İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın “Tengiz” yatağı üçün kabel ixrac edib

Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın “Tengiz” yatağı üçün kabel ixrac edib



Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın “Tengiz” yatağının elektrik xətlərinin qurulması üçün nəzərdə tutulmuş kabel məhsullarının ixracını həyata keçirib.

STP-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Texnologiyalar Parkı “Tengiz” yatağının istismarını həyata keçirən “Tengizchevronoil” şirkətinin layihəsinin kabel ilə təchiz olunması məqsədilə 2 müqavilə imzalayıb. Müqavilələrə əsasən, STP neft yatağı üçün ümumi dəyəri 329 min dollar olan 55 tonadək mis damarlı alçaqgərginlikli kabellərin ixracını həyata keçirməli idi. İxracı nəzərdə tutulmuş məhsulların bir qismi qısa zamanda istehsal olunaraq göndərilib. Məhsulların digər qismi isə yaxın günlərdə Qazaxıstana ixrac ediləcək. “Tengiz” neft yatağı üçün qarşıdan gələn aylarda yeni kabel satışı müqavilələrinin bağlanması da nəzərdə tutulur.
Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Avropa enerji bazarına doğru
17:3014 may

Avropa enerji bazarına doğru

Azərbaycan enerji ölkəsi kimi mövcud potensialını uğurla realizə edir. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması ölkəmizə böyük həcmdə iqtisadi dividentlər qazandırıb.