İSTİ XƏBƏRLƏR
» » ABŞ-da yaşayan azərbaycanlı dirijor

ABŞ-da yaşayan azərbaycanlı dirijor





İstedad Allahın bəndəsindən əsirgəmədiyi çox qiymətli hədiyyəsidir. Əksər hallarda özünə yol tapıb parlasa da, bəzi hallarda pünhan qalır. Almaz kimidir, cilalandıqca daha dəyərli olur. Məkan tanımır, bütün sədləri dəf edib sahibinə şöhrət gətirir...
Bu gün sizə ABŞ-da yaşayan daha bir istedadlı gəncdən, maestro Fərhad Xudiyevdən söhbət açmaq istəyirəm. Ulu babası Təbrizdən Bakıya, Bakıdan da Türkmənistana gedib. Atası Adil Xudiyev Aşqabadda iqtisadçı işləyib, 2008-ci ildə vəfat edib. Anası Adilə Rəsulova həkim kardioloqdur. Özündən başqa iki qardaşı da vardır...
Fərhad 1985-ci ildə Türkmənistanda anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlib. Burada "İnterlochen Arts Academy"-da orta təhsillə yanaşı skripka və bəstəkarlıq ixtisasını əldə edib. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil alıb. 2008-2010-cu illərdə Kannektikut ştatındakı Yel Universitetində ikinci ali təhsil kimi dirijor ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, dirijorluq sənətini tədris edəcək...
...Ömür-gün yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur. Alya adlı bir qızı vardır. Alya xanım hələ ki, altı aylıq körpədir...
Fərhad artıq bir sıra uğura imza atıb. On iki yaşında olarkən Rusiyada keçirilən "Novıe imena" festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yerin mükafatına sahib çıxıb. 2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan dirijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilib...
...Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib...
Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti məlumatsız olsa da xeyli işlər görüb. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Montorey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub. Konsertdə onun dirijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilib. 2018-ci ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər Manafzadə də iştirak ediblər...
Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində sərbəst danışa bilməsə də fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa bilir. Türkmənistanda, ABŞ-da boya-başa çatsa da milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı olduğunu fəxrlə söyləyir.
İnanıram ki, bu istedadlı, gənc dirijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Rəy bildir +
Oxşar xəbərlər
Trampın qızının xüsusi  təşəkkür etdiyi sumqayıtlı xanım
16:5821 iyun

Trampın qızının xüsusi təşəkkür etdiyi sumqayıtlı xanım

Nə qədər ki, fərdlərin təfəkküründə inqilab olmayıb, yüksək tərəqqidən danışmaq olmaz. Hər bir insanın mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi? Bu gün Azərbaycanda elə bölgələrimiz vardır ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Almaniyada Azərbaycan musiqisini  təbliğ edən sumqayıtlı bəstəkar
18:4310 may

Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar

Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig Van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsi" və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya,

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO