İSTİ XƏBƏRLƏR
» » Bu şəhəri kim qorumalıdır?!

Bu şəhəri kim qorumalıdır?!


Mübaliğəsiz olaraq deyə bilərik ki, bu gün Sumqayıt nəinki ölkəmizin, regionun ən gözəl, müasir şəhərlərindən biridir.

Ancaq təəssüf ki, bəzən biz, daha doğrusu, bəzilərimiz bu gözəlliyin qorunmasının nəinki qayğısına qalmırıq, ona zərər veririk.

Sumqayıtlı hüquqşunas Feyruz Şivəxanov Facebook profilində bir neçə şəkil paylaşaraq "şüurlu varlıqlar"ın hərəkətlərindən narahatlığını bildirib:


"Sumqayıt Bulvarı hər dostumuza, tanışımıza, qonağımıza, turistlərə fəxrlə göstərə biləcəyimiz məkandır, amma bəzi mədəniyyətsizlər, tərbiyəsizlər, nanəciblər imkan versə!

Baxın, bu gözəlliyi nə günə qoyurlar? Ali şüurlu varlıq hesab edilən insan belə murdarçılığı edərmi? Hər oturacağın çox yaxınlığında zibil qutuları olsa da, bu "şüurlu varlıqlar" əllərindəki hər şeyin artığını, tullantısını yerə atırlar.

Əziz sumqayıtlılar, ölkə prezidentinin də "möcüzə" adlandırdığı Sumqayıt Bulvarının təmiz saxlanması, qorunması hər birimizin borcudur. Bu cür murdarçılığa yol verənləri hər kəs qınamalı, kəskin irad bildirməlidir. Bu, biabırçılıqdır, bu, ayıbdır, bu, çox böyük mədəniyyətsizlikdir...

Bu statusu oxuyan hər bir sumqayıtlıdan xahiş edirəm, öz səhifənizdə bunu paylaşın. Çox güman ki, Bulvarı o günə qoyanlardan kimsə özü və ya yaxınları bu şəbəkədə vardırlar. Qoy, onlar da görsünlər, utansınlar və nəticə çıxarsınlar!

Mən gənclər təşkilatlarına da buradan müraciət edirəm. Bəlkə gənclərdən ibarət könüllü qruplar təşkil edəsiz ki, onlar heç olmazsa, bir həftə ərzində növbətçilik etməklə, bulvarı zibilləyənlərə nəzarət etsinlər, onlarla izahat işi aparsınlar...

Bulvar, park, xiyaban və küçələrin zibillənməsinin qarşısının alınması üçün ciddi tədbirlər görülməsi zamanı çoxdan çatıb".

Rəy bildir +
Oxşar xəbərlər
ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?
13:0130 may

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO