İSTİ XƏBƏRLƏR
» » Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatıldı

Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatıldı

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən "şəhər günü" tədbirlərinə qatılıb.

Lüdviqshafen  şəhərində hər il 27-30 iyun tarixlərində şəhər günü tədbirləri təşkil olunur. Tədbirə Lüdviqshafen  şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələri də dəvət olunur.

Bu dəfəki "Şəhər günü" tədbirləri çərçivəsində 27-ci şəhər festivalı - açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb.  Qeyd olunub ki, iki şəhər arasında  dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 iliyi  münasibəti ilə 2017-ci ildə Sumqayıt şəhərində bayram tədbirləri təşkil olunub, tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub.

Bildirilib ki, bu illər ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.

Zakir Fərəcov Lüdviqshafen şəhərinin yeni bələdiyyə rəhbəri Yutta Ştaynruka fəaliyyətində uğurlar arzulayıb, nümayəndə heyəti adlndan xatirə hədiyyəsi təqdim edib.

Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür