İSTİ XƏBƏRLƏR
» » Ürəyinizin döyüntü sayı hansı xəstəliklərdən xəbər verir?

Ürəyinizin döyüntü sayı hansı xəstəliklərdən xəbər verir?



Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.

"Gencaile.az" türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açıqlamasını təqdim edir.

Həkimin sözlərinə görə, normalda ürək ritmi 60-100 arası dəyişir: "Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin".

Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.


* Mitral qapaq çatışmazlığı

* Ürək əzələsi ilə əlaqədar problemlər

* Ürək damarlarında tıxanma ya da daralma

* Ürəyin fəaliyyətində yaranan problemlər

* Qan azlığı

* Ağciyər problemi

* Hipertireoz

* Yüksək temperatur

* Bəzi infeksiyalar

* Bazı enfeksiyonlar


Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir (medicina). Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.

Daha sürətli döyüntü bədən müqavimətinin aşağı olmasından xəbər verir. Həmin şəxsin orqanizminin həssas olduğunu söyləmək mümkündür. Eyni zamanda pasiyentin beyin və digər orqanlarına oksigenin yaxşı paylanmadığını bildirir.

Bu durumda bayılma və buna yaxın vəziyyət, yorğunluq, halsızlıq, nəfəs problemi, sinədə ağrı, yaddaşsızlıq kimi müəyyən problemlər meydana çıxır.

Mütəmdi olaraq fiziki məşqlərlə məşğul olan insanlarda ürək güclənir və qan damar sisteminin fəaliyyəti intensivləşir. Buna görə də həmin insanlar daha çox iş görməsinə baxmayaraq nəbzləri az döyünür.

Aktivliyi çox olan idmançılarda bəzən ürək ritmi 50-yə enir. Mütəmadi olaraq idmanla məşğul olan insanların nəbzinin aşağı olması normal haldır. Ümumilikdə isə məşqlərin ürək döyüntüsünü aşağı saldığı bildirilir. Buna görə ürək sağlamlığı üçün fiziki məşqlər zəruridir.

Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Məşhurların şəxsi həyatına  müdaxilə nədən qaynaqlanır?
12:3509 may

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə   bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.