İSTİ XƏBƏRLƏR
» » Oxumasanız da olar

Oxumasanız da olar

 

Lətifələrin reytinqi


5-ci yer

Restoranda sevən cütlüyün söhbəti:

Oğlan: - Canım, yüz əlli metri neçə saniyəyə qaça bilərsən?

Qız: - Boyunu yerə soxum. Yenə pulqabını evdə qoymusan?!


4-cü yer

"Vokruq smexa" dərgisindən həftənin lətifəsi

Bir həftə İvanovun evinə gedib-gəldim ki, məni mühafizə xidmətinə işə götürsün.

Həftənin tamamında məndən əvvəlki mühafizəçi ağzı qıfıllı bir sandıq gətirib mənə verdi ki, burda onun brilyantları var, bu adam onsuz da var-dövlətinin miqdarını bilmir. Aç, nə qədər istəyirsən içindən götür, sənin olsun.

Mən çevrilib evdən çıxdım, maşınıma sarı gələndə birdən İvanovun sevinclə üstümə yeridiyini gördüm.

O dedi:

- Cavan oğlan, sən sınaqdan üzüağ çıxdın. Səni mühafizə xidmətinə işə götürürəm.

Məntiq: Həmişə kəlbətini maşınınızda saxlayın.


3-cü yer

Anekdotı.ru portalından həftənin lətifəsi.

Vova hamilə qadının qarnına toxunaraq soruşur:

- Xala, burda nə var?

- Uşaq var.

- Sizin uşaqdır?

- Aha.

- Siz onu sevirsiniz?

- Hə.

- Çoxmu sevirsiniz?

- Əlbəttə

- Elə isə, bəs onda niyə onu yediniz?


2-ci yer

Bir gün Dərdayıl görür ki, kənd mollası yaxşı pul qazanır. Qərara gəlir, oğlunu molla eləsin. Ona pul verir, deyir, get şəhərə, mollalıq öyrən, gəl kəndə, pul qazan. Oğlan gedir şəhərə. Nə mollalıq? O bar sənin, bu qız mənim... Bütün pulunu kefə-damağa xərcləyir. Pul qurtaranda fikirləşir ki, kəndə qayıtsam rüsvay olacam. Oturub internetdə saytlardan dinə aid nə varsa hamısını əzbərləyib qayıdır kəndə.

Dərdayıl onu kəndin mollasının yanına gətirir ki, qoy sənə kömək eləsin.

Molla razılaşır. Bir yas mərasimini yola verirlər. Molla imkan yaradır, bütün söhbətləri Dərdayılın oğlu aparır. Məclisdən sonra Dərdayıl Molladan soruşur:

- Uşaq necədir, yaxşı   mənimsəyib dini təhsili?

Molla deyir:

- Yaxşı olmağına yaxşıdır. Amma bir şeyi anlaya bilmədim ki, niyə hər cümləsinin sonunda biq.az deyir.


1-ci yer

Pənah Hüseynovu baş nazir təyin edirlər. O, ordumuzun geyim-keçim məsələsini kiçik qardaşına tapşırır və onu yollayır ki, gedib Çindən qəliblər alıb gətirsin, əsgərlərçün uzunboğaz çəkmələri Bakıda özləri istehsal etsinlər.

Qardaşı gedib belə də eləyir, qəlibləri gətirir və başlayırlar çəkmə istehsalına.

Bir gün müdafiə naziri Rəhim Qazıyev Pənah bəyə zəng vurur:

- Pənah bəy, bu nə deməkdir, orduya gələn bütün sapoqlar 42 ölçüdədir.

Pənah bəy məsələni araşdıranda görür ki, qardaşı yalnız 42 ölçüdə qəliblər gətirib. Əsəbiləşir ki, niyə belə etmisən. Apar qəlibləri dəyişdir, hər ölçüdə olsun.

Qardaşı deyir ki, bu, Azərbaycanın büdcəsinə qənaət etmək üçün ən optimal variant idi, çünki 42 ölçünün qəlibləri digər ölçülərdən bir dollar ucuz idi.

Pənah bəy qardaşının büdcəyə qənaət etmə təşəbbüsünü dəstəkləyib ertəsi gün belə bir göstəriş verir.

- Bu gündən etibarən milli orduya ancaq ayaq ölçüsü 42 olanlar çağırılsın.


Qəşş


Bir kişi Həcc ziyarətindən qayıdıb gəlir. Kənd maqazininə girib satıcıya deyir ki, bəs mən Həcdən gəlirəm, nisyə dəftərini gətir görüm. Satıcı sevincək dəftəri açıb kişinin qabağına qoyur. Kişi oradan adını tapıb qabağına "Hacı" yazır.


Feysdən sitat


"Həyat bəzən 50 min manat verib polisə işə düzələn birisinin 700 bal yığan tələbəyə "Ağıllı ol" deməsi qədər gülüncdür".


Müəmma


Maraqlıdır, görəsən Samiralda yas yerinə gedəndə qadın çadırında əyləşir, ya kişi?


Müəmma


Neyçün həmişə qəşəng qızlar digər qrupda, yaxud patokda olur?


Instaqramdan sitat


"Gəmi suda olanda batmır, su gəmidə olanda batır. Ona görə də, ətrafınızdakılara yox, öz içinizdəkilərə diqqət edin".


Dodaqqaçdı


* Avtobusda sürücü qalxıb mamlımatan bir qıza yer verirdi, zorla oturtmuşuq yerinə.


* "O qədər bəxtsizəm ki, göydən bir avtobus qız düşsə, mənim qucağıma sürücü düşər".


Reaksiya


Dərdayıl pəncərədən görəndə ki, qonşunun maşınını oğurlayırlar, özünü itirmədi, dərhal özünü həyətə çatdırıb öz maşınını oğurlanmış maşının yerində parkovka elədi.


Fakt


Azərbaycanda  alıcıdan çox satıcı, mahnı çox müğənnidən, sərnişindən çox taksi, oxucudan çox yazar var.


Cavab


Bir alıcı marketdən alış-veriş edən zaman kassaya ödəməyə 3 qəpiyi əskik gəlir, cibindən bir kibrit çıxarıb kassirə verir. Kassirin gözü bərələndə deyir:

- Hər gün qalıq əvəzinə mənə bir kibrit verirsiz. Sizə olar, mənə olmaz?


Qiymətli kəlamlar


"Bütün ləzzətlərin dadına baxdım,ən ləzzətlisi - can sağlığıdır.

  Bütün ağrı-acıları yaşadım, ən ağrılısı- başqalarına möhtac olmaqdır.

  Dəmir daşıdım, daş daşıdım, amma borc daşımaq qədər ağır heş nə yoxdur.

  Həyat iki gündür: biri  - lehinə, digəri dəəleyhinədir. Gün lehinə olduqda       lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər" (Həzrəti Əli)


Proqnoz


2080-ci il. Tarqovıda bir bakılı qaqaş ərəbdən yol soruşur. Ərəb onu başa salır, sonra da çönüb yanındakına deyir:

- Bu azərbaycanlılar da basıb e, hər tərəfi.


Səhifəni təqdim etdi: Sərtyel

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"
17:0726 iyun

Sumqayıtlı statusman: "Dünya savaşı telefonun ekranında gedir…"

Iyunun 21-də sumqayıtlıların sevə-sevə Hümbət həkim adlandırdıqları Hümbət Həsənoğlu Quliyev 64-cü doğum gününü qeyd etdi. Qərara gəldik ki, bu münasibətlə onu "Qonaq otağı"nda qonaq edək. Kimdir Hümbət Həsənoğlu? Həkim, biznesmen, yazar. Ən əsası, vətən təəssübkeşi.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

İki telefonla xəyanət
13:2730 may

İki telefonla xəyanət

Aynurə eyni markalı, eyni rəngli iki telefon işlədirdi. Biri ilə əri, qohum-əqraba, tanış-bilişlə əlaqə saxlayır, digəri ilə isə tanış olub özünü satdığı kişilərlə.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

OXUMASANIZ DA OLAR
18:3430 aprel

OXUMASANIZ DA OLAR

Bir gün bir Zapı yolda qalır. Bir Ferrari yoldan keçərkən sürücüsü bunu görür, maşını saxlayaraq Zapı sürəndən soruşur: - Qardaş, sənə nə kömək eləyim?