İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Isti


Bu həftə Fransanın adı gündəmdən düşmədi, belə ki, bu Avropa ölkəsində tarixin ən isti havası qeydə alındı. Vokruz departamentinin Karpantra şəhərində 44,3 dərəcə isti müşahidə edildi, bu da Fransa tarixinin 2003-cü ildə qeydə alınmış 44,1 dərəcəlik ən isti havasını üstələdi. Xatırladaq ki, 2003-də 15 min insan istiyə görə dünyasını dəyişmişdi, amma bu dəfə itkilər barədə məlumat verilmir.

Bütün dünyanın diqqəti Fransada olduğu bu dönəmdə acı bir etiraf edirik ki, bizim Kürdəmirdə tarix boyu yayda 45-46 dərəcə isti qeydə alınır, bəs niyə bu heç kəsin eyninə olmur?


Pomidor


2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracının 8,6 milyard dollar təşkil etdiyi bəlli oldu ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artım deməkdir. Məlum oldu ki, ümumi ixracın 181 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Ən çox qeyri-neft ixracı Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və İtaliya ölkələrinə olub. İxrac olunan qeyri-neft məhsullarının siyahısına isə pomidor  (104,2 milyon dollar) başçılıq edir.O, mahlıcı və meşə fındığını qabaqlayır.

Əcaba, pomidor üzümüzü bu qədər ağardıb, bəs niyə şairlərimiz, məsələn xalq şairi Fikrət Qoca indiyə qədər onu vəsf etməyib?

AYB  təcili şairlərə  sifariş versə, bizcə yerinə düşər, yaxşı olar!




Əli Kərimli



Bu həftə Binəqədi rayon Polis idarəsi tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldı. O, Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs olunmuşdu. Süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa, cəmiyyətdə   mövcud olan sabitliyi pozmağa cəhd göstərməkdə ittiham olunurdu. Əli bəy ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə xeyriyyə marafonu yaratmaq istəyirdi.

Çox güman, Binəqədi polis idarəsindən çıxarkən Əli bəy selfi çəkdirərək xarici tərəfdaşlara təqribən bu məzmunda mesaj göndərib:

- Demokratiya tələbi ilə növbəti dəfə zindanlarda yatıb çıxdım!


Fazil müəllim


Sabiq vergilər naziri Fazil Məmmədovun adı bu həftə növbəti xəstəliyi ilə gündəmə düşdü. Belə ki, qastrit diaqnozu ilə Gəncə beynəlxalq xəstəxanasında yerləşdirilən Fazil müəllimin səhhətində ciddi problemlər olduğu, qaraciyər, qan təzyiqinin yüksəlməsi, pankreatit-mədəaltı vəzin iltihabı kimi xəstəlikləri də üzə çıxdı.

Və hətta, o da məlum oldu ki, 17 il vergilər naziri işləyərək təbii ki, yağ-bal içində yaşamış Fazil müəllimin səhhətinin problemləri Çernobıl qəzası ilə bağlıdır. Sən demə, 1986-cı ildə o, hərbi xidmətdə ikən Çernobıl Atom Elektrik Stansiyasındakı qəzaya görə ora yardıma gedənlər sırasında olubmuş.

Kimdəsə pis başlayıb yaxşı qurtarır, kimdəsə yaxşı başlayıb pis qurtarır. Fazil müəllimdə isə, gördüyünüz kimi, hər şey pis başlayıb pis də qurtarır: Çernobıl qəzası və işdən çıxarılma!


Ermənilər


Bu həftə Avropa Şurası Parlament Assambleyası Rusiyanın təşkilata qayıdışına icazə verən qətnaməni müzakirə etdi, sənədi 118 deputat dəstəklədi, 62 deputat qətnamənin əleyhinə çıxdı. Ən maraqlısı odur ki, Gürcüstan kimi Ermənistan da Rusiyanın əleyhinə səs verdi. Təbii ki, ruslara görə  Abxaziya və Cənubi Osetiyanı itirən gürcülərin mövqeyi aydındır. Bəs ruslara görə Qarabağı və sərhəd rayonlarımızı qazanan ermənilərin mövqeyi niyə belə olsun ki?

Axı bütün dünya bilir ki, Ermənistan Rusiyanın forpostudur, rusun hərbi-siyasi dəstəyi və ianəsi hesabına yaşayan vassaldır.

Çox güman ki, həm Qərbə, həm Rusiyaya yarınmaqla ikiüzlü siyasət həyata keçirən Paşinyan ölümlə olum arasında var-gəl eləyir.

Inşaallah, aqibətləri ölüm olar.



Bill Qeyts


Dünya üzrə xeyriyyəçilik hərəkatının növbəti statistikası açıqlandı. Məlum oldu ki, əvvəlki illərdəki kimi yenə də bu siyahıya amerikalı milyarder Bill Qeyts başçılıq edir. Təxminən 90 milyard dollarlıq varidatın sahibi olan bu biznesmen hər il yoxsul ölkələrə, xeyriyyə fondlarına, eləcə də elm və texnikanın, təhsil və səhiyyənin inkişafına çalışan elmi mərkəzlərə bir neçə milyard dollar həcmində pul vəsaiti köçürür.

Diqqət edin! Bu şəxs öz halal biznesi ilə qazandığı pullardan bir neçə milyard dollar vəsaiti xeyriyyəçiliyə xərcləyir. 12 dollarlıq saat taxır, sadə həyat tərzi keçirib ucuz kafelərdə fəst-fud yeyir.

Bizdə isə xeyriyyəçilik hərəkatı yoxdur. Oliqarxlarımız dövlət pulunu talayıb övladlarını eyş-işrətə sürükləyir,  yeddi nəsil sonraya təminat hazırlayır, qızıl unitazda otururlar.


 Həftənin salnaməsini SƏRTYEL yazdı

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

  Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

İdxalın həcmi rekord həddə çatıb
09:4725 aprel

İdxalın həcmi rekord həddə çatıb

Azərbaycanın xaricdən məhsul idxalında rekord qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən idxalın həcmi 3 milyard 135 milyon 576,93 min dollar təşkil edib. 

93,1 faiz niyə "hə" deyir?
10:4416 aprel

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə