İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı sahibkardan Nazirliyin yerli strukturuna qarşı sərt ittiham

Sumqayıtlı sahibkardan Nazirliyin yerli strukturuna qarşı sərt ittiham



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Dan Ulduzu" şadlıq evini məhkəməyə verib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ETSN sahibkar Sərdar Abbasquliyevə məxsus şadlıq evində atmosferə atılan tullantıların miqdarının qanunla müəyyən edilmiş normadan artıq olmaması üçün xüsusi cihazın məcburi qaydada quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini istəyib.

İddia ərizəsinə görə, ETSN tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilib ki, cavabdehə məxsus "Dan Ulduzu" şadlıq evində manqaldan atmosferə atılan tullantıların miqdarı qanunla müəyyən edilmiş normadan artıq olub.

Belə ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən 20 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsi ünvanında "Dan Ulduzu" şadlıq evinin ətrafında atmosferdən götürülmüş nümunələrdən müəyyən olunub ki, atmosferə atılan tüstünün norması müəyyən həddən artıqdır.

Bundan başqa, departament əməkdaşları tərəfindən 7 sentyabr 2017-ci il tarixində "Dan Ulduzu" şadlıq evinin ətrafında atmosferdən nümunə götürülüb və atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla əlaqədar olaraq İdarə tərəfindən 3 oktyabr 2018-ci il tarixdə protokol tərtib olunub, İdarənin müvafiq qərarı ilə S.Abasquliyev 2500 manat məbləğində inzibati cərimə edilib. Lakin bu istiqamətdə heç bir iş görülməyib. Məhkəmə iddianı rədd edib.

Məsələ ilə bağlı adıçəkilən şadlıq evi ilə əlaqə saxladıq. Şadlıq Evinin sahibi Sərdar Abbasquliyev "168 saat"a açıqlamasında bildirdi ki, bu məlumat həqiqəti əks etdirmir: "Ekologiya Nazirliyinin yerli şöbəsini başa düşmürəm. Bizim şadlıq evinin yanında təmizləyici qurğusu olmayan obyektlər var. Onlara nə üçün heç bir akt yazılmayıb?! Maraqlıdır. Bu şou kimə lazımdır? Özlərini kimin gözünə soxurlar? Bakı-Sumqayıt yolunda da buna oxşar hadisə olmuşdu. Nazirlik işə qarışdı, yerli strukturun işçilərinə töhmət verildi. Mən də bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəm. Kiminlə dil tapırlarsa, akt filan yazmayıblar, kiminlə razılaşa bilmirlərsə, yazırlar. Bizim şadlıq evində təmizləyici qurğu yerləşdirilib. Gəlib baxa da bilərsiniz".

P.S. Ancaq hər halda gəlin razılaşaq ki, yaşayış binalarının biraddımlığında  yerləşən şadlıq evlərindən ətrafa yayılan tüstü narahatlıq yaradır.


Rəy bildir +
Oxşar xəbərlər
Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
11:0628 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Daxili İşlər Nazirliyi narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir və bu həftə İsmayıllı rayon Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhər sakini S.Həsənova saxlanıldı. Onun yaşadığı evin

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıtda yerləşən restoranın direktoru:  "Nazirliyin açıqlaması  bizi təəccübləndirdi"
17:5630 aprel

Sumqayıtda yerləşən restoranın direktoru: "Nazirliyin açıqlaması bizi təəccübləndirdi"

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda yerləşən təmizləyici qurğular quraşdırılmayan 3 restoranla bağlı açıqlama yaydı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici

İş adamının ayı balası “qəhrəmanlığı”...
10:4728 fevral

İş adamının ayı balası “qəhrəmanlığı”...