İSTİ XƏBƏRLƏR
» » Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları

Yolunuz açıq olsun, Sumqayıt universitetinin məzunları



Sumqayıt Dövlət Universitetində (SDU) “Məzun günü” qeyd edilib. Tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən ali məktəbin rektoru, professor Elxan Hüseynov ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən, təhsil sistemindən, uğurlardan və beynəlxalq əlaqələrdən, respublikamızda həyata keçirilən təhsil islahatlarının əhəmiyyətindən danışıb.
Bildirilib ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıtın yeganə ali məktəbi - SDU güclü maddi-texniki bazaya malik, yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və beynəlxalq əlaqələrini gündən-günə genişləndirən universitetdir.

Sumqayıt universiteti milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, peşəkar kadrlar hazırlanmasında strateji məqsədləri əsas götürməklə respublikamızın ali təhsil müəssisələri arasında öncül yerlərdən birini tutur. “Sevindirici haldır ki, məzunlarımız dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər”, - deyən rektor bildirib ki, bütün bunlar Azərbaycan təhsilinin mütərəqqi ənənələr, milli-mənəvi və bəşəri dəyərlər, beynəlxalq təcrübə əsasında daha da inkişaf edəcəyini bir daha təsdiqləyir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə bacısının “Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında qeyd etdiyi kimi, Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır.
Məzunlara uğurlar arzulayan rektor gənclərə doğma təhsil ocağının adını, şərəfini daim uca tutmağı, müstəqil Azərbaycanın dinamik inkişafına layiqli töhfələr verməyi tövsiyə edib. Sonra tələbələrin ifasında universitetin marşı səsləndirilib.

SDU-nun Ağsaqqallar şurasının sədri, professor Həsən Sadıqov, şair-dramaturq Əvəz Mahmud Lələdağ, valideynlər adından Rövşən Cəfərov, Akif İdrisov məzunları təbrik edib, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və Azərbaycanın gələcəyi naminə çalışmalarını arzu ediblər.
Kimya və biologiya fakültəsinin məzunu Günel Rəhimova tələbə yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, müəllimlərini və doğma universiteti unutmayacağını söyləyib.

Tədbirdə SDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrantlara diplomlar təqdim edilib. Elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman, mükafat və hədiyyələr təqdim olunub.
Həmçinin “Nəsimi ili” çərçivəsində SDU-da “Nəsiminin söz dünyası” adlı fakültələrarası elmi-yaradıcılıq müsabiqəsinin qalibi olan tələbə və magistrantlar fəxri fərman və pul mükafatları ilə təltif ediliblər. Bir qrup tələbəyə isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanları təqdim edilib.

Ənənəvi “papaqatma” mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib. Universitetin özfəaliyyət kollektivləri ilə yanaşı, respublikamızın tanınmış incəsənət ustaları və gənc ifaçılar məzunları çıxışları ilə təbrik ediblər.
Rəy bildir +
Oxşar xəbərlər
Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb
17:0614 iyun

Təhsil naziri Qubadlı rayon kənd məktəbində “Son zəng” tədbirinə qatılıb

Təhsil naziri Ceyhun Bayramov iyunun 14-də “st. Sumqayıt” yaşayış massivində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Xal kənd tam orta məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb. Bu il 28 məzun bu məktəbi bitirib. Ümumilikdə isə Qubadlı rayonunda 32 tam orta məktəb üzrə 447 məzun var.

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub
10:0323 may

Tələbə Elmi Konfransında yer tutan Sumqayıt Universitetinin tələbələri təltif olunub

Sumqayıt Dövlət Universitetində (SDU) V Tələbə Elmi Konfransı keçirilib. Əvvəlcə iştirakçılar akt zalının foyesində konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış oldular.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür