İSTİ XƏBƏRLƏR
» » Kommunal problemlər qalıbmı?

Kommunal problemlər qalıbmı?



Bu gün Sumqayıt öz dinamik inkişaf tempi ilə, mübaliğəsiz demək olar ki, Cənubi Qafqazın lider şəhərləri sırasındadır. Son 5 ildə şəhər tamamilə simasını dəyişib, müasirləşib, abadlaşıb. Şəhərdə böyük sənaye müəssisələri, bir-birindən əhəmiyyətli sosial obyektlər tikilib, nəhəng bulvar qurulub, infrastruktur yenilənib, şəhərin hər tərəfində nəzərəçarpacaq dərəcədə yenidənqurma, abadlıq işləri aparılıb. 

Şübhəsiz, görüləsi də çox iş var. Əvvəlki dövrdən miras qalan kommunal problemlər şəhər əhalisi qədər şəhər rəhbərliyini də narahat edir və insafən bu istiqamətdə lazımi, ardıcıl tədbirlər həyata keçirilir.


Nə qədər ki, həyat var qayğılar da olacaq, şəhər böyüdükcə, əhalisi artdıqca problemlər də artacaq. 

Bu problemləri bilmək hamıdan çox şəhər administrasiyasının marağındadır. Bu həftə redaksiyamızın elektron poçtuna gələn məktublardan bəzilərini dərc edirik. Onların arasında şəhər əhalisini narahat edən kommunal problemlər də var. Müvafiq strukturlar üçün maraqlı, əhəmiyyətli olacağını nəzərə alaraq onları da diqqətə çatdıracağıq.

13-cü mikrorayon, bina 50-nin sakini Elşən Allahverdiyev: 

- Suyun təzyiqi əvvəlkindən çox aşağıdır. Yuxarı mərtəbələrə faktiki su qalxmır. Odur ki, qonşular motordan istifadə edirlər. Təsəvvür edin, hər mənzil motor qoysa, nəticə necə olacaq. Dəfələrlə "Azərsu"ya müraciət etsək də, bildiriblər ki, suyun təzyiqinin aşağı düşməsi birbaşa nazirliyə bağlı olan məsələdir.

1-ci məhəllə sakini Rəhman Məmmədzadə:

- Bizim 1-ci məhəllənin əsas problemi sudur. Buranın sakinləri 20-25 ildir ki, su sarıdan korluq çəkir. Əvvəllər su heç olmasa səhər saat 6-dan sonra 3-4 saat normal gəlirdi. Son illər isə ancaq səhər saat 7-dən 9-a kimi, axşamlar isə 6-dan 8-ə kimi verilir. Anlamaq olmur ki, nəyə görə əksər mikrorayonlarda su fasiləsiz olaraq, həm də gur gəlir, ancaq şəhərin ilk məhəllələrindən olan 1-ci məhəllədə qrafiklə və yalnız səhər-axşam, cəmi 2 saat? Niyə, nəyə görə? Bu məsələni birdəfəlik yoluna qoymaq olmazmı? Şəhərin "Su-kanal" İdarəsi niyə bu məsələni həll etməyə heç bir cəhd göstərmir? Nə səbəbə?

Başqa bir ciddi məsələ zirzəmilərin daim qrunt suları ilə dolmasıdır. Yay-qış zirzəmilərə qrunt suları axır. Düzdür, aşağıda su nasosları qoyulub. Bununla belə zirzəmilərin suyu, nəmliyi azalmır. Şəhər rəhbərliyi sağ olsun ki, son 2-3 ildə zirzəmilər mütəmadi olaraq (xüsusilə də yaz-payız mövsümlərində) ağcaqanaqlara qarşı dezinfeksiya olunur. Və yaxşı da nəticəsi olur. Əvvəllər ağcaqanad əlindən evdə də oturmaq olmurdu. Şükür, indi belə bir problem yoxdur. Ancaq zirzəmilərin qrunt sularından birdəfəlik təmizlənməsi, qurudulması problem olaraq qalır. Yaxşı olar ki, bu məsələni də "Su-kanal" idarəsi birdəfəlik həll etsin (o suları ən azı park tərəfə yönəltmək olar. Nə yolla? - Bunu onlar özləri həll etməlidirlər).

Daha bir-iki məsələ evlərə verilən qaz və işıqla bağlıdır. Tez-tez olmasa da, işıqların  hərdən bir-neçə saatlığa kəsilməsi məişət avadanlıqlarının, həmçinin indi çoxlarının istifadəsində olan kompüterlərin  keyfiyyətinə ziyanlı təsir edir, problemlər yaradır.  Qazın kəsiməsi halları da uşaqlı-böyüklü ailələr üçün çətinliklərə səbəb olur.

Həyətin abadlığına, yaşıllığın artırılmasına gəldikdə isə, fürsətdən istifadə edib, bu məsələdə bizim məhəlləyə nümunəvi xidmət göstərən 4№-li Mənzil-istismar sahəsinin kollektivinə, şəxsən onun yeni, işgüzar, qayğıkeş rəisi Allahverdi müəllimə dərin təşəkkürümüzü bildiririk!

"168 saat" qəzetinin və eyni adlı saytın kollektivi sağ olsun ki, şəhər əhalisini narahat edən bu cür məsələləri daim diqqətdə saxlayır, araşdırır və həllinə nail olmağa çalışır.  .

"Yaşıl dərə" yaşayış massivinin sakini Vüsal Hətəmov:

-  "Yaşıl dərə"də kanalizasiya xətləri yoxdur. Təsəvvür edin, bu qədər böyük ərazi, 10 000 ailə kanalizasiyasızdır. Bir də işıq problemi - bu ərazidə işıq həmişə zəifdir. Əlaqədar qurumlardan bu iki məsələyə diqqət ayırmalarını xahiş edirik

9-cu mikrorayon, bina 26-nın sakini Sərdar Əliyev:

- Suyumuz olduqca zəifdir. Mator vurulmayanda suyun gücü qazı yandırmağa çatmır. 19.00-dan 22.00-dək nə işlətdik işlətdik. Ancaq bu saatlarda vurular suyu. Bir də səhər 7-dən 10-a kimi. Binanın zirzəmisi sudur. İllərdir belədir. Buna görə də ağcaqanad əlindən tərpənmək olmur Bu da xəstəlikdir, narahatlıqdır. Bu qədər ağcaqanad, inanmıram ki, başqa hardasa olsun. Zirzəmi su ilə doludur deyə bloklardan kəsif qoxu gəlir. Nəfəs almaq olmur. Keçən il gəlib dərmanlamışdılar. Bu il bir dəfə gəldilər, o da heç bir nəticəsi olmadı. Qaz və işıq yaxşıdır, şikayətimiz yoxdur. Əsas su, zizəminin çirkab suları, bir də ağcaqanad problemidir. 

"İnşaatçılar" qəsəbəsinin sakini Çingiz Məmmədov:

- Saat 22.00-dan sonra qəsəbəyə heç bir marşrut işləmir. Yaşadığımız "Obpitbaza" ərazisinin yoluna diqqət ayrılmasını xahiş edərdik. Şükür işıq, qaz, su problemimiz yoxdur.

Rəy bildir +
Oxşar xəbərlər
Sadəcə, 5!
17:1312 iyun

Sadəcə, 5!

O siyasi idarəçilik formaları uğur qazanır ki, institutlaşmış təcrübə ilə real, yerli vəziyyətin təhlili əsasında formalaşdırılmış modelə əsaslanır. Sumqayıtda administrativ idarəetmədə son 4 il üçün əsas xarakterik fərq ondadır ki, şəhərin idarə olunması daha öncə bu sahədə kifayət qədər təcrübəsi

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO