İSTİ XƏBƏRLƏR
» » Dünyanın ən yaxşı çimərliklərinin reytinqi

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi




Iyunun 21-də təqvimlə yay fəsli qədəm qoydu. Təbii ki, yay sözü ilə çimərlik sözü bir-birlərini tamamlayırlar. Qızmar yay günlərində imkansızlar özlərini Corat, Novxanı kimi, imkanlılar Si-Briz, Cumeyrax kimi çimərliklərə verirlər. Lap imkanlılar üz tuturlar Bodruma, Antalyaya. Lap-lap imkanlılar isə Monakoya, San-Tropeyə kimi gedib çıxırlar. 
Bu arada 1001 beach.ru portalı dünyanın ən yaxşı çimərliklərinin reytinqini açıqlamışdır. Əziz oxucularımız, gəlin  birlikdə TOP 100-ə daxil olan bəzi çimərliklərlə tanış olaq. Söz düşəndə, özlərini görməsək də, heç olmasa, adlarını çəkə bilək.

1."Ans-Latsio"
Seyşel adaları, Afrika.
"Ans-Latsio" Seyşel adalarının ən gözəl və ən popuyar çimərliyidir. Hər il bu kurorta dünyanın ən müxtəlif ölkələrindən minlərlə turist axışır. Onlar günəşin doğmasının və batmasının ecazkar görüntülərinə tamaşa edir, dayvinq və snopklinq üçün ideal şəraitdən məmnuniyyətlə istifadə edirlər. Plyajın sal qayalarla əhatələnməsi çox cəlbedicidir.

2."Manuel Antonio"
Kosta-Rika, 
Mərkəzi Amerika
"Manuel Antonio" plyajı Kosta-Rikanın Sakit Okean sahillərində, San-Xose şəhərinin 132 km-liyində, Manuel Antonio adlı Milli Parkın ərazisində yerləşir.
Bu çimərliyin özəlliyi onun cunqli ilə əhatələnməsindəndir. Turistlər cunqli meşəsini gəzib yorulub bu narın qumlu çimərliyə gəlir, bumbuz suda çimirlər.
Cunqlidə turistlər üçün kapusin adlı xırda meymunlar təhlükə törədirlər. Belə ki, onlar turistlərin çantalarını, papaqlarını, bir sözlə, əllərinə keçən hər şeyi oğurlayırlar.
Okeanda isə təhlükəni nəhəng timsahlar törədirlər. Onlar hava qaralmağa başlayanda çimərliyə çıxırlar. Odur ki, saat 16:00-dan sonra çimərlik  ərazisi bağlanır.

3."Sal"
Kabo-Verde, Afrika
Bu çimərlik ağappaq qumluq sahili, şəffaf okean suları ilə məşhurdur. Təsəvvür edin ki, sahildən bir qədər aralanıb okean dibini görə bilirsiniz. Çimərliyin xaricdə çox populyar olması öz sözünü düyir.  Büdcəyə böyük pullar axır, kasıb Afrika dövləti çiçəklənir.
Çılpaq təbiəti sevənlərçün bura cənnətdir, ekstrim sevənlər üçün də eləcə. Amma kamfort sevənlər üçün "Sal" heç də ideal çimərlik deyil.

4."Kamps-Bey"
CAR, Afrika
"Kamps-Bey" Cənubi Afrika Respublikasının Atlantik okean sahillərində, əzəmətli On iki apostol dağının ətəyində yerləşir.
Su burada çox soyuqdur, yeraltı axınlar insanları çəkib qayalıqlara tərəf aparır. Nəhəng okean dalğaları da ara vermir.  Bununla belə, macəra gəzənlərçün bura çox cəlbedicidir. Serfinq, yaxtinq, paraseylinq həvəskarları burada ekstrim yaşayırlar. 
Infrastruktur çox inkişaf edib, rahat dincəlməkçün hər cür şərait var. Ətraf restoranlar, barlar, gecə klubları ilə doludur. Funikulyor isə turistləri çimərlikdən düz dağın zirvəsinə qaldırır.

5."Fiq-Sri"
Kipr, Avropa
Daim dünyanın ən yaxşı 20, Avropanın isə ən yaxşı 10 çimərliyi reytinqində yer tutan  "Fiq-Sri"çimərliyi məşhur Protarasa kurortunun mərkəzində qərarlaşıb.
Çimərlik öz adını bir vaxtlar sahil boyu baş-başa verən Fiq ağaclarının adından götürüb. (Fig Tree- ingiliscə). Amma düzü, indi burada cəmi 2-3 ağac qalıb.
Çimərlik  mülayim iqliminə görə oktyabr ayında belə turistlərlə dolu olur.
Su tədricən dərinləşdiyi üçün bura uşaqların çimməsi üçün də idealdır. Çimərlikdəki sualtı mağaralar, ətrafdakı qaralmaq üçün xırda qayalıqlar diqqət çəkəndir.

6."Batşeba"
Barbados, Karib adaları
Palmalı, tropik bitkili qayalıqlarla əhatələnən bu böyük qumlu-çınqıllı çimərlik öz gözəl peyzajı ilə fərqlənir. Təsadüfi deyil ki, bura minlərlə insan sırf foto çəkməyə üz tutur.
Antantik okeanınüsyankarxisləti bu rayonda nəhəng dalğalara səbəb olur, bu da serfinq üçün ideal şərait deməkdir.
Bura həm də piknik məskəni kimi məşhurdur.

7."Kot-de-Bask"
Fransa, Avropa
Fransanın qərbində yerləşən bu çimərlik Avropa serfinqinin vətəni hesab olunur. Ispaniya sərhədindən bir neçə kilometr aralıda olan bu çimərliyin adı yerli sakinlərin - baskların dilindən götürülüb. Burada bəzən dalğalar o qədər güclü olur ki, qayaların başını belə yuya bilir.

8."Sanset"
ABŞ, Havay adaları, 
Mərkəzi Amerika
ABŞ-ın 50-ci ştatı nəyi ilə fərqlənir? Günəş, okean, nəhəng dalğalar, təbiət müxtəlifliyi və serfinq - bütün bunlar "Sanset"in özəllikləridir, həm də sahil boyu sıralanmış palmaların bir özgə gözəlliyi var.
Havayda çətir, şezlonq axtarmaq istəyiniz əbəsdir. Külək hər şeyi uçurub aparır deyə belə kamforta burada rast gəlinmir.
Xüsusən qışda Sakit okeanda 9 metrədək yüksələn dalğalar peyda olanda "Sanset"ə serfinq həvəskarları toplaşırlar.
"Sanset"in adı bizlərdə də çox məşhurdur. Kasıb inəyinin adını Gümüş qoyan kimi, Novxanıda bizim yerli işbazlar özəl çimərliyi "Sanset"  adlandırıblar.

9."Says Big"
ABŞ, Şimali Amerika
Florida ştatında, ölkənin əsas dincəlmək rayonu olan Mayamidə yerləşən "Says Big" ən prestijli çimərliklərdən biridir, şəhərin ada hissəsində yerləşir ki, bu hissədə şəhərin materik hissəsi ilə körpü  və dambalarla birləşir. Burada dünyanın ən məşhur insanları dincəlməyi sevirlər. Bəziləri hətta daşınmaz əmlaklara da sahib olublar.  Dünyada məşhur Versaçenin villası da bu rayonda yerləşir.
6 kilometr uzunluğunda olan çimərlik öz özəlliyi ilə seçilir. Bu özəllik onun zonalara bölünməsidir. 3 strit rayonunda körpə uşaqlı valideynlər, 5 strit rayonunda ahıl insanlar, 10 strit rayonunda gənclər daha çox olur.  Çimərliyin bir tərəfində sükut, bir tərəfində şaqraq gülüş və uca musiqi sədalarına rast gəlinir.
Burada şezlonqlar və VİP-çarpayılar çox rahatdır, pərqu kimi yumşaqdır.
Qiymətlər isə dəhşətli dərəcədə bahadır. 
"Says Big"də daha bir xoşagəlməz şey zəhərli meduzalardır ki, onlardan qorunmaq üçün istirahətə gələnlər xüsusi təlimat alırlar.

10. "Banana"
Tailand, Cənubi-Şərqi Asiya
Şirin adlı bu plyaj palma ağaclarıilə əhatələnib, göz yaşı kimi duru suya malikdir. Narın ağ qumda uzanmaq insana xüsusi zövq verir.
"Banana" həm də buradaki kiçik restorana görə məşhurdur. Dəniz məhsullarından hazırlanan dadlı variasiyalara görə gələnlər saatlarca növbəyə dayanırlar.
Buranı Tailandda cənnət adlandırırlar. Bəlkə də yanılmırlar. Belə gözəllik məhz cənnətə xasdır, əlbəttəki.

11. "Aqiba"
Misir, Afrika 

12. Pasxa adası
Çili, Cənubi Amerika

13."Porto Kasiki"
Yunanıstan, Avropa

14. "İqli-Big"
Aruba, Karib adaları

15. "Seven Mayl"
Yamayka, Karib adaları
Bəli, əziz oxucularımız. Biz sizə dünyanın Top-100 reytinqinə daxil olan ən yaxşı 15 çimərliyini təqdim etdim. Əminik ki, oralara qiyabi səyahət ürəyinizcə oldu.
Virtual səyahət, xəyalın gücü ən ucuz və ən effektiv  səyahət hesab edilir, əzizlərimiz.
Yayınız mübarək!
Çimərlik mövsümünüz mübarək!

Təqdim etdi: Kamran
Rəy bildir +
Oxşar xəbərlər
Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.
16:2713 iyun

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Sən -  kontuziyalı zabitin öz-özünə çaldığı Çəpik kimisən,

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?
16:1613 iyun

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?

Sumqayıtın bütün göstəriciləri öncədən düşünülmüş layihələrə uyğunlaşdırılıb. Burada inkişaf təkcə bir istiqamət üzrə köklənmir, sənaye, müxtəlif profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə bir-birini tamamlayır. Elə buna görə də

Ən populyar otşor zonalar
19:3506 iyun

Ən populyar otşor zonalar

Dünya korporasiyaları üçün ən populyar vergidən azad olma zonalarının adları açıqlanmışdır. Siyahı Tax Justice Network adlı qeyri-hökümət təşkilatına məxsusdur. Bu barədə "168 sat" RİA Novosti xəbər agentliyinə istinadən məlumat verir.

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq