İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda 80 nümunəvi həyət yaradılıb

Sumqayıtda 80 nümunəvi həyət yaradılıb


Sumqayıtda son 4 ildə 80 nümunəvi həyət yaradılıb. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sözçüsü Xaqani Həşimov məlumat verib. 

X.Həşimov bildirib ki, bu ilin mart ayında 10 yaşayış massivində, eləcə də 15 iyun Milli Qurtuluş və 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində isə 8 məhəllədə  həyətlər yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Hazırda Hacı Zeynalabdin  qəsəbəsində, Şirvan yaşayış massivində və 4-cü mikrorayonda 3 həyətdə tamamlanma işləri gedir. 

Onun sözlərinə görə, yaxın günlərdə həmin həyətlər də sakinlərin istifadəsinə veriləcək: "Həyətlərdə asfalt örtüyü yenilənib, uşaqlar üçün əyləncə-idman meydançaları qurulub, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, binaların fasadları rənglənib". 

Qurum sözçüsü yenidən qurulacaq növbəti həyətlərin yerlərinin müəyyənləşdirilməsi istiqamətində işin getdiyini də sözlərinə əlavə edib. 

Xədicə Səxavətqızı

Rəy bildir +
Oxşar xəbərlər
70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə