İSTİ XƏBƏRLƏR
» » Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Ermənistanın siyasi mövqeyi, bütün beynəlxalq sənədlərə və tələblərə baxmayaraq davam etdirdiyi işğalçılıq siyasəti bu ölkəni regiondan, burada həyata keçirilən iqtisadi layihələrdən təcrid edib. Regionda gerçəkləşdirilən bir-birindən əhəmiyyətli, nəhəng layihələrin təşəbbüskarı və əsas mənbəyi Azərbaycan olduğundan Ermənistanın bu layihələrədn kənarda qalması təbiidir.
Azərbaycan dövləti bunu dəfələrlə rəsmi şəkildə bəyan edib: Nə qədər ki, rəsmi Yerevan işğalçılıq siyasətindən əl çəkməyəcək, bu təcridetmə siyasəti davam edəcək və getdikcə güclənəcək. Azərbaycan iqtisadi resurslarından yalnız regionun, xalqların rifahı üçün istifadə edir və heç bir halda bu resurslardan siyasi rıçaq kimi yararlanmır. Ancaq bu halda, Azərbaycan torpaqlarını işğalda saxlayan ölkə ilə hər hansı əməkdaşlıq, təbii olaraq, mümkün deyil. 
Bütün iqtisadi layihələrdən kənarda qalması isə kasıb dövlət büdcəsini bir qədər də kasıblaşdırır və ölkədə sosial-iqtisadi problemlər dərinləşir, eyni zmanada,ictimai-siyasi vəziyyət mürəkkəbləşir. Ötən il iqtisadi sahədə 10,3 faiz, kənd təsərrüfatı sahəsində 8,3 faiz azalma müşahidə olunub.
Ötən ilin yanvar-noyabr aylarında ixracat 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Əvəzində idxaldan asılılıq 24,2 artıb. Ermənistan Statistika Komitəsinin açıqladığı məlumata görə, xarici borc 7 milyard dollara çatıb. Bir il ərzində xarici borc 95 milyon dollar artıb. Hesablamalara görə, 2019-cu ilin sonuna kimi isə Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Bu barədə Ermənistan Maliyyə Nazirliyinin dövlət borclarının idarə olunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirib. O deyib ki, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.
Ölkədəki sosial gərginlik demoqrafik problemləri bir qədər də ağırlaşdırır. Son bir ildə Ermənistan əhalisi 15 min nəfərə yaxın azalıb. BMT-də müəyyən edilmiş demoqrafik yaşlanma miqyasına görə, 65 və daha yuxarı yaşda əhalinin sayı 7 faizdən çox olarsa,əhali yaşlanır. Ermənistanda bu rəqəm 2018-ci ildə ilin əvvəli ilə müqayisədə 11,6 faiz təşkil edir. Doğum sayı isə 4,2 faiz azalıb. BMT-nin "Dünya əhalisinin perspektivləri-2017" illik hesabatında qeyd olunub ki, demoqrafik göstəricilərin aşağı düşməsi səbəbindən yaxın gələcəkdə Ermənistan əhalisinin sayı 1 milyon 300 min nəfər azalacaq. 
Ölkəni tərk edənlərin arasında gənclər üstünlük təşkil edir. İş yerlərinin olmaması, yaşayış səviyyəsinin hər ötən gün daha da pisləşməsi, eyni zamanda,müharibə şəraiti əhalini ölkədən qaçmağa məcbur edir. Gənclər isə özlərinə aid olmayan torpaqlar uğrunda döyüşmək, həlak olmaq istəmir. Siyasi vəziyyətin pisləşməsi, insan hüquqlarının, demokratik dəyərlərin tanınmaması vəziyyəti bir qədər də qəlizləşdirir.
Ermənistan Statistika Komitəsinin yaydığı məlumatlara görə, 2019-cu il 1 Yanvar tarixindən etibarən, Ermənistanda yaşayan əhalinin sayı 2 milyon 965,1 min nəfər olub. 2018-ci il yanvarın 1-nə nisbətən bu,7,6 min azalma deməkdir. Doğum nisbətinə gəlincə, bu göstərici də aşağı düşməkdə davam edib: keçən il Ermənistanda 36 min 502 uşaq, 2017-ci ildə 37,7 min uşaq, 2016-cı ildə - 40 min 592 uşaq, 2015-ci ildə isə 41 min 763 uşaq doğulub.
Demoqrafik problemləri araşdıran alim Ruben Yeganyan Panorama.am-a bildirib ki, Ermənistanda doğum səviyyəsi azalır və hərtərəfli tədbirlər görülməsə, azalma davam edəcək: "Hazırki sosial-iqtisadi vəziyyətdə gənclər ailə qura bilməzlər. Evləndikdən sonra çoxları uşaq istəmirlər. Ermənistanda ailələrin çoxu azuşaqlıdır. Bu da sosial problemlərdəndir".
Demoqraf alimin sözlərinə görə, Ermənistanda doğum nisbətinin azalması ilə paralel olaraq miqrasiya səviyyəsi də artmaqdadır: 2017-ci ildə təxminən 35-40 min adam olkədən gedib və geri dönməyib.
R.Yeganyan demoqrafik problemlərin sistematik şəkildə siyasi, iqtisadi, sosial, mənəvi-psixoloji və s. asılı olduğunu qeyd edib.
nnn
Aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi.
Xatırlatmaq yerinə düşür ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa  çatıb.
Siyasət Şöbəsi
Rəy bildir +
Oxşar xəbərlər
4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?
16:4116 aprel

4 yaşlı sumqayıtlı "fövqəladə hallar" əməkdaşlarını niyə təəccübləndirdi?

Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi,  əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə