İSTİ XƏBƏRLƏR
» » Niderlandda Azərbaycanı təbliğ edən sumqayıtlı

Niderlandda Azərbaycanı təbliğ edən sumqayıtlı



Onu çoxdan tanıyıram, uşaq yaşlarından. Yaxınlıqdakı məhəllədə yaşayırdı. Mədəni, tərbiyəli bir yeniyetmə kimi qonşular arasında hörmət qazanmışdı. Səliqəli geyinməyi, özünə fikir verməyi xoşlayırdı. Sonradan atalarımız başqa bir mikrorayonda, eyni binada mənzil alsalar da, onunla nadir hallarda görüşərdik. Səhv etmirəmsə, ailə qurduqdan sonra Bakıda məskunlaşmışdı. Bu yaxınlarda xəbər tutdum ki, on səkkiz ildir Niderland Krallığında yaşayır. Azərbaycan naminə xeyli işlər görüb...


Haqqında söhbət açdığım Elxan Mirhəşimli 1966-cı ildə Qubadlı rayonunda doğulsa da, üç aylıq körpə olanda valideynləri ilə Sumqayıta köçüb. Səkkizinci sinfədək şəhərin 14 nömrəli məktəbində oxuyub, orta təhsilini isə 27 nömrəli məktəbdə başa vurub. 1983-1991-ci illərdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində ali təhsil alıb. Eyni zamanda, 1984-1991-ci illərdə Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyində çalışıb. Arada iki il əsgəri xidmətini keçib. 1991-2001-ci illərdə isə bizneslə məşğul olub…

…Ömür-gün yoldaşı Lətifə xanım ixtisasca mühəndisdir. Üç övladı vardır. Böyük oğlu Mirələkbər 28, qızı Mədinə xanım 27, üçüncü övladı Aidə xanım isə 13 yaşındadırlar…

O, 2001-ci ildən ailəsi ilə birlikdə Niderlandda yaşayır. 2002-ci ildən ictimai fəaliyətlə məşğul olur. 2013-cü ildən "Niderlandda Azərbaycan Mədəniyyət Evi" təşkilatını yaradıb. Bir neçə ildir ki, Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, dilini bu ölkədə təbliğ edir. Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini avropalılara çatdırmağa çalışır. 2015-ci ildə Niderlandın Frisland bölgəsinin Bilds bələdiyyəsində "Xocalıya ədalət" konfransının keçirilməsinə nail olub. Niderlandın Herenven şəhərində isə "Xocalıya ədalət" fotosərgisini təşkil edib. Brüsseldə, Haaqada Ermənistan səfirlikləri qarşısında etiraz mitinqlərinin təşkilində yaxından iştirak edib. Tez-tez yerli siyasi partiyaların rəhbərləri ilə görüşüb ölkəmizə qarşı ikili siyasət yürütdüklərinə etirazını bildirir. Bütün bunlar onun Azərbaycan naminə gördüyü işlərin bir hissəsidir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsindən maliyələşən, amma təşkil etdikləri tədbirləri öz adlarına çıxan bəzi soydaşlarımızdan fərqli olaraq o, həyata keçirdiyi tədbirlərin hər birini öz maddi vəsaiti hesabına ərsəyə gətirib. Və heç bir vaxt xidmətlərinə görə dövlətdən təmənnası olmayıb…

Arzuları çoxdur. Qarabağın tezliklə işğaldan azad olunması arzularının ən böyüyüdür. Övladlarının yüksək təhsilə yiyələnməsini istəyir. Şahmat oynamağı xoşlayır. Torpaqla ünsiyyətdə olmaqdan yorulmur. Evinin həyətyanı sahəsində xeyli meyvə ağacları, qızıl gül kolları əkib. Ağaclarda alma, armud, gilas meyvələrini, tənəklərdə yetişən üzüm salxımlarını göstərib, bütün bunlardan zövq aldığını dilə gətirir...

Bir sözlə, bu dəfəki söhbətimin qəhrəmanı uşaqlıq illərində necə saf, səmimi, mehriban, vətənpərvər idisə, hələ də həmin keyfiyyətləri özündə qoruyub saxlaya bilib.

Bir neçə gün öncə - iyunun 27-si Azərbaycanı canı qədər əziz bilən bu gözəl insanın doğum günü idi. Heç bir təmənna güdmədən, qürbətdə yaşayaraq özünü Azərbaycana həsr edən soydaşlarımıza Tanrı yar olsun!


Elman Eldaroğlu,

ABŞ, Miçiqan

Rəy bildir +
Oxşar xəbərlər
Pirallahı adasında əsrin cinayəti
17:2621 iyun

Pirallahı adasında əsrin cinayəti

Günün günorta çağı 5 yaşlı Ayşə həyətdən yoxa çıxmışdı. Elə bil iynə olub yerə batmış, quş olub havaya uçmuşdu. Balaca qızcığazı "gördüm"- deyən yox idi. Pirallahı qəsəbəsində yaşayan  Qələndərovlar ailəsinin bütün qonşuları uşağın axtarışına çıxmışdılar.  Günortadan iki saat sonra- axşamüstü saat

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Almaniyada Azərbaycan musiqisini  təbliğ edən sumqayıtlı bəstəkar
18:4310 may

Almaniyada Azərbaycan musiqisini təbliğ edən sumqayıtlı bəstəkar

Özünü təhsilə, yaradıcılığa həsr edib. Başı o qədər qarışıb ki, hətta ailə qurmağa belə tələsməyib. Bəstələdiyi "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig Van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsi" və s. musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya,