İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” adlı sərgi–auksion keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” adlı sərgi–auksion keçirilib



Sumqayıt Dövlət Rəsm Qalereyasında “Çarə Sizsiniz” könüllü gənclər komandasının təşkilatçılığı ilə “Uşaqlar sevinsin deyə...” adlı xeyriyyə sərgisi keçirilib. Sərgi- auksionda gənc rəssam Aygün İlyasovanın 25 yetirməsinin 27 rəsm işi nümayiş olunub və satışa çıxarılıb. Satışdan əldə olunan vəsait valideyn himayəsindən məhrum uşaqlar və Daun sindromlu uşaqlar üçün xərclənəcək.

AZƏRTAC xəbər verir ki, sərgisinin aşılısında çıxış edən qalereyanın direktoru Ellada Rəşidova aksiyanın əhəmiyyəti haqqında danışıb.

Yazıçı- publisist Hafiz İmamnəzərli deyib ki, mərhəmət hər kəsin yaxşılığını istəyib ona kömək etməyi arzulamaq, hər kəsə anlayış, qayğı və şəfqət göstərməyi bacarmaqdır. O, öz əl işlərini satışa çıxararaq toplanılan vəsaitlə kimsəsiz uşaqları ziyarət etmək missiyasını həyata keçirən gənc rəssamların artıq bu yüksək dəyərin daşıyıcısı olduğunu deyib.

Rəssam-müəllim Aygün İlyasova bildirib ki, bu tədbirlərdə, sərgilərdə uşaqlar çox sevinir, diqqət görür və ilhamlanırlar. Ən əsası odur ki, balaca rəssamlara göstərilən bu sevgini bu layihə ilə daha çox uşağa ötürə bilirik.

“Çarə Sizsiniz” könüllü gənclər komandasının rəhbəri Nur Ülviyyə Həsrətova qeyd edib ki, bu gün burada öz əl işləri ilə iştirak edən uşaqlar çox şanslıdırlar. Çünki onlar bu cür ali prinsiplər ətrafında birləşərək mərhəmət nümayiş etdirirlər.

Qeyd edək ki, satışa çıxarılan işlərin əksəriyyəti elə həmin gün satılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə   həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

Sumqayıtlı rəssamların şəhər parkında sərgisi açılıb
15:4315 may

Sumqayıtlı rəssamların şəhər parkında sərgisi açılıb

Sumqayıtın Nəsimi adına mədəniyyət və istirahət parkında şəhərin 70 illiyi çərçivəsində “Canlanır hər qarış çöl Sumqayıtda” adlı rəsm sərgisi açılıb.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO