İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Kristofer Klayn

Bu həftə 7 amerikalını Qrand Qrey adasından ABŞ-ın Florida ştatına aparan vertolyot  havaya qalxdıqdan qısa müddət sonra radarlardan itdi. Axtarışlar nəticəsində vertolyotun qalıqlarını 3 km aralıdan tapdılar. Qəza nəticəsində vertolyotdakı 4 qadın və 3 kişinin həlak olduğu məlum oldu.

Ölənlərdən biri ABŞ-ın məşhur biznesmeni, "Kömür kralı" adlanan Kristofer Klayn idi. "Forbes"in son açıqladığı milyarderlər siyahısında yer alan 62 yaşlı Klaynın sərvəti 1,8 milyard dollar göstərilirdi. 

P.S. Gördüyünüz kimi, ölümə 1,8 milyard dollar belə çarə edə bilmədi. Ona görə də, maddiyyat əsiri olmadan mənəvi saflığınızın qeydinə qalın, əzizlərim!

Gənc şair

Bu həftə gənc şair Ruzbeh Məmməd "Azərbaycan" jurnalında dərc olunan şeirlərinə görə çox aşağı məbləğdə qonorar alması səbəbindən mediada etirazını səsləndirməklə gündəmə düşdü.

Belə ki, jurnal redaksiyası şairə 10 şeirinə görə cəmi-cümlətanı 21 manat 50 qəpik qonorar yazıb.  Bir şeirə 2 manat 15 qəpik düşür.

Şair bərk hiddətlənib, bunu "tulapayı" adlandırıb, kifayət qədər pul ayrılan AYB-nin bu cür qonorar siyasətini yarıtmaz hesab edib.

P.S. Yenə bu jurnal bir şeirə 2 manat 15 qəpiksə verir. Digərləri heç nə vermir axı, üstəlik, yazardan şirinlik də tələb edir ki, səni dərc etmişəm. Bizcə, burda söhbət bir jurnalın qonorar siyasətindən yox, həm jurnalistin, həm də yazarın - bir növ, bütün qələm əhlinin cəmiyyətin gözündə hansı səbəbə dilənçi və əyyaş qismində görünməsindən getməlidir.


Plyaj qiymətləri

Dəniz mövsümünün qızğın vaxtında ölkədəki "plyaj qiymətləri" öz kəlləçixma səbəbinə görə bu həftə tarixə düşüb. Həftəsonu bəzi plyajlara təkcə giriş qiymətləri belə idi:

Bilgəh Biç Hotel - 1 nəfər üçün 40 manat

Mərdəkan Dalğa Biç - 1 nəfər üçün 50 manat

Amburan Biç - 1 nəfər üçün 35 manat

Və s.

P.S. 5 nəfərlik bir ailəyə, gördüyünüz kimi, təkcə plyaja giriş orta hesabla 200 manata başa gəlir. Içəcəklərin və yeməklərin də od qiymətinə olduğunu nəzərə alsaq, onda bir dəfə dənizə getmək ailəyə ən azı 400 manata oturur.

Əlbəttə, milli işbazlar qiymətləri əcnəbi turistlərə görə qaldırırlar. Amma bütün dünyada axı yerlilərə ayrı, turistlərə ayrı qiymətlər təklif olunur.
Insafa gəlin, cənablar.

Pomidor və gilas

Azərbaycandan Rusiyaya ixrac edilən 120 tondan artıq pomidor, üstəlik də 110 ton gilas Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Dağıstandakı bölməsi tərəfindən tərkibində zərərli maddələr olması səbəbi ilə geri qaytarıldı.

Laboratoriya bu məhsulların tərkibində pomidor güvəsi, Şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi aşkarladığını bəyan etdi.

P.S. İlk baxışda bu adı hal ola bilər, ancaq nəzərə alanda ki, bu ilin 6 ayı ərzində Rusiyadan Azərbaycan Kənd Təsərrüfatı məhsullarının geri qaytarılması ilə bağlı artıq 66 fakt qeydə alınıb, ümumilikdə respublikaya 1 320 000 ton yük qaytarılıb, onda deyə bilərik ki, burda mütləq kiminsə barmağı var.

Fakdır ki, kənd təsərrüfatı məhsullarının ixracından (neftdən sonra Azərbaycana ən çox pul gətirən pomidordur) ölkəmiz böyük gəlir əldə edir.
Imkan verərlər?


Cəza

 Fransa parlamentində sosial şəbəkələrdə irqçi, ritorika, antisemitizm və cinsi ayrı-seçkilik kimi nifrət dolu paylaşımların 24 saat ərzində aradan qaldırılmasını tələb edən qanun layihəsi müzakirə edilərək, 6 əleyhinə 4 bitərəf və 31 leyhinə olmaqla qəbul edildi. 

Qanun gələn həftə Senatda müzakirə edilərək səsə qoyulacaq. Qanun tətbiq edilərsə, qərarı icra etməyənlər 1.25 milyon avro cəzalanacaqlar. 

P.S. Bizdə sosial şəbəkələrdə ad və soyadını gizlədərək meydan sulayanlar bəs qədərdir. Onlar hətta ölkə rəhbərini də təhqir edən statuslar paylaşırlar. Bəlkə, bizim parlament də Fransadan nümunə götürsün? 

Etibar bəy 

Keçmiş AMİP sədri Etibar Məmmədov bu həftə VİP rəhbəri Əli Əliyevlə ixtilafına görə gündəmə gəldi. Belə ki, Etibar bəy bir vaxtlar eyni cəbhədə olduğu Əli bəylə qarşıdurmada üstünlük qazanmaq məqsədilə 14 il öncə Əli bəyin həyat yoldaşı Samirə Mirzəyevanın ona yazdığı məktubu mətbuata ötürdü. Məktubda Samirə xanım Etibar bəyə öz həyat yoldaşından ailəsi qarşısında öhdəliklərə əməl etməməsindən şikayət eləmişdi. ( O dövrdə Etibar bəy Əli bəyin müdiri idi).

Məsələyə Samirə xanım çox sərt reaksiya verdi. Dedi: "Bizim o vaxtkı problemlərimiz həllini tapıb, ay Etibar Məmmədov. Kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edirsiniz? Özünüzü iqtidara təslim etdikdən sonra indi də bu cür səviyyəsiz mübarizə aparırsınız!".

P.S. Gənc nəsil xatırlamaz, amma 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Etibar Məmmədov ölkədə ən populyar şəxs idi. "Mən demişəm, yenə də deyirəm filan iş filan cür olmalıdır" hökmü ilə hətta xalqın belə taleyini həll edirdi.   
Hardan hara gəldin, ay Etibar bəy.


Həftənin salnaməsini SƏRTYEL yazdı

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
16:0107 iyun

OXUMASANIZ DA OLAR

Bakı avtovağzalında bir qadın əlində də kisə yaxınlaşır Şəki avtobusuna ki, gedirəm Şəkiyə.  Buna sürücü yer ver, kisəsini də qoyur baqaja. Qadın deyir ki, ehtiyatlı ol ha, kisədə pişik var. Yola çıxırlar, yol boyu qadın danışır, hər şeyə irad bildirir. Gəlib çatırlar Kürdəmirə. Hamı düşür

Sumqayıt yarmarkasından reportaj:  Qiymətlər necə dəyişir?
10:3922 may

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO