İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı sahibkarlar niyə cərimələndi?

Sumqayıtlı sahibkarlar niyə cərimələndi?



Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.

Reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən "Duyğu", "Liman", "Atlantida", "Narınqala" və "Flaqman" istirahət mərkəzlərində formalaşan  tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qan

unvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi  olan "məcburi göstəriş"lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda Xəzər dənizini çirkləndirən obyekt sahibləri cəzalandırılıblar
12:1827 iyun

Sumqayıtda Xəzər dənizini çirkləndirən obyekt sahibləri cəzalandırılıblar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reydlər keçiriblər.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:2926 iyun

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Dövlət Statistika Komitəsi bu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edildiyini, bunun da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 % az olduğunu açıqladı. Bununla belə, ölkədə

Sumqayıtda şam ağaclarının kəsilməsi nəticəsində təbiətə 4740 manat məbləğində ziyan dəyib
13:4301 may

Sumqayıtda şam ağaclarının kəsilməsi nəticəsində təbiətə 4740 manat məbləğində ziyan dəyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sumqayıt şəhərinin Dənizkənarı bulvar ərazisində yaşköküstə 7 şam ağacının kəsilməsi faktını aşkarlayıblar.

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
14:1817 aprel

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar

Ölkəmizdə ictimai yerlərdə siqaret çəkməyə yol verilmir. Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla

İş adamının ayı balası “qəhrəmanlığı”...
10:4728 fevral

İş adamının ayı balası “qəhrəmanlığı”...