İSTİ XƏBƏRLƏR
» » 93,1 faiz niyə "hə" deyir?

93,1 faiz niyə "hə" deyir?

Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi?" sualına isə respondentlərin 93,1 faizi "hə" cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət" kimi dəyərləndirib.
Həyata keçirilən islahatlar, sosial tədbirlər, ölkəmizin sosial-iqtisadi inkişafı, şübhəsiz ki, xalqın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, həyata keçirilən siyasətə münasibəti müəyyən edir.
Bir müddət öncə Dünya Bankının hesabatında ölkəmizin dünyanın ən islahatçı ölkəsi kimi göstərilməsi, ümumiyyətlə,həyata keçirilən sosial-iqtisadi islahatlar, dəyişikliklər, sosial tədbirlər ilə Fransanın "Opinion Way" şirkətinin sorğusu arasında məntiqi bağlılıq var. Görülən işlər xalq tərəfindən qiymətləndirilir və həyata keçirilən siyasət xalqın etimadından qaynaqlanır.
Prezident İlham Əliyevin təkcə son iki ay ərzində xalqımızın sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyü işlərin xronikası dediklərimizi təsdiq edən mənzərə açır:

600 min işçinin əməkhaqqı artırıldı;
223 min insanın sosial təminatı yaxşılaşdırıldı;
Minimum əməkhaqqı 38 faiz yüksəldi;
100 minə yaxın tələbənin təqaüdü artırıldı;
Minimum pensiyalar 37 faiz yüksəldi;
Şəhid ailəsinə verilən təqaüd 25 faiz artdı;
Əfqanıstan şəhidlərinin ailəsinə verilən müavinət 300 manat oldu;
1 milyondan çox insanın problemli kredit məsələsi həll edildi;

Çoxmənzilli binalardakı mənzil mülkiyyətçiliyi ilə bağlı problemin həlli 400 minə yaxın insanı əhatə edəcək;
Dövlət başçısı daha bir addımı "Diqlas" ticarət mərkəzi yanaraq oradakı çoxsaylı sahibkarlara ciddi maddi ziyan dəyəndə atdı: vətəndaşların zərərini dövlət öz üzərinə ğötürdü!
Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanacaq.

***

Son 15 ildə əməkhaqları 7, minimum əməkhaqqı isə 6,5 dəfə yüksəlib.
Təkcə 2018-ci ilin statistikası artım dinamikasını izləməyə imkan verir. Ötən il ümumi daxili məhsul 1,4 faiz olub, qeyri-neft sektoru 1,8 faiz inkişaf edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faiz təşkil edib. Kənd təsərrüfatı 4,6 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yatırılıb. İxrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borc ümumi daxili məhsulun 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. 118 min daimi iş yeri yaradılıb.
2004-2018-ci illərin göstəriciləri inkişafın miqyasını görməyə imkan verir: ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu dövr ərzində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Beləliklə, Fransanın "Opinion Way" şirkətinin apardığı sorğunun nəticələri tamamilə məntiqəuyğun görünür. Bütün sahələrdə həyata keçirilən islahatlar, sosialyönümlü tədbirlər Prezident İlham Əliyevin:"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"- tezisinə söykənir və xalqın rəyi, xalq-prezident həmrəyliyi də bu siyasətə olan münasibəti ifadə edir.
Rəy bildir +
Oxşar xəbərlər
Ermənistanda iqtisadi problemlər  demoqrafik gərginliyi artırır
10:4416 aprel

Ermənistanda iqtisadi problemlər demoqrafik gərginliyi artırır

Kolumbiya Universiteti, biz və ağaclar
19:1628 fevral

Kolumbiya Universiteti, biz və ağaclar

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini