İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın mədəniyyət müəssisələrində Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələrində Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin hazırladığı "Ordum məni qoruyur" adlı konsert təşkil edilib. Gənc müğənnilərin ifasında Vətəni vəsf edən şən mahnılar səslənib, "Turan" milli rəqs qrupu "Azərbaycan inciləri" rəqsini təqdim edib.

Corat qəsəbə mədəniyyət evinin özfəaliyyət kollektivi isə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə mədəniyyət evinin “Karvan” instrumental ansamblının müşayiətilə rəngarəng musiqi nömrələri, solist Şəbnəm Faiqqızının ifasında xalq mahnıları xoş ovqat yaradıb.

Nizami Gəncəvi adına Kitabxana-Klubda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mən şəhid oldum ki, Vətən yaşasın” adlı tədbir keçirilib. Tədbirdə Mübariz İbrahimov haqqında geniş məlumat verilib, ona həsr olunmuş “Təəssüb” poemasından parçalar səsləndirilib.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt bulvarında özfəaliyyət kollektivlərinin konserti olub
15:1218 iyun

Sumqayıt bulvarında özfəaliyyət kollektivlərinin konserti olub

Sumqayıt bulvarında mədəniyyət müəssisələrinin kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən konsertdə musiqi məktəblərinin müəllim və şagirdləri, klub müəssisələrinin özfəaliyyət kollektivləri maraqlı bədii proqram təqdim

Sumqayıt bulvarında konsert proqramları təşkil ediləcək
13:4310 iyun

Sumqayıt bulvarında konsert proqramları təşkil ediləcək

Sumqayıt mədəniyyət müəssisələrinin kollektivləri şəhər bulvarında konsert proqramı ilə çıxış ediblər.

74 min 905 oxucu
15:2007 iyun

74 min 905 oxucu

Yazını böyük Nizami Gəncəvinin misraları ilə başlamağı özümə borc bildim. İnsan gərək özünü inkişaf etdirib düşüncəsini təkmilləşdirmək, ətraf aləmi, dünyanı, bəşəriyyəti anlamaq üçün kitabları özünə dost bilsin. Çünki onlar bizə ən doğru yolu göstərəcək, işıqlı gələcəyə aparacaqlar. Əgər biz

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür