İSTİ XƏBƏRLƏR
» » "Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır"

"Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır"



Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsini və  öz məhsulları üçün yeni bazarlar tapmağı qarşıya məqsəd qoysa da, dünyada elə ölkələr var ki, Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi sıfıra bərabərdir. Yəni onlarla ya idxalda, yaxud da ixracda ölkəmizlə heç bir ticarət əməliyyatları aparılmır.

"Report"un məlumatına görə, onlar əsasən Azərbaycanda məsafəcə uzaq və kiçik ölkələrdir.  Misal üçün, bu ilin əvvəlindən bu günə qədər Aland Adaları, Albaniya, Amerika Samoası, Britaniya Anqilyası, Antiqua və Bərbuda Adaları, Barbados, Tanzaniya, Boliviya, Bosniya və Herseqovina, Çili, Dominika, Dominikan Respublikası, Haiti, Həbəşistan, Honduras, İordaniya, Fələstin, Kabo-Verde, Kamboca, Keniya, Konqo (Kinşasa), Şimali Koreyaya ölkəmizdən ixrac mövcud deyil. Bundan başqa, Azərbaycanın Kosta-Rika, Kuba, Kot-Divuar, Kurasao, Qambiya, Qrenlandiya, ABŞ Quamı, Qvatemala, Qvineya-Bissau, Laos, Lixtenşteyn, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Mavriki, Martinika, Mavritaniya, hətta Mərakeş və Monako ilə ixracı sıfıra bərabərdir.

Ölkəmizin ticarətdə ixracı sıfıra bərabər ölkələr arasında Myanma, Nabiliya, Nepal, Nikaraqua, Normand Adaları, Panama, Paraqvar, Puerto-Riko, Ruanda, Salvador, San-Marino, Solomon Adaları, Sudan, Surinam, Suriya Ərəb Respublikası, Svazilend, Syerro-Leona v Şri-Lanka kimi ölkələrin adları da var. Azərbaycanda heç kəsin tanımadığı Türks və Kaykos Adaları, həmçinin Fransaya məxsus Yeni Kalendoniya, Uqanda, Uruqvay, Yamayka, Vircin Adaları, Zambiya, Zimbabve kimi Afrika ölkələrinin adları da mövcuddur.

Qeyd edək ki, son illər Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri də yeni bazarlar tapmaq və ixracı şaxələndirməkdir. Bu mənada yuxarıda adları çəkilən ölkələr Azərbaycanın ixrac məhsulları üçün potensial bazarlar ola bilərmi?

Bu mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Pərviz Heydərov  bildirdi ki, dünyada bütün ölkələrin hamısı ilə qarşılıqlı ticarət əlaqələrində olmaq təbii ki, mümkün deyil: "Xüsusən də Azərbaycan  kimi kiçik həcmli iqtisadiyyata malik ölkənin bütün ölkələrlə ticarət əlaqələrinə girməsi qeyri-realdır. Burada məhdud həcmdən söhbət gedir. Adətən o , ölkələr daha çox dövlətlə  ticarət əlaqələrində olur ki, onların ixrac etməyə çoxlu çeşiddə məhsulları var, iqtisadiyyatı kifayət qədər diversifikasiyalaşmış sayılır, iqtisadiyyatının miqyası da kifayət qədər böyükdür. Azərbaycan isə xammal ölkəsidir və bizim ixrac etdiyimiz əsas məhsul neft və neft məhsullarıdır. Son vaxtlar ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata  keçirilən tədbirlər və islahatlar  nəticəsində qeyri-neft sektorunun da ixrac imkanları tədricən zəif templə olsa da genişlənməkdədir".

P.Heydərov xaricdə Azərbaycan məhsullarının təbliğatı üçün hökumət tərəfindən iş aparıldığını da diqqətə çatdırdı: "Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün ölkə rəhbərliyi daha genişmiqyaslı tədbirlərə əl atdı ki, bunlardan biri də xarici ölkələrdə səfirliklərdə ticarət evlərinin açılması, Azərbaycan məhsullarının təbliğatının aparılmasıdır. Bu işlər görülür, ancaq Azərbaycan hökumətinin tutduğu mövqe və həyata keçirdiyi siyasət ondan ibarətdir ki, geniş imkanlara malik bazarı olan ölkələrlə iqtisadi əlaqələr qursun. Bu ölkələr bizim şimal qonşumuz olan Rusiyadır, Avropa ölkələridir, Şimali Amerika, Asiya ölkələri və Çindir. Qonşu Türkiyə, Yaxın Şərq ölkələridir".

İqtisadçı ekspert vurğuladı ki, bu ölkələr həm geniş həcmli bazarlara malikdir, həm iqtisadiyyatları inkişaf edib, həm də əhalisinin alıcılıq qabiliyyəti yüksəkdir: "Hökumətin qeyri-neft sektorunu inkişaf etdirməkdə, stimullaşdırmaqda əsas strateji siyasəti ondan ibarətdir ki, məhz bu ölkələrin bazarlarına Azərbaycanın qeyri-neft iqtisadiyyatına aid məhsullar yol tapa bilsin və bu bazarlarda mövqe qazanaq, məhsullarımızı reallaşdırmağa nail olaq".

P.Heydərov vurğuladı ki, Azərbaycanın qeyri-neft sektoruna aid məhsulları maya dəyəri baxımından heç də ucuz başa gəlmir: "Ona görə də bizim istehsal etdiyimiz məhsullar keyfiyyətli və qiymət baxımından bir qədər yüksəkdirsə, alıcılıq qabiliyyəti yüksək olan bazarları seçməliyik, o bazarlarda satışını və reallaşdırılmasını təmin etməliyik. Azərbaycanın ticarət əlaqələrinin olmadığı ölkələrin əksəriyyətinin bu imkanları yoxdur. Azərbaycanın əsas prioriteti odur ki, inkişaf etmiş ölkələrin bazarlarına yol tapsın".


Nərgiz LİFTİYEVA

Rəy bildir +
Oxşar xəbərlər
Dünyanın ən yaxşı çimərliklərinin reytinqi
17:1326 iyun

Dünyanın ən yaxşı çimərliklərinin reytinqi

Iyunun 21-də təqvimlə yay fəsli qədəm qoydu. Təbii ki, yay sözü ilə çimərlik sözü bir-birlərini tamamlayırlar. Qızmar yay günlərində imkansızlar özlərini Corat, Novxanı kimi, imkanlılar Si-Briz, Cumeyrax kimi çimərliklərə verirlər. Lap imkanlılar üz tuturlar Bodruma, Antalyaya. Lap-lap imkanlılar

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
16:4026 iyun

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq

Neft və banan:  CİA ABŞ-a sərf etməyən  hökumətləri necə devirirdi
16:4411 iyun

Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi

Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət