İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir

Sumqayıtda əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt şəhərində yerləşən “KOB Dostu” ofisində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan və digər həssas sosial qruplar arasında sahibkarlığın təşviqi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, kiçik və orta biznesə göstərilən dəstək mexanizmləri barədə müzakirələr aparılıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə keçirilmiş seminarda “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, Bakı Mühəndislik Universitetinin müəllimi Arif Nəcimov və Sumqayıt şəhəri üzrə “KOB Dostu” Elmar Rzayev əlilliyi olan və digər həssas sosial qrupların sahibkarlıq fəaliyyətinə cəlb olunması, bu sahədə görülən işlər, KOB-lara dövlət dəstəyi mexanizmləri barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

E.Rzayev qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı suallarla, o cümlədən mövcud dövlət dəstəyi mexanizmləri və onlara çıxış, agentliyin göstərdiyi xidmətlər, sahibkarların hüquq və maraqlarının müdafiəsi kimi məsələlərlə bağlı KOB-lar ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. Eyni zamanda, KOB dostları sahibkarlara səyyar xidmətlər də göstərir. Sahibkarların, o cümlədən bizneslə məşğul olan və ya bu sahəyə maraq göstərən əlliliyi olan şəxslərin istəyinə əsasən KOB dostları özləri onların iş yerlərinə və təsərrüfatlarına gedir, müvafiq xidmətlər göstərirlər.

KOBİA əlilliyi olan və digər həssas sosial qrupların sahibkarlıq fəaliyyətinə təşviq edilməsi istiqamətində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə əməkdaşlıq edir, təşkilat agentlik yanında İctimai Şurada təmsil olunur.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
16:1513 iyun

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü
18:1329 aprel

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
20:5917 aprel

Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb

Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir