalicə-kurort şəhərləri), Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri) də azərbaycanlı turistlərin  tez-tez müraciət etdiyi ərazilər sırasındadır".

M.Ağakərimov bildirir ki, bəzi insanlar yayda müalicə məqsədilə də məcburən xaricə üz tuturlar.

"Elə insanlar var ki, hər il məcburi şəkildə müalicə götürməlidir. Müalicə isə müxtəlif kurort şəhərlərində həyata keçirilir. Xüsusilə Rusiyada yerləşən Yessentuki  müalicə-kurort şəhəri kimi azərbaycanlıların ən çox müraciət etdiyi məkanlar arasındadır. Çexiyanın daha çox müalicə-kurort şəhəri sayılan Karlovı Varı, Bolqarıstanın Qızıl Qum şəhərinə də bu səbəbdən səfər edənlər az deyil".

Rəy bildir +
Oxşar xəbərlər
Dünyanın ən yaxşı çimərliklərinin reytinqi
17:1326 iyun

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi

Iyunun 21-də təqvimlə yay fəsli qədəm qoydu. Təbii ki, yay sözü ilə çimərlik sözü bir-birlərini tamamlayırlar. Qızmar yay günlərində imkansızlar özlərini Corat, Novxanı kimi, imkanlılar Si-Briz, Cumeyrax kimi çimərliklərə verirlər. Lap imkanlılar üz tuturlar Bodruma, Antalyaya. Lap-lap imkanlılar

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?
16:1613 iyun

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?

Sumqayıtın bütün göstəriciləri öncədən düşünülmüş layihələrə uyğunlaşdırılıb. Burada inkişaf təkcə bir istiqamət üzrə köklənmir, sənaye, müxtəlif profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə bir-birini tamamlayır. Elə buna görə də

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
16:1513 iyun

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Yazın xəstəlik və artıq çəki problemi
12:0116 may

Yazın xəstəlik və artıq çəki problemi

Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər.