İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda soyğunçuluq və oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda soyğunçuluq və oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində bir qadının çantasını soyğunçuluq yolu ilə əlindən almaqda, digərinin isə pulqabısını oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC –a bildirilib ki, 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərin birində müştəri qismində olan S.Balayevanın içərisində 400 manat pul olan çantasını soyğunçuluq yolu ilə almaqda və ticarət mərkəzlərinin birində B.Nəhmədovaya məxsus içərisində 370 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılıb.

Araşdırma zamanı, həmçinin müəyyən edilib ki, iyunun 13-də Ceyranbatan qəsəbə sakini X.Mürsəlovanın mobil telefonunu çantasından oğurlanması da A.Cavadovun əməli olub.

Faktla bağlı araşdırma aparılır.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda metaləritmə müəssisəsindən 31 ton əlvan metal oğurlanıb
13:4616 may

Sumqayıtda metaləritmə müəssisəsindən 31 ton əlvan metal oğurlanıb

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
14:2125 aprel

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Aprelin 24-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

SUMQAYITDA OĞURLUĞA GÖRƏ 2 NƏFƏR SAXLANILIB
18:3718 aprel

SUMQAYITDA OĞURLUĞA GÖRƏ 2 NƏFƏR SAXLANILIB

Sumqayıt ŞPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bağırovu saxlayıblar.