İSTİ XƏBƏRLƏR
» » Lanset elmi jurnalından dəhşətli statistika: Dünyada hər beşinci adam səhv qidalanma nəticəsində vaxtsız vəfat edir

Lanset elmi jurnalından dəhşətli statistika: Dünyada hər beşinci adam səhv qidalanma nəticəsində vaxtsız vəfat edir



Insan ölümlərindən beşdə birinin səhv qidalanma nəticəsində olması xəbəri ilə sensasiya çıxaran Lanset jurnalı ortalığa olduqca nüfuzlu bir tədqiqat qoymuşdur. Sən demə, hər il 11 milyon adam qida rasionunun qeyri-düzgün balanslaşdırılması - səbəbindən vaxtsız dünyasını dəyişir.
Alimlər müəyyən etmişlər ki, qeyri-düzgün qidalanma həyat üçün siqaret   çəkməkdən daha çox təhlükə riskidir.
Insan ömrünü ən qısaldan xörək duzudur, fərqi yoxdur o nəyin tərkibindədir, çörəkdəmi, soya sousundamı, hazır xörəklərdəmi. Xörək duzu-ağ ölümdür.
Ən təhlükəli qida rasionu olaraq alimlər xörək duzu ilə yanaşı daha iki rasion müəyyənləşdirmişlər.

* Duzun həddən artıq qəbulu - ildə 3 milyon insan ölümü.
* Qidada dənli bitkilərin əskik olması - ildə 3 milyon insan ölümü.
* Meyvənin əskik olması - ildə 2 milyon insan ölümü.


İnsanın erkən ölümünə səbəb olan digər səhv qidalanma faktorları arasında rasionda qozun, dənli bitkilərin, tərəvəzin, omeqa-3 tərkibli dəniz məhsullarının və sellülözün çatışmamasıdır.
"Bizim müşahidələrimiz göstərdi ki, qidalanma dünyanın sağlamlıq məsələsində ən həlledici və əsas faktordur". Bunu Vaşinqtonun Sağlamlıq göstəriciləri elmi institutunun direktoru Kristofer Marrey Bi-bi-si-yə müsahibəsində söyləmişdir.
Səhv qidalanma nəticəsində baş verən 11 milyon insan ölümünün 10 milyona yaxını ürək-damar xəstəlikləri səbəbindən baş verir ki, bu da əlavə olaraq duzdan çox istifadənin necə təhlükəli olmasını göstərir.
Duzdan çox istifadə birbaşa qan təzyiqini yüksəldir ki, bu da öz növbəsində ürək xəstəliyi və insult riskini artırır.
Duz həm də ürəyə və qan sisteminə birbaşa təsir göstərir, bu da ürək çatışmazlığına səbəb olur.
Bax belə, əziz oxucularımız. Biz sizə sağlamlıqla bağlı ən son və ən vacib xəbəri çatdırdıq. Xörəyi ovucla duzlayanlar, şoraba, pendir-şor xəstəsi olanlar, ayılın, əl saxlayın! Xörək duzu xəstəsi olmaq sizi ürək xəstəsi olmağa sürükləyir, agah olun.

Təqdim etdi: Nərmin MÜŞFIQZADƏ
Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Duz - "ağ ölüm", yoxsa vacib maddə?
09:5525 aprel

Duz - "ağ ölüm", yoxsa vacib maddə?

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu. Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar
14:1817 aprel

Taksidə siqaret çəkənlər cərimə olunacaqlar

Ölkəmizdə ictimai yerlərdə siqaret çəkməyə yol verilmir. Qanun layihəsinə görə təhsil və tərbiyə, səhiyyə-reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoran, kafe və barlar daxil olmaqla

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO