İSTİ XƏBƏRLƏR
» » Oxumasanız da olar

Oxumasanız da olar

Lətifələrin reytinqi


5-ci yer                                                                                                  

Avtobusda yolboyu 6-7 yaşlı oğlan usagı turş alçaları bir-bir torbadan çıxarıb xırthaxırtla yeyirdi. Axırda onun yanında oturan dişi qımışan yaşlı kişi dedi:

- Bala, çox alça yemə, ziyanı dəyər.

Uşaq sual dolu baxışlarla ona baxıb söylədi:

- Mənim əmim yüz ildən çox yaşayıb.

- Niyə, a bala, alça yediyinə görə?

- Yox başqalarının işlərinə qarışmadığına görə.


4-cü yer

SDU-ya qəbul olan tələbə qeydiyyata gəlir. Ondan ad-soyad soruşurlar.

Söyləyir:

- Məməməmməd Səsəsəmədov.

Qeydiyyatşı təəssüflə soruşur:

- Deyəsən nitqiniz qüsurludur. Pəltəksiz, elə?

Tələbə deyir:

- Xeyir, mən pəltək deyiləm, atam pəltəkdir, adımı yazdıranda rastına qanmaz pasport işçisi çıxıb.


3-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.

Jirinovski marketdən alış-veriş edir. Kassada ödəniş edəndə kassir üzrxahlıqla söyləyir:

- Bağışlayın, xırda pul yoxdur qalığınızı qaytarmağa. Istəyirsiniz, sizə Mikki Maus saqqızı verim?

Jirinovski əsəbi halda deyir:

- Bura bax, mən uşaq zadam? Terminator saqqızı ver mənə.


2-ci yer

Çerkizovsk bazarında alver edən bir azərbaycanlı bir dəfə öz tutuquşusunu satışa çıxarır. Intelligent bir rus tutuquşunu bəyənib alır. Evinə gətirir.

Səhər yuxudan ayılanda tutuquşu ona deyir:

- Saboun xeyir, qaqaş.

Intelligent tez google-da ifadəni tərcümə edir, gülümsəyir.

Səhər naharı yeyəndə tutuquşu ona: - Nuş olsun, qaqaş, - söyləyir.

Işdən evə qayıdanda intelligent:  - Xoş gəldin, qaqaş, - eşidir, yatmağa uzananda: "Gecən xeyrə qalsın!"- eşidir.

Intelligent tutuquşunun zəkasına heyran qalır, bununla belə, onun əcnəbi dildə danışmasından heş də xoş hal olmur. Səhər durub bazara gedir, tutuquşunu aldığı azərbaycanlını tapıb soruşur ki, mən necə edim, tutuquşu dilini dəyişsin?

Azərbaycanlı intelligenti başından eləmək üçün söyləyir:

- Üstünü əski ilə bağla, bir ay yemək vermə.

Intelligent belə də edir. Bir aydan sonra tutuquşunun qəfəsinin üstündən əskini götürəndə tutuquşu ona deyir:

- Ramazan bayramın mübarək, qaqaş!


1-ci yer

Pənah Hüseyn Baş nazir təyin olunan dönəmlərdir, çiskinli noyabr ayıdır.  Bir gün o, nazirliyin bağbanını yanına çağırıb tapşırıq verir:

- Əlövsət kişi, get həyətdəki gülləri sula.

Bağban başını bulayır: 

- Pənah bəy, siz nə danışırsınız, nə gül sulamaq, bayırda heç bilisiz necə leysan yağır?

Pənah Hüseyn cəld söyləyir:

- Əlövsət kişi, sən heç narahat olma, deyərəm,  sənə plaş verərlər.


***

Kədərli

Bir qız ağ atlı oğlanı gözləyə-gözləyə ayları illərə calayır.

Və bir gün də ağ çantalı poçtalyon gəlib onun təqaüdünü gətirir.


Qızıl fond

"Bir nəfərə 50 lirə borcum vardı. Bilirdim ki, bu gün gəlib istəyəcək.

Getdim müdirin yanına, dedim mənə 50 lirə avans verin, borcum var, bu gün borc sahibi gəlib istəyəcək. Müdir soruşdu,  nə vaxt gələcək. Saat 10 idi, dedim 11-də gələcək. Dedi get, 11-də gəl, verərəm.

Dedim, indi verin, nə olar, nə olmaz. 

Müdir dedi:

- Oğlum, saat 11-dək borc sahibi ölə bilər, mən o pulu sənə verməkdən qurtularam. Və yaxud,  sən ölərsən, mən yenə qurtularam. Get, 11-də gəl. Dedim:

- Müdir, mənim bəxtim yoxdu. Nə adam ölər, nə mən ölərəm, tərslikdən sən ölərsən, mən adama borclu qalaram. Xahiş edirəm indi verin".

Əziz Nesin (Tanınmış Türkiyə yazıçısı)


Feysbuk gülməcəsi

"Dünən status yazdım ki, ölmək istəyirəm. Bu gün 3 molla dostluq atdı".


Gülməcə

Dünyada yeganə metro Bakı metrosudur ki, qatar dayananda birinci minənlər minir, sonra isə düşənlər düşür.


Xatirə

Yeddi il içmədim, çəkmədim, bazlıq eləmədim. Sonra da anam məni məktəbə qoydu. Və başladı nə başladı.


Araşdırma

Azərbaycan xalq mahnılarının yaranmasında həkimlərin müstəsna rolu olub. Gəlin baxaq.


Ömür deyir qocalmışam, 

Ürək deyir yaşa hələ.

(Kardioloq)


Elə baxma,  gözlərinə göz dəyər.

(Oftalmoloq)


Belin ağrıyır,

Belinə qurban.

(Terapevt)


Saçın ucun hörməzlər.

(Kosmetoloq)


Küçələrə su səpmişəm,

Yar gələndə toz olmasın.

(Sanitar)


Dişlərin incidəndir, Dürdəndir, incidəndir.

(Stomatoloq)


Meyvələrdən 3 meyvə var, Üçü də balam, yeməli.

(Diyetoloq)


Gəlmişəm otağına, Oyadam səni.

(Növbətçi həkim)


Yaxan düymələ,  düymələ

(Seksopatoloq)


Lüğət

Iş yeri - bu elə bir yerdir ki, lap tezdən yemək, nahardan sonra yatmaq istəyirsən. Bütün günü də evə getməyi arzulayırsan.


Müəmma

Görəsən niyə pitsanı yumru bişirib, dördbucaq qutuya qoyub,   üçbucaq şəklində kəsərək yeyirlər?


Kəlam

Insanı iki şey ayaqda saxlayır. Sağ ayaq və sol ayaq. 


Dodaqqaçdı

Dovşanı meşəyə sahə müvəkkili təyin edirlər. Ilk olaraq Ayını həbs edir ki, sən bütün günü  Maşa ilə şəbədə obyektinə dönməklə vəhşi heyvan imicinə xələl gətirirsən. Sonra Tülkünü həbs edir ki, sən Karolina Valyant mağazasından bahalı xəz dəriləri oğurlayırsan.

Sonra da Qazı tutur ki, ifadə ver, görək, sən hansı pullarla hər il isti ölkələrə gedirsən?

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.

OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor