İSTİ XƏBƏRLƏR
» » Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…

Milli üzvləri əcnəbi klubların diqqət mərkəzində…


Məlum olduğu kimi, müstəqillik dönəmindən fərqli olaraq,   Sovet dövründə postsovet ölkələrində futbolçuların əcnəbi klublara üz tutması o qədər də dəbdə deyildi. Təbii ki, bunun da tutarlı səbəbləri var idi. Belə ki, karyerasını xaricdə davam etdirmək niyyətində olan futbolçular kommunizm ideyalarına xəyanətdə günahlandırıla və "dəmir barmaqlıqlar" arasına salına bilərdilər. 

Hazırda isə bu məsələdə heç bir problem yoxdur, yəni oyunçular legioner həyatı yaşamaqda məhdudiyyətlə üzləşmirlər. Amma nə yazıq ki, bizim fytbolçular üçün vəziyyət SSRİ dönəmindəkindən o qədər də fərqlənmir. Düzdür, bizim futbolçularımızın da xarici klublara transfer olunmasına heç bir əngəl törədilmir, gəl ki, dəri top ustalarımız əcnəbi klublarda möhkəmlənə bilmirlər. Hər dəfə yeni transfer dönəmi başlayarkən ölkə hüdudlarından kənara çıxan fytbolçularımız "suyu süzülə-süzülə" geri qayıdırlar. İş o yerə çatıb ki, indi əcnəbi klublarda top qovan oyunçularımızın sayı təxminən bir əlin barmaqlarının sayı qədərdir.

Şübhəsiz ki, legionerlərimiz həm də dünya futbolu ilə əlaqələndiricilərimizdir. Bu baxımdan xaricdə top qovan legionerlərimizin üzərinə böyük iş düşsə də, onların böyük əksəriyyətinin xarici klublarda möhkəmlənə bilməməsi buna mene olur. Təbii ki, bizim futbolçularımız ölkə daxilində olduqca yüksək məvacib aldıqdan və əsas heyətdə yerini təmin etdikdən sonra özünü qətiyyən əziyyətə salmaq istəmir. Necə ki, bugünlərdə milli komandamızın kapitanı  "Mən "Qarabağ"da əsas heyətin üzvüyəm, niyə xaricə getməliyəm ki?!" tipli açıqlama verməklə dediklərimizi təsdiqləmişdi. Aydın məsələdir ki, futbolçularımız əcnəbi klubda ehtiyatda qalmaqla yanaşı, qazancının az olmasından da çəkinir.  Ehtiyatda qalmaq demişkən, vaxtilə milli komandamızın özəyini təşkil edən legionerlərimiz seçmə komandamızda nə qədər xoş təsir bağışlasa da, oyun praktikasının yoxluğu özünü göstərirdi. Bundan belə nəticə çıxarmaq olar ki, futbolçularımızın,  xüsusən də milli komandamızın üzvlərinin daim əsas heyətdə forma geyə biləcəyi klublarda, dolayısıyla da, Topaz Premyer Liqasında top qovmağı daha məqsədəuyğundur, nəinki hər hansı bir ölkənin aşağı dəstə təmsilçisinin ehtiyat oyunçular skamyasının daimi "sakini"nə çevrilməsi. Digər tərəfdən ölkə futbolunun aparıcı simalarının daxili birincilikdə forma geyməsi çempionatın səviyyəsinə də təsirsiz ötüşməz. Amma o da həqiqətdir ki, bəzi futbolçularımız sırf məcburiyyətdən ölkə daxilində çıxış edir. İnsafən, ölkə xaricindən maraq göstərilməyən futbolçunun başqa variantı da yoxdur axı. 

Göründüyü kimi, hazırda legionerlərimizlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Amma son günlər bəzi futbolçularımızn xarici klubların diqqət mərkəzinə düşməsi vəziyyətin dəyişmə ehtimalına olan ümidlərimizi artırır. Maraqlı olacağını nəzərə alıb, əcnəbi komandaların maraq dairəsində olan futbolçularımızın transferi ilə bağlı son durumu nəzərinizə çatdırırıq.



Topaz Premyer Liqasının başa çatmasının ardından "Keşlə"dən ayrılan Kamran Ağayev yeni mövsümdə Türkiyənin birinci divizionunda oynamaq hüququ qazanmış "Menemen Belediyəspor"da çıxış edə bilər. "Qalatasaray"ın əfsanəvi futbolçusu Suat Qayanın rəhbərlik etdiyi komandanın vaxtilə Türkiyədə çıxış etmiş millimizin qolkiperi ilə yaxın günlərdə danışıqlara başlamaq niyyətində olduğu bildirilir.
Milli komandamızın digər üzvü Bəhlul Mustafazadə isə daha iddialı klubların diqqət mərkəzindədir. Ötən mövsüm "Qəbələ"də yaxşı mövsüm keçirən və əsas milliyə yüksələn U-21-in üzvü bir neçə xarici klubun maraq dairəsindədir. Müdafiəçi ilə ən yaxından maraqlanan əcnəbi klub isə "Seltik"dir. Şotlandiya nəhənginin Almaniya "Herta"sına keçən Dedrik Boyatanın əvəzləyicisi kimi Mustafazədə ilə maraqlandığı bildirilir.

"Neftçi"nin və milli komandamızın üzvü Rəhman Hacıyev də legioner həyatı yaşaya bilər. Gəzən söyləntilərə görə, yarımmüdafiəçi ilə Qazaxıstanın "Kayrat" komandası maraqlanır. Ötən  mövsüm əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkən Hacıyev də "flaqman"dan ayrılmağın əleyhinə deyil. Xatırladaq ki, "Kayrat" buna qədər "Neftçi"nin digər üzvü Səlahət Ağayevlə maraqlansa da, millimizin qapıçısı sonda "ağ-qaralar"da qalmağa üstünlük vermişdi.

"Səbai"in mövsümü bürünc medalla başa vurmasında böyük rolu olan Ağabala Ramazanov da xarici klubda peyda ola bilər. Yayılan informasiyalar yığma komandamızın üzvünün Bolqarıstan, Çexiya və Xorvatiya klublarının transfer siyahısında olduğu yönündədir.


"Qarabağ"lı Mahir Əmrəlinin legioner həyatı yaşaması an məsələsidir. Ortada rəsmi açıqlama olmasa da, klublar arasında danışıqların aparılması hər kəsə məlumdur. Deyilənə görə, ən real təklif  Türkiyədəndir ki, Mahir özü də bu ölkədə çıxış etməkdə maraqlıdır. Yadınızdadırsa, bir müddət öncə 22 yaşlı futbolçu şəxsi "instaqram" hesabında maraqlı paylaşım etmiş və Qurban Qurbanovla birgə şəklini paylaşaraq "if i achieved something, then first of all it is because of you, Boss" (Nəyə nail olmuşamsa, bu ilk növbədə sizin sayənizdədir, Boss) sözlərini yazmışdı. Elə bu mesajın paylaşılması da hücumçunun yol üstə olduğunu ortaya qoyur.
Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.
16:2713 iyun

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Sən -  kontuziyalı zabitin öz-özünə çaldığı Çəpik kimisən,

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO