İSTİ XƏBƏRLƏR
» » Maliyyə sahəsində islahatlar gözləniləndirmi?

Maliyyə sahəsində islahatlar gözləniləndirmi?



Və bu, nələrlə nəticələnə bilər?


Dünyanın dörd bir yanında baş verən siyasi kataklizmlər bütün dövlətləri öz idarəetmə modellərini yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusilə cənub və Şərq yarımkürəsi, şimalda isə Rusiya yeni siyasi çağırışlardan qayğılanır.

İndiki halda Qərbdəki bəzi dairələrin Şərq və Cənub yarımkürələrində yerləşən dövlətlərin daxili idarəçiliyinə müdaxilə cəhdləri fonunda Azərbaycan dövlətinin mobil siyasəti olduqca təqdirəlayiq görünür. Bu mənada ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin yeni mərhələsini xüsusilə qeyd etmək olar. İstənilən xarici müdaxiləni yalnız bir qüvvə neytrallaşdıra bilər: xalq və hakimiyyət arasındakı bağlılıq! Odur ki, ölkədə həyata keçirilən sosialyönümlü siyasətin şaxələndirilməsi, eləcə də kadr siyasətindəki yeni yanaşmalar arzuolunan idi və indiki addımlar bəhs etdiyimiz mövcud monolitliyi bir qədər də möhkəmləndirə bilir.

Hələ 2018-ci ildə İlham Əliyev Prezident seçkilərindən dərhal sonra ciddi islahatlar paketinin mesajını vermişdi. Yeni hökumət formalaşdırılarkən artıq dövlət başçısının öz komadasına əl gəzdirdiyi hiss olundu.

Cari ilin əvvəlində biz bu anonsun praktik olaraq sosial sahədə də reallaşdırılmağa başlandığını gördük. Birinci sosial islahatlar paketi  - əmək haqqı, pensiya və təqaüdlərin artırılması, problemli kreditlərə görə kompensasiyaların ödənilməsi və s. Bundan bir neçə ay sonra isə ikinci sosail paketin reallaşdırılmasına başlanacaqdı...

Ən ciddi reformlardan biri isə maliyyə şəfaflığının təmin olunması ilə bağlı oldu. Vergilər Nazirliyi və Gömrük Komitəsinin fəaliyyətinə yenidən baxıldı və orada aparılan kadr dəyişiklikləri ciddi sistem və yanaşma dəyişikliyi ilə müşayiət olundu.

Prezident İlham Əliyevin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışındakı bu məqam əslində yeni mərhələnin başlandığını ifadə edirdi: "İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik".

Aparılan islahatlar nəticəsidir ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Azərbaycan bu xətti davam etdirəcək. Bu, özünü prezidentin nitqində də aydın göstərir. Dövlət başçısı birmənalı şəkildə bildirir ki, Azərbaycan islahatlar yolundadır, optimallaşdırma və maksimum şəffaflığın təmin edilməsi bu reform paketinin mühüm tərkib hissəsidir.

Ehtimal etmək asandır ki, növbəti mərhələdə maliyyə sektorunda optimallaşdırma və şəffaflıq tədbirləri dərinləşdiriləcək.

Əslində, dövlət başçısının ilinbirinci rübünün yekunları ilə bağlı iclasdakı çıxışında da görünür ki, bu sahədə islahatlar davam etdirilməsi qaçılmazdır. Sitat: "Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik".

Bu sahədə struktur, eləcə də kadr islahatlarının aparılacağı gözləniləndir. Xüsusilə bankların faiz dərəcələrinin aşağı salınması yönündə müzakirələrin aparıldığı bildirilir. Bunun baş verməməsində maraqlı olan dairələrin yoxluğu da istisna deyil, ancaq görünən odur ki, reform paketində nəzərdə tutulan tədbilərin sürətli icrasına start verilib və heç bir maneə bu dalğadan daha güclü ola bilməz.


Vüsal MƏMMƏDOV

Rəy bildir +
Oxşar xəbərlər
Dirijor keşiş   və əfəl lider
10:3621 iyun

Dirijor keşiş və əfəl lider

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar,

Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?
13:0130 may

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO