İSTİ XƏBƏRLƏR
» » Sumqayıt karbamidi Azərbaycanın yeni gəlir mənbəyi

Sumqayıt karbamidi Azərbaycanın yeni gəlir mənbəyi


Azərbaycan böyük neft-qaz tarixinə malikdir. Bu sektorun da inkişafı ölkə iqtisadiyyatı üçün geniş imkanlar yaradıb. Buna baxmayaraq, hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük önəm verir. Qeyri-neft sektorunun inkişafında SOCAR da iştirak edir. Belə ki, Sumqayıtda inşa olunmuş "SOCAR Carbamide" zavodu hazırda ölkənin qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.


Karbamid harada istifadə olunur?

Karbamid kənd təsərrüfatının müxtəlif sahələrində uzun müddət müvəffəqiyyətlə yoxlanılmış azot tərkibli gübrədir. Onun tərkibində başqa gübrələrlə müqayisədə daha çox azot (46,2%) var ki, bu da karbamidin müxtəlif növ torpaqlar və bitkilər üçün iqtisadi baxımdan daha geniş istifadəsinin məqsədəuyğunluğunu göstərir.


Karbamid zavodunun mövcudluğu ölkəyə nə kimi imkanlar verir?

Ən əsası, Azərbaycanın idxal edilən gübrədən asılılığı aradan qaldırmağa imkan yaradıb. Bundan əlavə, istehsal edilən karbamidin böyük bir hissəsi ixrac üçün nəzərdə tutulduğundan karbamid ölkə üçün əlavə gəlir mənbəyinə çevriləcək.

Qeyd etmək lazımdır ki, zavodun istehsal etdiyi gübrə ölkənin daxili tələbatını ödəməklə yanaşı 70-80%-i də ixrac üçün nəzərdə tutulub. Karbamid Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrə ixrac ediləcək.


Yeni müəssisə Azərbaycana nə qədər gəlir gətirəcək?

Əgər əvvəllər gübrənin alınmasına ildə 90-120 mln. dollar vəsait xərclənirdisə, bundan sonra bu vəsait ölkədə qalacaq və "SOCAR Carbamide" zavodu Azərbaycana ildə 150-160 mln. ABŞ dollarınadək gəlir gətirəcək.


Zavodun istehsal gücü nə qədərdir?

Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. Müəssisənin ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir. Bu il zavodda 350 min ton məhsul istehsal olunacaq. SOCAR Sumqayıtda ikinci karbamid zavodunun da tikintisini planlaşdırır.


İkinci zavodun tikintisi neçəyə başa gələcək?

Azərbaycanda tikiləcək ikinci karbamid zavodunun dəyəri 640-650 mln. avro təşkil edə bilər. Şirkətin gözləntilərinə görə, ikinci zavodun tikintisi 20-25% daha ucuz başa gələcək. Sözügedən qənaət layihənin vergilərdən azad edilməsi və hazır infrastrukturunun istifadəsi sayəsində təmin olunacaq.

Yeni zavod texniki göstəricilərinə görə hazırda Sumqayıtda istifadədə olan karbamid zavoduna bənzər olacaq və onun yanında tikiləcək. Zavodun tikintisi karbamidə olan tələbatı və birinci müəssisənin genişləndirilməsi imkanlarının olmaması ilə əlaqədardır. Zavodun tam dəyəri mühəndislik araşdırmalar aparıldıqdan sonra dəqiqləşəcək.

Əlavə edək ki, karbamid istehsalının inkişafı və genişləndirilməsi Azərbaycana qida təhlükəsizliyinin möhkəmləndirilməsinin təmin edilməsinə və regional səviyyədə gübrə bazarında öz yerini tutmağa imkan yaradacaq.

Rəy bildir +
Oxşar xəbərlər
“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib
16:0910 iyun

“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodu ilk ixracına başlayıb. Zavodun məhsulu – karbamid gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilib.

Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli