İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Məhkəməsi şirkətin cərimələnməsi barədə qərarı ləğv etdi

Sumqayıt Məhkəməsi şirkətin cərimələnməsi barədə qərarı ləğv etdi

Sumqayıt Apelyasiya Məhkəməsi "Design One" MMC-nin 5846 avro (təxminən, 11 10 manat) cərimə olunması barədə qərar ləğv edib.

Cərimə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokla əsasən müəyyənləşdirilib.  

Sumqayıt Apelyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə təqsirli bilinməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarını ləğv edib."

Qərara əsasən, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Design One" MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokola əsasən, şirkət 41014,19 avro məbləğində olan vəsaiti bank hesabından 13 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. Ödənişin aparıldığı vaxtdan 270 gündən artıq müddət keçsə də, 29231,59 avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb. Buna görə də "Design One" İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5846 avro 31 sent məbləğində cərimə olunub.

Qeyd edək ki, 2014-cü ildə təsis edilən "Design One" şirkəti öz fəaliyyətinə mətbəx şourumu kimi başlayıb, 2017-ci ildən isə məkan dizaynı sahəsi üzrə də fəaliyyət göstərməyə başlayıb.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
23:1926 iyun

Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Regional Vəkil Bürosunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərində məhkəmə-hüquq islahatları” mövzusunda konfrans keçirilib.

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

180 manatdan aşağı  maaş verənlər cərimələnəcək
19:0214 may

180 manatdan aşağı maaş verənlər cərimələnəcək

İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsinə e-sistem vasitəsilə nəzarət olunur.

İş adamının ayı balası “qəhrəmanlığı”...
10:4728 fevral

İş adamının ayı balası “qəhrəmanlığı”...