İSTİ XƏBƏRLƏR
» » Rəqiblərimizi tanıyaq

Rəqiblərimizi tanıyaq

Ötən həftə ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri məlum oldu. Avropa Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Qəbələ"nin yalnız potensial rəqibi məlumdursa, digər üç təmsilçimizin ilk təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlmiş oldu. 
Beləliklə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdamın "Qarabağ" komandası Albaniyanın "Partizani",   Avroliqaya yollanan vitse-çempion "Neftçi" Moldovanın "Sperantsa", Avropa Liqasındakı digər təmsilçimiz "Səbail" isə  Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşacaq. Təbii ki, indi bütün futbol ictimaiyyəti üçün rəqib komandalar haqqında məlumatlar maraqlıdır. Elə isə rəqiblərimizi tanıyaq.

13 ildi avrokubokda qələbəyə həsrət olan komanda

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" 1946-cı ildən fəaliyyət göstərir. Ikinci Dünya Müharibəsi başa çatandan və Albaniya azad ediləndən dərhal sonra yaradılan, paytaxt Tirananı təmsil edən Albaniya çempionu  ev oyunlarını 9500 yerlik "Selman Stermasi Stadium"da keçirir.
Tarixi ərzində 16 dəfə Albaniya Super Liqasının, 15 dəfə ölkə kubokunun, 1 dəfə isə Superkubokunun qalibi olan "ordu klubu" ötən mövsümü 70 xalla ilk pillədə başa vurmuş və bununla da 1993-cü ildən bəri davam edən çempionluq həsrətinə son qoyulmuşdu. Hazırda komandanı Franko Lerda çalışdırır. İtaliyalı mütəxəssis mövsüm bitəndən sonra Şkender Geqanı əvəzləyib.
İlki 1962-ci ildə olmaqla Avropa miqyaslı yarışlarda ümumilikdə 56 oyun keçirmiş "Partizani" heç də uğurlu çıxış etməyib. Belə ki, bunlardan cəmi 8-də qələbə qazanan komanda 11 oyunda bərabərlik əldə edib, 37 görüşdə isə məğlubiyyətə üzülüb. Komanda Avropa arenasında son qalibiyyətini 2006-cı ildə İntertoto kubokunda qazanıb. Həmin vaxt öz meydanında Kipr "Etnikos"unu məğlub etsələr də (2:1) ümumi hesabda mübarizəni dayandırıblar. Düzdü, komanda 2016-17 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Ferensvaroş" səddini keçib. Lakin həmin vaxt hər iki qarşılaşma 1:1 hesabı ilə nəticələnib və tiranalılar penaltilər seriyası ilə qalib gəlib. Komandanın avrokubokda ümumi qol fərqi -62-yə bərabərdi (34:96).
Albaniya çempionu indiyə qədər heç vaxt "Qarabağ"la qarşılaşmasa da, hazırlıq matçlarında digər iki Avrokubok təmsilçimizlə üz-üzə gəlib. Belə ki, 2014-cü ildə Antlayda yoldaşlıq oyununda "Neftçi" ilə qarşılaşmış "Partizani" 0:2 məğlub olmuşdusa, 2017-ci ildə eyni şəhərdəki digər oyunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlmişdi.

Bordin üçün tanış rəqib

"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin ölkəmizə gəlməzdən öncə çalışdığı son ölkə olan Moldovanın "Sperantsa" klubunun əsası 1991-ci ildə qoyulub. Bundan bir il sonra yüksək liqada oynamağa başlayan "göy-ağlar" 1998-ci ilə kimi elitada oynasa da, məhz həmin il sonuncu olmaqla güclülər dəstəsini tərk edib. 2013/14 mövsümündə B divizionunun qalibi olan komanda "A"-ya yüksəlib. Növbəti mövsümündə isə A divizionunda 3-cü yeri tutan "Speranta" elitaya vəsiqə qazanıb və elə həmin vaxtdan da yüksək liqadadır. 
 Heyətində braziliyalı, kamerunlu, kot d`ivuarlı, kolumbiyalı, meksialı, nigeriyalı, rus və tacik futbolçuların top qovduğu Nisporenı təmsilçisi ötən il çempionatı dördüncü pillədə başa vursa da, Şerif" komandasının  "qızıl dubl" etməsi nəticəsində Avroliqada oynamaq hüququ əldə edib. Avrokuboklarda debüt edəcək klub ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirir. "Sperantsa" ilə ən diqqət çəkən məqam isə klubda bir ailədən 4 nəfərin olmasıdır. Belə ki, son beş mövsümdə komandaya rəhbərlik edən 27 yaşlı məşqçi Kristian Efros sabiq futbolçu, FIFA agenti və "Speranta"nın hazırkı prezidenti Petru Efrosun oğludur. Prezidentin xanımı Qabriela Sandu da klubda çalışır. O, Maliyyə və Kadrlar şöbəsinin rəhbəridir. Cütlüyün digər oğlu Stefan Efos isə futbolçu kimi komandanın uğurları üçün çalışır.
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin "Şerif"i çalışdığı dönəmdə "Sperantsa" ilə də bir neçə dəfə üz-üzə gəldiyini də xatırladaq.

"Səbail" üçün 71 yaşlı komanda

"Səbail"in rəqibinin təmsil etdiyi Krayova şəhərində futbol tarixi 1921-ci ildə ilk komandaların yaranması ilə başladı. Bunlar "Kroyavan" və "Rovine Qrivitsa" idi. Tərəflər 1940-cı ildə "FC Krayova" adı altında birləşsələr də, bir müddət rəsmi şəkildə tanınmayıblar. Nəhayət, 1948-ci ildə maşın və elektrik cihazları institutunun voleybol, həndbol, stolüstü tennis, şahmat və futbol bölmələri olan idman klubu yaradıldı. 1951-ci ildə komandanın adı "CSU Krayova", 2 il sonra isə "Ştinta Krayova" oldu. Ta ki 1966-cı ilin yayından klub indiki kimi "Universitatya" adlanmağa başladı. 1970-ci illərdən etibarən klub yüksəliş dövrünə qədəm qoyan və ilki 1974-cü ildə olmaqla dörd dəfə ölkə çempionu olan Rumıniya təmsilçisinin  beynəlxalq arenadakı ən böyük uğuru 1982-83-cü illərlə bağlıdır. Belə ki, "Krayova" təmsilçisi həmin mövsüm UEFA kubokunun yarımfinalına qədər irəliləyib. Komanda buna qədər isə Çempionlar kuboku (hazırkı Çempionlar Liqası) yarışında ən yaxşı 8 komanda sırasına yüksəlmişdi.
Artıq uzun müddətdi Krayova təmsilçisi titula həsrət qalıb. Hətta 2011-ci il iyulun 20-də Rumıniya Futbol Federasiyası "Universitatya"nı tarixin yaddaşına qovuşdurmaq qərarına gəlib. Maraqlıdı ki, qərarın verildiyi məhkəməyə də hücum edilib. Keçmiş baş məşqçi Viktor Pitsurkenin şikayəti durumun ağırlaşmasına səbəb imiş. Həmin vaxt bütün futbolçulara azad agent statusu da verilibmiş. Bir sözlə, maliyyə problemləri komandanın 2 il fəaliyyətini dayandırması ilə nəticələnib. 2013-cü ildə isə Krayovada yerli hakimiyyət orqanlarının klub rəhbərliyini dəstəkləməsi fonunda klub yenidən formalaşdırılıb. "Tələbələr" 2013/14 mövsümündə aşağı liqanın qalibi olaraq, yenidən güclülər dəstəsinə yüksəlib. Bununla belə, əvvəlki nəticələrin bu kluba aid edilib-edilməməsi məsələsi də müzakirələrə səbəb olub. Təxminin 4 il mübahisəli durum davam edib. Hər halda, 2017-ci ildə verilən qərar nəticəsində yenilənmiş klubun tarixi komandanın varisi olduğu təsdiqlənib.
Ötən mövsüm çempionatı dördüncü pillədə tamamlamaqla Avropa Liqasına vəsiqə qazanan Korneliu Papurenin rəhbərliyi altında   bizə yaxşı tanış olan legionerlər çıxış edir. "Qəbələ"nin sabiq hücumçusu Andrea Kristea və ölkəmizdə "Zirə" və "Keşlə"nin formasını geyən Sezar Meza Kolli də Krayova təmsilçisinin şərəfini qoruyur. Andrea 2014-cü ildə, Sezar isə 2016-18-ci illər aralığında Azərbaycanda top qovub. Komandanın heyətində kifayət qədər legioner var. Bunlar İtaliya, Portuqaliya, Kot d`İvuar, Xorvatiya, Bolqarıstan, İsveçrə, Bosniya və Hersoqovina, Paraqvaydan olan oyunçulardır.
Rəy bildir +
Oxşar xəbərlər
Elita klubları yeni mövsümə  necə hazırlaşır?
15:2319 iyun

Elita klubları yeni mövsümə necə hazırlaşır?

Ötən ay başa çatan Topaz Premyer Liqasında yeni mövsümün startına xeyli vaxt qalsa da, artıq elita təmsilçiləri yeni "futbol ili"nin hazırlıqlarına başlayıblar. Təbii ki, ölkə çempionatının yüksək dəstəsində mübarizə aparan klubların mövsümlərarası dövrdə necə hazırlıq keçəcəyi heç də az maraq

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU