İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni binası istifadəyə verilib

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni binası istifadəyə verilib



İyulun 1-də Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub.

DİN-dən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Vilayət Eyvazovun salamlarını və xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Yeni inzibati binanın istifadəyə verilməsi şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Bildirilib ki, müasir standartlara uyğun ikimərtəbəli binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar yaradılıb, həyətdə su anbarı tikilib. Ərazi hasarlanıb, abadlıq, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Sonra tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. İştirakçılar binada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

İnzibati binanın açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt Polis İdarəsində  yeni təyinatlar olub
18:0030 aprel

Sumqayıt Polis İdarəsində yeni təyinatlar olub

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.