İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub

Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Regional Vəkil Bürosunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərində məhkəmə-hüquq islahatları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP-nın Sumqayıt ofisində reallaşan konfransı açan təşkilatının sədri Ramiz Hüseynov Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanını ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi üçün yol xəritəsi kimi dəyərləndirib. Bildirib ki, Fərmanda göstərilən müddəaların icra olunması vətəndaş məmnunluğunu daha da artıracaq.

Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Seymur Səfərov Fərmanın əhalinin hüquqi maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ölkə başçısının imzaladığı bu vacib sənəddən irəli gələn məsələlərin Sumqayıt şəhərində qısa müddət ərzində gerçəkləşəcəyinə əminliyini vurğulayıb.

Konfransda Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı”, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Aqil Abbasovun “Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının əhəmiyyəti”, Milli Məclisinin deputatı Tahir Mirkişilinin “Qanunvericiliyin təkmilləşdirilməsi mexanizmləri”, Milli Məclisinin deputatı Mirzəcan Xəlilovun “Sahibkarlığın inkişafında məhkəmə-hüquq islahatlarının rolu”, Sumqayıt şəhər məhkəməsinin sədr əvəzi Fikrət Əliyevin “Hakim-vəkil münasibətlərinin etik aspektləri”, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin sədri İslam Əliyevin “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində Milli Məclisinin deputatları Tahir Mirkişili və Mirzəcan Xəlilovla Sumqayıt Regional Vəkil Bürosu arasında əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardımın göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, deputatın yazılı müraciəti əsasında büroda aztəminatlı şəxslərə ödənişsiz zəruri hüquqi yardım (məsləhət, ərizə və şikayətlərin yazılması) göstəriləcək. Deputatlar öz səlahiyyətləri daxilində qanunvericilik təşəbbüsləri sahəsində vəkillik təsisatları ilə əməkdaşlıq edəcək, qanunvericiliyin təkmilləşməsi ilə bağlı vəkillik qurumlarından daxil olan təklifləri Milli Məclisin iclaslarında səsləndirəcək. Tərəflər Sumqayıt şəhərində hüquqi maarifləndirmə işinin təşkili üçün birgə fəaliyyət göstərəcəklər.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhər sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək
13:4311 iyun

Sumqayıt şəhər sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü
16:1022 aprel

Millət vəkili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib.

Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
21:4718 aprel

Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, aprelin 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların